Məhkəmə qərarları › İş №3(056)-1554/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1554/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1554/2024 28.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinın hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, protokolu tərtib etmiş şəxs Sabirabad rayon X3 Təhlükəsizlik Bölməsinın sahə rəisi Seyran Zeynalovun, Zərərçəkmiş şəxs və barəsində inzibati icraat başlanmış şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə İmisli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 1959745№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Sabirabad rayonu Qalaqayın kəndində yerləşən Görüş marketin qarşısında şəxsi münasibətlər zəmində Zərərçəkmiş şəxs il mübahisə edərək onu təhqir edib vurmuşdur. Nəticədə onun sağlamlığına zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bu əməllərinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 510 və 157-ci maddələrində nəzərdə tutlmuş inzibati xətaların törətməsinə dair Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 510 və 157-ci maddələridə nəzərdə tutlmuş inzibati xəta əməlinin törətməsində özünü təqsirli bilməmiş və izhatında göstərmişdir ki, 30.08 2024-cü il tarixdə saat 12:30-da baş tutan prosesdən çıxdıqdan sonra onunla bir yerdə gələn dostları ilə Saatlı rayon ərazisində olan Görüş kafesinə nahar etmək üçün gəlmişdir. Qəşəmin Kafedən təxminən 150 metr məsafədə olan mağazanın qarşısında olmasını görmüş və onu yanına çağırmış və o, "Görüş Marketin" yanına gəlmişdir. Həmin zaman Qəşəm avtomobili mağazanın qarşısında saxlamış və ona yaxın gələrək Şöhrətin ailəsi və özü haqqında yol boyu nalayiq fikirlər işlətməsini bildirmişdir. O, Şöhrətin Qəşəmın avtomobilində qabaq sağ oturacaqda əyləşəməsini görmüş və ona yaxınlaşaraq hansı səbəbə belə ifadələr işlətməsini deyən zaman Şöhrət heç bir reaksiya vermədiyi üçün onun əlində olan su butulkasına toxunmuş, Şöhrət qəfildən əlində olan plastik su butulkasında olan suyu onun üzərinə tökmüş və ona yaxşı etməsini demışdır. Daha sonra avtomobildən enərək ona əcəb etməsini deyən zaman Şöhrətə səhv etməsini bildirmiş və bu zaman Şöhrət onu sağ əli ilə sol göz nahiyyəsindən iki dəfə yumruqla vurmuşdur Aldığım zərbənin təsirindən gözünü tutaraq kenara çəkilmiş və Şöhrət sükan arxasına oturaraq hadisə yerindən uzaqlaşmışdır. Qeyd ediləri nəzərə alaraq onun barəsində başlamış inzibat xəta haqında iş üzrə icrata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki xx.xx.2024-cü il tarixdə saat 12:30-da baş tutan prosesdə Farizin iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Dostu Qəşəm məhkəmədən çıxdıqdan sonra Saatlı rayon ərazisində “Nuray" kafesində nahar etdikdən sonra Bakı şəhər istiqamətində hərəkətdə olan zaman Görüş kafesinə çatmamış Qəşəmə orada çay içmək İstədiyini demiş, lakin kafeyə çatan zaman Fariz və onun yanında olan tanmadığı 3 qız və 1 nəfəri orada gördüyü üçün uzaqlaşaraq getmişdir. Kafedən təxminən 150 metr məsafədə olan mağazanın olmasını görmüş və siqareti olmadığı və su istədiyi üçün Qəşəmə. mağazadan su və siqaret almasını bildirmişdir. Qəşəm Avtomobildən enib mağazaya girmiş və çıxan zaman kiməsə əl işarəsi etməsini görmüşdür. Ondan kimə salam verməsini soruşan zaman Qəşəm Farizin onu çağırmasını bıldırmişdir. Qəşəmə getməməsini deyən zaman Qəşəm ayıb olmasını bildirmiş və Farizin yanına getmişdir. Avtomobildə heç nədən xəbərsiz oturan zaman təxminən 2 dəqiqə sonra Fariz avtomobila əyləşdiyi istiqamətdən yaxınlaşaraq pəncərənin açıq olmasından istifadə edərək, yumruqla qəfildən sağ çiyin nahiyyəsindən bir dəfə vurmuşdur. Onun zərbəsi zamanı əlində plastik su şüşəsi ağız nahiyyəsinə dəyərək dişlərimdən birinin uc hissəsini qırmışdır. Fariz əlavə olaraq yüksək səslə ailəsinin ünvanına nalayıq ifadələr işlətmiş və əlində olan su qabında olan suyu onun üzərinə tökmüşdür Avtomobildən enərək görmüş ki, Farizlə olan insanlar onun yanına gəmişlər Onların qərəzlı olmasını bildiyi üçün Farizi itələyərək sükana keçıb Qəşəmlə oradan uzaqlaşmışdır. Uzaqlaşan zaman Farızin yanında olan tanımadığı cavan oğlan mənim avtomobilinə təpik vurmuş və onu nalayıq ifadələrlə təhqir etmışdır. Şəxs ilə barışmadığını və onun barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərarda əks olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Sabirabad rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 538№-li tibbi rəyində qeyd olunur ki, müayinə olunan şəxs Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlər alt dodaqda selikli qəşada, alt çənədə 3-cü diş alveolunda qansızmalar, sağ bazu oynağının ön səthində qançır küt əşyanın/əşyaların təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında işi üzrə icraat başlanmış şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Sabirabad rayonu Qalaqayın kəndində yerləşən Görüş marketin qarşısında şəxsi münasibətlər zəmində Zərərçəkmiş şəxs il mübahisə edib onu təhqir edərək vurmuşdur. Nəticədə onun sağlamlığına zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. İXM-nın 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nın 157-ci maddəsinə görə - döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkimiş şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 510 və 157-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN1959744№-li protokolla, inzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərarda əks olunmuş xx.xx.2024-cü il tarixli 538№-li tibbi rəyi, zərərçəkmiş şəxsin izahatı, həmçinin toplanmış inzibati xəta üzrə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXMnın 510 və 157-ci maddələri ilə tövsif edilmişdir. Belə ki, İXM-nın 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 510 və 157-ci maddələri ilə inzibati xəta əməlləri törətmiş Şəxs həmin maddələrinin daha ciddi xətaya görə, yəni İXMnın 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ “həbs ” növündə tənbehlə deyil, məhz “cərimə” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də və həmçinin Şəxs barəsində təqsirli bilindiyi İXM-nın 157-ci maddəsinin sanksiyası həddində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəmüvafiq olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməkdə təqsirli bilinsin və ona, həmin maddələrin daha ciddi xətaya görə, yəni İXMnın 157-ci maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar