Məhkəmə qərarları › İş №3(056)-1587/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1587/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1587/2024 06.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad rayon Polis Şöbəsinin DYB-nin polis mayoru X1, zərərçəkimiş şəxs Zərərçəkmiş şəxsn və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1957-ci il tarixdə Gədəbəy rayon Zamanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP6669275№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Sabirabad rayon Polis Şöbəsin polis mayoru X2 tərəfindən tərtib edilmiş 0xx.xx.2024cü il tarixli İXP6669275№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə 11:00 radələrində Sabirabad şəhəri H.Əliyev prospekti 23№-li binanın həyətindən nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan “VAZ 2106” minik markalı **-BB-*** qeydiyyat nişanlı avtomobili ilə H.Əliyev prospektinə çıxarkən yol hərəkəti haqqınında qanunu pozaraq Zərərçəkmiş şəxs məxsus “Mersedes Benz” minik markalı **-HC-*** qeydiyyat nişanlı avtomobili ilə toqquşub, nəticədə zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmiş və onun avtomobili zədələnərək ona maddi ziyan vurulmuşdur. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 332.4-cü maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsində təqsirləndirilməsinə dair inzibati xəta haqqında Protokol tərtib edilərək iş üzrə toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 332.4-cü maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsini etiraf edib, izahatında göstərmişdir ki, idarə etdiyi “VAZ-2106” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilini sürücülük vəsiqəsi və etibarnaməsi olmadan xx.xx.2024-cü il tarixdə saat 11 radələrində H.Əliyev prospektindəki yaşadığı binanın həyətindən çıxardaraq prospektdə yanacaqdoldurma məntəqəsinə getmək niyyətilə prospektə çıxmış, Qalağayın dairəsindən rayon mərkəzinə tərəf gələn “Mersedes Benz” minik markalı avtomobilin öz yolu ilə sağ zolaqla gəldiyini görmüş, lakin “Mersedes Benz” minik markalı avtomobili gözləmədən yola çıxmış, “VAZ-2106” markalı avtomobili “Mersedes Benz” minik markalı avtomobil ilə toqquşub, nəticədə zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmiş və onun avtomobili zədələnərək ona maddi ziyan vurulmuşdur. Əməlindən peşmançılıq hissi keçirdiyini və bir daha bu cür hallara yol verməyəcəyini bildirərək, ona yüngül tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində “Mersedes-Benz” minik markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sabirabad rayonu Qalağayın dairəsindən rayon mərkəzinə tərəf hərəkətdə olarkən şəhərin H.Əliyev prospektində sol zolaqda avtomobili idarə edərkən yolun sol ehtiyyat hissəsindən “VAZ-2106” markalı avtomobil sağ zolağa mərkəz yola çıxarkən “VAZ-2106” markalı avtomobilin sürücüsü onun avtomobilini gözləmədən hərəkət etdirmiş, nəticədə onun sağlamlığına yüngül bədən xəsarəti yetirilmiş və onun avtomobili zədələyərək ona maddi ziyan vurulmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə 11:00 radələrində Sabirabad şəhəri H.Əliyev prospekti 23№-li ninanın həyətindən nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan “VAZ 2106” minik markalı **-BB-*** qeydiyyat nişanlı avtomobili ilə H.Əliyev prospektinə çıxarkən yol hərəkəti haqqınında qanunu pozaraq Zərərçəkmiş şəxs məxsus “MERSEDES BENZ” minik markalı **-HC-*** qeydiyyat nişanlı avtomobili ilə toqquşub, nəticədə zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmiş və onun avtomobili zədələyərək ona maddi ziyan vurmuşdur. İXM-nın 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur İXM-nın 332.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxsi dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib olunmuş xx.xx.2024cü il tarixli İXP6669275№-li protokolla və inzibati xəta haqqında iş üzrə digər materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 332.4-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 332.4-cü maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 332.4-cü maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “həbs” növündə tənbehlə deyil, məhz “cərimə” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxsə təqsirli bilindiyi İXMnın 332.4-cü maddəsinin sanksiyası həddində 500 (beş) yüz manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP6669275№-li inzibati xəta haqqında Protokola əsasən Hüseynov X3 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 500 (beş) yüz manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar