Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1563/2025 15.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X9 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad RPŞ-nin DYPB-nın Yol Patrul Xidməti inspektoru X4, şikayətçi (barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs) X5 iştirakı ilə, Sabirabad RPŞ-nin DYPB-nın Yol Patrul Xidməti inspektoru R.F.Əskərsoy tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında Sabirabad RPŞ-nin DYPB-nın inzibati təcrübə üzrə baş inspektoru, polis baş leytenantı Y.A.Şükürov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP 7529749№-li inzibati tənbeh vermə haqqında X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad RPŞ-nin DYPB-nın Yol Patrul Xidməti inspektoru R.F.Əskərsoy tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında Sabirabad RPŞ-nin DYPB-nın inzibati təcrübə üzrə baş inspektoru, polis baş leytenantı Y.A.Şükürov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP 7529749№-li inzibati tənbeh vermə haqqında Qərara əsasən xx.xx.1997-ci il təvəllüdlü X3 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) törətdiyinə görə, onun barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X10 barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP 7529749№-li Qərarla razılaşmayaraq, həmin qərardan verdiyi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, Sabirabad RPŞ-nin DYPB-nın Yol Patrul Xidməti inspektoru R.F.Əskərsoy xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında (Sabirabad şəhər Nizami Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin qarşısı) yerləşən piyada keçidində quraşdırılmış svetoforun işıqlarının tələblərinin pozulması səbəbi ilə istifadə etdiyi Honda Civic HYBRİD markalı **-ML-*** dövlət nömrə qeydiyyat nişanlı aftomobilində hərəkətdə olarkən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə istinadən TP7529749 nömrəli qərarla 100 manat cərimə edilmişdir. Qeyd edir ki, tərəfinə tətbiq edilmiş cərimənin əsasız olduğunu hesab edərək məhkəməyə müraciət etmişdir. İş üzrə barəsində tətbiq edilmiş cərimənin əsasız və qanunsuz olduğunu 3 hal ilə subut edə bilər. 1-ci hal sözügedən küçədə Yol Patrul Xidməti əməkdaşı tərəfindən tərtib edilmiş protokol İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələlərinə ziddir. Çünki həmin Məcəllənin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar qeyd edilməli olduğu halda hər hansı bir məlumat qeyd edilməmişdir. Hətta Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmis səxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta hanqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu baradə protokolda müvafiq qeyd aparır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habela protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Lakin o, imzadan imtina etdiyi halda akt tərtib edilməmiş, əlavə olaraq da inzibati xətanı törətdiyinə dair sübut ona göstərilməmişdir. 2-ci hal Yol Patrul Xidməti haqqinda Təlimantın 8.1-ci bəndinə əsasən dövlət yol polisinin hərəkətinə nəzarəti salahiyyatlı əməkdaşları tərəfindən videomüşahidə kameraları vasitəsilə qanunvericiliklə həyata keçirməyə nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə xüsusi texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən nəqliyyat vasitəsinin qayda pozuntusunu əks etdirən iki fərqli və dövlət qeydiyyat nişanını əks etdirən bir fotoşəkil və video materiallar) real vaxt rejimində elektron formada birbaşa BDYPİ-nin mərkəzi informasiya sisteminə ötürülür. Lakin yuxarıda qeyd edilən hallara istinadən əgər İnzibati xəta törədilən zaman YPX-nın inspektoru operativ nəqliyyat vasitəsi ilə müəyyən etmiş idisə niyə ona əl ilə tətbiq etmişdir. Əlavə olaraq həmin Təlimatın müddəalarına əsasən Yol-Patrul Xidməti əməkdaşı operativ Nəqliyyat vasitəsində olan videomüşahidə kamerasının fasiləsiz işlək vəziyətdə olmasına cavabdehdir. Halbuki barəsində tətbiq edilmiş cərimənin videosu olduğunu bildirmiş və bu barədə aidiyyəti şikayətini bildirdiyi zaman videosonu ona təqdim edəcəyini öz dili ilə etiraf etmişdir. Bu halda İnzibati Xətalar Məcəlləsinin 122.5-ci maddəsinin tələblərinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq elmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xususi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xətalar yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarır. 3-cü hal: “Yol hərəkəti haqqında” qanunun 9-cu maddəsinin (X-cu bəndində avtomobil yollarında svetoforun, yol nişanları, nişanlanma xətləri və yol hərəkətləri təşkilinin digər texniki vasitələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi organın (qurumun) qərarı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qunmun) müəyyən etdiyi qaydaya uyğun olaraq tətbiq olunur. Həmin qayda Piyada zolağında hərəkətin svetoforla nizamlanması və avtomobil yollarında yerüstü va ya yeraltı keçidlərin tikilməsi vacib olan hallar barədə Nazirlər Kabinetinin 26 yanvar 2016-cı il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş Qərarının 1.1.2-ci bəndinə əsasən iş günlərində nəqliyyat vasitələrinin hərəkət intensivliyi hər iki istiqamətdə bir saat ərzində 600 avtomobildən (ayırıcı zolaq olan küçələr üçün bir saat ərzində 800 avtomobildən), piyadaların bir istiqamətdə hərəkət intensivliyi isə qeyd olunan müddətdə 150 nəfərdən az olmadıqda (bu halda svetoforun siqnallarında tək və ya çoxproqramlı (hərəkət intensivliyindən asılı olaraq svetofor siqnallarının yanma müddəti dəyişdirilən) rejim tətbiq olunmalıdır). Odur ki, İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərini pozaraq İXP7450360 nomrəli protokolu üzrə qəbul edilmiş TP7529749 nömrəli qərarın həmin Məcəllənin 135.1.4-ci maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi səbəbi ilə işə xitam verilməsini və inzibati məsuliyyətin aradan qaldırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş şikayətçi (bərəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş) X10 şikayəti müdafiə edib, şikayət ərizəsinə uyğun məzmunda izahat verərək, mübahisələndirilən xx.xx.2025-ci il tarixli TP ******* №-li inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Sabirabad RPŞ-nın DYPB-nın YPX-nin inspektoru X11 şikayətə etiraz edib, xx.xx.2025-ci il tarixli TP 7529749№-li inzibati tənbeh vermə haqqında qərarın əsaslı və qanuni olmasına əsaslanaraq, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, şikayətçi (bərəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş) X6 və Sabirabad RPŞ-nın DYPB-nın YPX-nin inspektoru Raman Əskərsoyu dinləyərək hesab edir ki, X5 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, X10 barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP 7529749№-li inzibati tənbeh vermə haqqında Qərarından görünür ki, X10 xx.xx.2025-ci il tarixdə saat 08:40-da özünə məxsus “Honda Civic HYBRİD” minik markalı **-ML-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Sabirabad şəhəri, 20 yanvar küçəsində idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsində hərəkəti davam etməklə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlinə yol verdiyi üçün barəsində 100 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına görə, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulub. X2 həmin qərarla razılaşmayıb və qərarı mübahisələndirərək qeyd etmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 08:40-da özünə məxsus “Honda Civic HYBRİD” minik markalı **- ML-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Sabirabad şəhəri, 20 yanvar küçəsində idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi hərəkətinə yol verməmiş, yol hərəkəti haqqında qanunun hər hansı normasını pozmamışdır. Lakin xx.xx.2025-ci il tarixdə saat 08:40-da özünə məxsus “Honda Civic HYBRİD” minik markalı **-ML-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Sabirabad şəhəri, 20 yanvar küçəsində hərəkətini qeydə alan videogörüntüdən aydın olur ki, X10 xx.xx.2025-ci il tarixdə saat 08:40-da özünə məxsus “Honda Civic HYBRİD” minik markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad şəhəri, 20 yanvar küçəsi ilə hərəkət edərkən, məktəbin qarşısında svetoforun qadağanedici olan “qırmızı” işıq işarəsində avtomobili dayandırmalı olduğu halda, bunun əksi olaraq hərəkətini davam etməklə bununla da İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Beləliklə məhkəmə araşdırılması zamanı X5 xx.xx.2025-ci il tarixdə saat 08:40-da özünə məxsus “Honda Civic HYBRİD” minik markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad şəhəri, 20 yanvar küçəsi ilə hərəkət edərkən, məktəbin qarşısında svetoforun qadağanedici olan “qırmızı” işıq işarəsində avtomobili dayandırmalı olduğu halda, bunun əksi olaraq hərəkətini davam etməklə bununla da İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməli törətməsi təsdiq edilmişdir. Məhkəmə aşağıda istinad olunan qanunvericilik normalarına və işin məhkəmədə araşdırılmış hallarına əsaslanaraq hesab edir ki, şikayətçi M.Ə.Bağırovun barəsində qəbul edilmiş mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayətin dəlilləri, həmin xx.xx.2025-ci il tarixli TP 7529749№-li inzibati tənbeh vermə haqqında Qərarın ləğvi üçün əsas ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanun vericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Məhkəmə hesab edir ki, Sabirabad RPŞ-nin DYPB-nın inzibati təcrübə üzrə baş inspektoru, polis baş leytenantı Y.A.Şükürov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP 7529749№-li inzibati tənbeh vermə haqqında Qərar qanuni və əsaslı olduğundan, M.Ə.Bağırovun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X5 Sabirabad RPŞ-nin DYPB-nın inzibati təcrübə üzrə baş inspektoru, polis baş leytenantı Y.A.Şükürov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP 7529749№-li inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayət əsassız olduğu üçün təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1563/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1563/2025
15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver