Məhkəmə qərarları › İş №3(056)-1568/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1568/2025

15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1568/2025 15.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Bağırovun, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmıtinin 6 saylı Mil-Muğan regional bölmənin baş məsləhətçi X2, barəsində inzibati xəta işi üzrə icraat başlanmış şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Sabirbad rayonu Qaragüney kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Sabirbad rayonu Qaragüney kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN2366632№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmıtinin 6 saylı Mil-Muğan regional bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN2366632№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Şəxs tərəfindən Sabirabad rayonu Qaragüney kəndində yerləşən “Fərid” şadlıq sarayında formalaşan çirkab suları təyinatsız olaraq ərazidən keçən 2-KY-9- 10 kollektoruna axıdılaraq istismar qaydasının pozmuşdur. Bu əməlinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 262.2.3 və 264.0.2-ci maddələri ilə nəzərdə tutlmuş inzibati xəta əməlləri törətməsinə dair xx.xx.2025-ci il tarixli MN2366632№-li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 262.2.3 və 264.0.2-ci maddələrində nəzərdə tutlmuş inzibati xəta əməllərində özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, Sabirabad rayonu Qaragüney kəndində yerləşən “Fərid” şadlıq sarayında formalaşan tullantı suları kənara axıdılmışdır. Lakin, formalaşan çirkab suları təyinatsız olaraq ərazidən keçən 2-KY-9-10 kollektoruna axıdılaraq istismar qaydasının pozmamışdır. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 6 saylı X1 baş məsləhətçisi X7 “inzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli MN2366 632№-li Protokol əsasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərinə görə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdıraraq hesab edirəm ki, hazırkı iş üzrə barəsində inzibati icraat aparılan Şəxs əməlində tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması faktı öz təsdiqini tapsa da, lakin onun əməlində çirkab suların təyinatsız olaraq ərazidən keçən 2- KY-9-10 kollektoruna axıdılaraq istismar qaydasının pozulması halı müəyyən edilməmişdir. Belə ki, İXM-nın 262.2.3-cü maddəsi içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə, İXM-nın 264.0.2-ci maddəsi isə su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə görə inzibati məsulliyyət nəzərdə tutur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirəliyev X4 rayonu Qaragüney kəndində yerləşən “Fərid” şadlıq sarayında formalaşan tullantı suları kənara axıdılmışdır. Göründüyü kimi Şəxs tullantı suları kənara axıdılmasını dərk edərək bunu arzu etmişdir. Bununla da o, bu hərəkətləri ilə İXM-nın 262.2.3-cü maddəsində nəzərdə tutlmuş inzibati xəta əməli törətmişdir. Eyni zamanda məhkəmə araşrımasının nəticəsi olaraq barəsində iş üzrə inzibati icraat aparılan şəxs Şəxs əməlində su təsərrüfatı qurğularından istismar qaydalarına riayət edilməməsi faktı sübuta yetirilməmiş, yəni onun İXM-nın 264.0.2-ci maddəsində nəzərdə tutulmuş hərəkətinin nədə ifadə olunması və bu faktın mövcudluğu öz təsdiqini tapmamışdır. İnzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektivdən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti tördilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nin 264.0.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Lakin hazırki iş üzrə barəsində iş ürə icraat aparılan şəxsin izahatından görünür ki, onun su təsərrüfatı qurğularından istismar qaydalarına riayət edilməməsi faktı müəyyən edilməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş subutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, barəsində inzibati icraat aparılan şəxsin izahatını işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda istinad olunan inzibati xəlar məcəlləsinin normalarının tələbləri baxımdan hesab edirəm ki, hazırkı inzibati xəta haqqında protokolda göstərilən «onu intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabeçilik etməmə» halı üzrə inzibati xəta tərkibi mövcud deyildir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməllərində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Buna görə də hesab edir ki, Şəxs əməllərində İXM-nın 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadıqda, həmin maddə ilə o inzibati məsuliyyətdən azad olunmalı və qeyd olunan maddə ilə onun təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Eyni zamanda Şəxs İXM-nın 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN2366632№-li protokolla və inzibati xəta haqqında iş üzrə digər materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 262.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 262.2.3-cü maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İXM-nın 262.2.3-cü maddəsinə görə içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin sanksiyasının hədləri daxilində aşağı həcmdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2366632 №-li inzibati xəta haqqında Protokola əsasən Şəxs İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirbad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2366632№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs əməllərində İXM-nın 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün, həmin maddə ilə o, inzibati məsuliyyətdən azad olunsun və qeyd olunan maddə ilə onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar