Məhkəmə qərarları › İş №3(056)-1567/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1567/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1567/2024 30.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, protokolu tərtib etmiş Sabirabad rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Sabirabad rayonu Cavad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Sabirabad rayonu Cavad kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN 1959785№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq. MÜƏYYƏN ETDİM: Sabirabad rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 1959785№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı Sabirabad rayonu Cavad kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində evin talvarına bərkidilmiş dəmirin arasında bir ədəd kibrit qutusunda satış məqsədi olmadan az miqdarda - təmiz çəkisi 4,54 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qudurulmuş marixunanı saxlanyıb daşınmışdır. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 206-cı maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsində təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli MN 1959785№-li inzibati xəta haqqında Protokol tərtib edilərək toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 206-cı maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsini etiraf edib, əməlindən peşmançılıq hissi keçirdiyini və bir daha bu cür hallara yol verməyəcəyini bildirərək, əlavə olaraq qeyd etmişdir ki, o, təxminən bir neçə aydır ki, tapdıqca narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etmiş, əvvəllər narkotik istifadəçisi olduğu üçün məhkum olunmuşdur. Bir neçə gün bundan əvvəl dəqiq tarixi yadında qalmayan vaxtda axşam saatlarında piyada evə gələrkən yerdən kibrit qutusu tapmış, həmin kibrit qutusunun içərisində qurudulmuş marixuana olmuşdur. O, narkotik vasitə olan qurudulmuş marixuananı istifadə etmək üçün həmin kibrit qutusunu götürüb evə gəlmış, ailə üzvləri kibrit qutusunu paltarında saxlasa, aşkar edə biləcəklərini düşünüb evin talvarının dəmir atmalarının arasında gizlətmiş, məqsədi həmin kütlədən az-az istifadə etmək olmuşdur. xx.xx.2024-cü il tarixdə günorta saatlarında yaşadığı evin qarşısında olarkən ona mülki və xidmətı geyimdə polis əməkdaşları yaxınlaşmış, polis əmədakşalrı onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlı olduğunu deyib yaşadığı ünvana baxış keçirəcəklərini bıldırdıkdə o buna heç bir etirazının olmadığını deyərək bu barədə ərizə vermişdir. Orada polis əməkdaşlarının iştirakı ilə yaşadığı ünvana videoçəkilişlə baxış keçirilmiş, sonra ondan yaşadığı ünvanda qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulduqda o,"nəşə", yənı narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş, sonra iştirakçıları həmin narkotik vasitəni saxladığı evin giriş hissəsində olan talvarın yanına dəvət etmişdir. Talvara bərkidilmiş dəmirlərın arasından kibrit qutusunu götürüb təqdim edərək "nəşə" olduğunu demiş, bundan sonra həmin kütlə elektron tərəzidə çəkilərək çəkisinin 8,32 qram olduğu müəyyən edilmişdir. Sonra həmin kütlə 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, qablaşdırmanın üzərinə o və digər iştirakçılar imza etmış, bundan sonra yaşadığı ünvanda baxış keçirilməsi davam etdirilməsinə baxmayaraq yaşadığı ünvandan qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamış, baxış yekunlaşdırılmış, bu barədə protokol tərtib olunmuş, protokola o və digər iştirakçılar imza etmişlər Narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etmiş, başqa heç bir narkotik vasitə və ya psixotrop maddə istifadə etməmiş, heç vaxt kiməsə narkotik vasitə və ya başqa maddə satmamışdır. İnzibati xəta haqqında iş üzrə toplanmış materialla əlavə edilmiş “Cinayət işi başlanmasının rədd olunması haqqında” 23 sentyabr 2024-cü tarixli Qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasınıın rəyinə əsasən Şəxs üzərindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 4,54 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qudurulmuş marixunadır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə barəsində iş üzrə inzibati icraat aparılan Şəxs evində aparılmış şəxsi axtarış zamanı evin talvarına bərkidilmiş dəmirin arasında bir ədəd kibrit qutusunda satış məqsədi olmadan az miqdarda - təmiz çəkisi 4,54 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qudurulmuş marixunanı üzərində saxlayıb daşınmışdır. İXM-nın 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN 1959785№-li protokolla və inzibati xəta haqqında iş üzrə digər materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 206-cı maddəsi ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 206-cı maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 206-cı maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxsə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “həbs” növündə tənbehlə deyil, məhz “cərimə” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxsə təqsirli bilindiyi İXM-nın 206-cı maddəsinin sanksiyası həddində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN 1959785№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar