Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1583/2025 03.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, protokolu tərtib etmiş şəxs Sabirabad Rayon Polis Şöbəsinin sahə rəisi X1, Zərərçəkmiş şəxs qızının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Sabirabad rayonu Yolçubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Sabirabad rayonu Yolçubəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli MN2391103№-li və xx.xx.2025-ci il tarixli MN2391104№-li inzibati xəta haqqında Protokollara və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2025ci il tarixli MN 2391103№-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə görə Şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu Yolçubəyli kəndində keçmiş arvadı X4 ilə etdiyi mübahisə zamanı, onun yaşadığı evin qapısını və şüşəsini sıdıraraq, ümumilikdə ona 150 manat dəyərində ziyan vurulmuşdur. Bu əməlinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 232-1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlləri törətməsinə dair Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2025ci il tarixli MN 2391104№-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə görə Şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu Yolçubəyli kəndində keçmiş arvadı X4 ilə mübahisə edərək, onu vurub sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Bu əməllərinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlləri törətməsinə dair Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin qərardadı əsasında hər iki xx.xx.2025-ci il tarixli MN 2391103№-li və xx.xx.2025-ci il tarixli MN 2391104№-li inzibati xəta haqqında Protokollar üzrə inzibati xəta materialları birgə baxılması üçün bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nın 157 və 232-1-ci maddələri ilə ona istinad olunan inzibati xəta törətməsində özünü təqsirli bilib və əməllərindən peşmançılıq hissi keçirərək, X4 (zərərçəkmiş şəxs) ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını və ona dəyimiş ziyanın əvəzini ona ödədiyini nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 izahatında Şəxs heç bir şikayət və tələbinin olmadığını, dəyimiş ziyanın əvəzinin ona ödənildiyini bildirərək, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sabirabad RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Məmmədzadə Abuşovun 25 sentyabrt 2025-ci il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» Qərarından görünür ki, Şəxs əməlində İXM-nin 157 və 232-1-ci maddələrinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə tədbir görülməsi üçün qərarın surətinin Sabirabad RPŞ-nin İTB-yə verilməsi, həmçinin qərarın surətinin X2 və digər maraqlı tərəflərə göndərilməklə, qərardan şikayət etmək hüququnun olmasının izah edilməsi, qərarın surətinin prosessual rəhbərliyi həyata keçirən rayon prokurorluğuna göndərilməsi, toplanmış materialların saxlanılması üçün Sabirabad RPŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs İXM-nın 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli olması Şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxsin izahatı «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarı ilə müəyyən olunmuş işin halları və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. Qeyd edilən maddə ilə müəyyən olunmuş əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq İXM-nin 157 və 232-1-ci maddələri ilə tövsif edilmişdir. İXM-nin 157 -ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nın 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İXM-nın 53.1 və 53.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nın 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-nın 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir İnzibati materiala əlavə edilmiş barəsində inzibati icraat aparılan şəxsin izahatı və zərərçəkmiş şəxsin ərizələrindən görünür ki, onlar barışmışlar və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edirlər. İşin araşdırılmış hallarına və qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsaslanaraq belə nəticəyə gəlirəm ki, Şəxs ilə zərərçəkmiş şəxslə barışdığı üçün, onun barəsində İXM-nın 157 və 232-1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2391103№-li və xx.xx.2025-ci il tarixli MN2391104№-li inzibati xəta haqqında Protokollar əsasında Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin (zərərçəkmiş şəxslə barışdığı üçün). Qərardan, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1583/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1583/2025
03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver