Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1555/2024 28.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad RPŞ-nin X1 sahə rəisi Seyran Zeynalovun, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, İmişli rayonu Rəsullu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN1959746№-li Protokola və iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon Polis Şöbəsinin X1 sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1959746№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Sabirabad rayonu Qalaqayın kəndində yerləşən Görüş marketin qarşısında şəxsi münasibətlər zəmində Zərərçəkmiş şəxs Zakır oğlu il mübahisə etmiş və onu vurub nəticədə onun sağlamlığına zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişlər. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair xx.xx.2024-cü il tarixli MN1959746№-li inzibati xəta haqqında Protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsində özünü təqsirli bilməyib, izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs İmişli rayon sakinı kimi əvvəllər tanımamış və onunla münasibətləri Bakı şəhərində yaranıb. Onunla münasibətləri son 1 ilə qədər normal olmuş və arasında heç bır problem olmamışdır 2023-cü ilin sentyabr ayında problemlər yaranmış və yaranma səbəbi Farizin avtomobılını ve 4670 manat pulunu ələ keçirməsi olmuşdur Bununla bağlı olaraq qeyd edilən avtomobil ile bağlı olaraq etibarnaməni ləğv etdirmiş və Farizin onu aldadaraq avtomobilinı və pulunu ələ keçirməsi ilə bağlı olaraq barəsində Nizami RPİ-də cınayət işi başlanmışdır. Həmın vaxtdan sonra Farizlə münasibətlərı normal olmamışdır. Fariz mülki qaydada guya dəymiş 21.700 manat ziyanın və pul tələbi ilə bağlı olaraq avtomobilin sahibi olan Qəşəmin yaşayış yeri üzrə Saatlı rayon məhkəməsinə müraciət etmişdir. Orada dəfələrlə proseslər oldu ve sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 12:30-da baş tutan prosesdə Farizin iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Dostu Qəşəm məhkəmədən çıxdıqdan sonra Saatlı rayon ərazisində “Nuray" kafesində nahar etdikdən sonra Bakı şəhər istiqamətində hərəkətdə olan zaman Görüş kafesinə çatmamış Qəşəmə orada çay içmək İstədiyini demiş, lakin kafeyə çatan zaman Fariz və onun yanında olan tanmadığı 3 qız və 1 nəfəri orada gördüyü üçün uzaqlaşaraq getmişdir. Kafedən təxminən 150 metr məsafədə olan mağazanın olmasını görmüş və siqareti olmadığı və su istədiyi üçün Qəşəmə. mağazadan su və siqaret almasını bildirmişdir. Qəşəm Avtomobildən enib mağazaya girmiş və çıxan zaman kiməsə əl işarəsi etməsini görmüşdür. Ondan kimə salam verməsini soruşan zaman Qəşəm Farizin onu çağırmasını bıldırmişdir. Qəşəmə getməməsini deyən zaman Qəşəm ayıb olmasını bildirmiş və Farizin yanına getmişdir. Avtomobildə heç nədən xəbərsiz oturan zaman təxminən 2 dəqiqə sonra Fariz avtomobila əyləşdiyi istiqamətdən yaxınlaşaraq pəncərənin açıq olmasından istifadə edərək, yumruqla qəfildən sağ çiyin nahiyyəsindən bir dəfə vurmuşdur. Onun zərbəsi zamanı əlində plastik su şüşəsi ağız nahiyyəsinə dəyərək dişlərimdən birinin uc hissəsini qırmışdır. Fariz əlavə olaraq yüksək səslə ailəsinin ünvanına nalayıq ifadələr işlətmiş və əlində olan su qabında olan suyu onun üzərinə tökmüşdür Avtomobildən enərək görmüş ki, Farizlə olan insanlar onun yanına gəmişlər Onların qərəzlı olmasını bildiyi üçün Farizi itələyərək sükana keçıb Qəşəmlə oradan uzaqlaşmışdır. Uzaqlaşan zaman Farızin yanında olan tanımadığı cavan oğlan mənim avtomobilinə təpik vurmuş və onu nalayıq ifadələrlə təhqir etmışdır. Onların çox olması səbəbi ilə qorxduğu uçün oradan çıxıb getmişdir. O, Farizi vurmamış və döyməmişdir. Barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki Şəxs İmişli rayon sakini kimi əvvəllər tanımış və onunla münasibətlərı Bakı şəhərində daha yaxınlaşaraq onunla bir müddət şərik işləmişdir. Şərik işlədiyi müddətdə onunla münasibətləri normal olmuş və arasında heç bir problem olmamışdır. Belə ki, ortaq dostu Qəşəm Şöhrət üçün xaricdən Mercedes markalı avtomobil gətirmiş və Şöhrət qeyd edilən avtomobili 1 ildən artıq müddətdə idarə etdikdən sonra ona borcları olması səbəbi ilə satmaq niyyetinin olduğunu bildirmış və onunla 21.700 manata razılaşdıqdan sonra 2023-cü ilin sentyabr ayının 26-sında mən Şöhrətə pulu 2 dəfəyə verdikdən sonra Şöhrət ona avtomobilin Qəşəm Əliyevin adına olmasını bildirmiş və ona Qəşəm etibarnamə vermişdir. 3 gün sonra avtomobili öz adına keçirmək istəyən zaman ona etibarnamənin ləğv edilməsinı bildirmişlər. Bununla bağlı olaraq Bakı şəhərində aidiyyatı üzrə araşdırmalar aparılmışdır. Həmin vaxtdan sonra Şöhrətlə münasibətləri normal olmayıb. Mülkı qaydada dəymiş ziyanın və pul tələbi ilə bağlı olaraq avtomobilin sahibi olan Qəşəmın yaşayış yerı üzrə Saatlı rayon məhkəməsinə müraciət etmiş və orada dəfələrlə proseslər olmuş və sonuncu dəfə 30.08 2024-cü il tarixdə saat 12:30-da baş tutan prosesdən çıxdıqdan sonra onunla bir yerdə gələn dostları ilə Saatlı rayon ərazisində olan Görüş kafesinə nahar etmək üçün gəlmişdir. Bir qədər orada nahar edib Bakıya qayıtmaq istəyən zaman Qəşəmin Kafedən təxminən 150 metr məsafədə olan mağazanın qarşısında olmasını görmüş və onu yanına çağırmışdır Piyada formada qeyd edilən Sabirabad rayonu ərazisində olan "Görüş Marketin" yanına gəlmişdir. Həmin zaman Qəşəm avtomobili mağazanın qarşısında saxlamış və ona yaxın gələrək Şöhrətin ailəsi və özü haqqında yol boyu nalayiq fikirlər işlətməsini bildirmişdir O, Şöhrətin Qəşəmın avtomobilində qabaq sağ oturacaqda əyləşəməsini görmüş və ona yaxınlaşaraq hansı səbəbə belə ifadələr işlətməsini deyən zaman Şöhrət heç bir reaksiya vermədiyi üçün onun əlində olan su butulkasına toxunmuş, Şöhrət qəfildən əlində olan plastik su butulkasında olan suyu onun üzərinə tökmüş və ona yaxşı etməsini demışdır. Daha sonra avtomobildən enərək ona əcəb etməsini deyən zaman Şöhrətə səhv etməsini bıldırmış və bu zaman Şöhrət onu sağ əli ilə sol göz nahiyyəsindən iki dəfə yumruqla vurmuşdur Aldığım zərbənin təsirindən gözünü tutaraq kenara çəkilmiş və Şöhrət sükan arxasına oturaraq hadisə yerindən uzaqlaşmışdır. Şəxs ilə barışmadığını və onun barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərarda əks olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Sabirabad rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 534№-li tibbi rəyində qeyd olunur ki, müayinə olunan şəxs Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlər sol gözaltı nahiyyədə qançır küt əşyanın/əşyaların təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Sabirabad rayonu Qalaqayın kəndində yerləşən Görüş marketin qarşısında şəxsi münasibətlər zəmində Zərərçəkmiş şəxs Zakır oğlu il mübahisə etmiş və onu vurub sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. İXM-nın 157-ci maddəsinə görə - döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkimiş şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 157ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN1959746№-li protokolla, inzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərarda əks olunmuş xx.xx.2024-cü il tarixli 534№-li tibbi rəyi, zərərçəkmiş şəxsin izahatı, həmçinin toplanmış inzibati xəta üzrə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 157-ci maddəsi ilə tövsif edilmişdir. İş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə inzibati xəta törətmiş şəxsin zərərçəkmiş şəxsi döyməməsi barədə göstərdiklərini əsassız hesab edirəm və onun bu cür izahatını inzibati məsuliyyətdən yayınmağa yönəldilmiş hərəkət kimi qiymətləndirirəm. Zərərçəkmiş şəxslərin izahatını, ekspert rəyinə və inzibati işin digər hallarına uyğun gəldiyinə görə mötəbər hesab edirəm. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 157-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini və xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 157-ci maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “həbs” növündə tənbehlə deyil, məhz “cərimə” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs barəsində təqsirli bilindiyi İXM-nın 157-ci maddəsinin sanksiyası həddində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəmüvafiq olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN1959746№-li inzibati xəta haqqında Protokol əsasında Qafarov X2 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 300 (üç) yüz manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1555/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1555/2024
28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver