Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1591/2024 21.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, şikayətçi (barəsində inzibati tənbeh tətbiq edilmiş) X2 iştirakı ilə, X2 Sabirabad RPŞ-nin DYPB-nin inspektoru polis serjantı N.Q.Həsənov tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6835290 nömrəli inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad RPŞ-nin DYPB-nin inspektoru polis serjantı N.Q.Həsənov tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6835290 nömrəli inzibati tənbeh vermə haqqında Qərara əsasən xx.xx.1970-ci il təvəllüdlü X2 İnzibati Xətalar Məcəlləsinin 329.1-ci (təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmə) və 342.2.2-ci (normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi) maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X5 barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP6835290 nömrəli inzibati tənbeh vermə haqqında Qərarla razılaşmayıb, həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. X5 xx.xx.2024-cü il tarixli TP6835290 nömrəli inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayəti belə əsaslandırılmışdır ki, 28 oktyabr 2024-cü il tarixdə idarə etdiyi Qaz 2411 minik markalı **-XU-*** dövlət qediyyyat nişanlı avtomobil ilə kənd sakinləri Səyyad Məmmədov və X4 kəndindən Sabirabad rayonuna gəlirmişlər. Sabirabad rayonu Mürsəlli kənd yolunda DYP-nin 128 nömrəli avtomobili ilə polis əməkdaşı onu saxlatmış və avtomobilinin damına bərkidilmiş "yük reşotkası" olduğu üçün onu maşınla birlikdə Sabirabad Rayon Polis Şöbəsinə apardılar və onun barəsində İXM-nın 329.1-və 342.2.2-ci maddələri ilə qərar qəbul etdilər. O, qərarla razı deyil, səbəb odur ki, o, təhlükəsiz kəmərini istifadə etmiş, onun yanında şahidləri də var. Heç bir əlavə avadanlıq sayılmır. Qanunda yazılmır o avadanlıq hansı standartlarda olmalıdı. Yol hərəkəti haqqında qanuna əsaslanaraq o avadanlıq formasından və harada necə hazırlanmağından asılı olmayaraq (forması, növü, matrealı) yalnız bir tələb irəli sürülür, avtomobilin üzərinə möhkəm bərkidilməlidir. Yəni ki, o tərpənib maşının üstündən düşüb kiməsə təhlükə yaratmasın. Çox avtomoblidə o baqajı bağlamağa yer qoyulub amma hansı növdə necə baqaj tələbi qoyulmayıb Yol hərəkəti haqqında qanunun 57-ci maddəsi bu sualın cavabını tam olaraq verir. Hələ də avtomobil cərimə meydançasındadır və yük baqajını avtomobildən çıxarması şərtilə avtomobili qaytarmaq mümkündür, o, isə razı olmadı. Sabirabad rayonu Polis serjantı X1 28 10.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə 150 manat məbləğində cərimə edilmişdir. Ona görə də hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş şikayətçi (barəsində inzibati tənbeh tətbiq edilmiş) X5 şikayətinə uyğun məzmunda izahat verərək, əlavə olaraq bildirmişdir ki, ona məxsus avtomobilinin dam hissəsinə quraşdıırılmış yük yeri sənaye üsulu ilə hazırlanmış avadanlıq olmasa da, lakin qanunvericiliyin tələblərinə zidd deyil. Həmçinin nəqliyyat vasitəsinin qabaq yan şüşəsinə də örtük çəkilməsini etiraf etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Sabirabad RPŞ-nin DYPB-nin inspektoru polis serjantı N.Q.Həsənov məhkəmədə iştirak etməmisdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsaslanaraq, şikayətə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətin dəlillərini araşdırıb və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, şikayətçi X2 şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, B.K.Qasımov barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6835290 nömrəli inzibati tənbeh vermə haqqında Qərardan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X2 İnzibati Xətalar Məcəlləsinin 329.1-ci (təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmə) və 342.2.2-ci (normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi) maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Göründüyü kimi B.K.Qasımova istinad olunan inzibati xəta əməlləri təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməsindən və normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsindən ibarət olmuşdur. Məhkəmə iclasında iştirak etmiş B.K.Qasımov ona məxsus avtomobilinin dam hissəsinə sənaye üsulu ilə deyil, məhz kustar üsulla hazırlanmış yük yerinin quraşdırmasını və nəqliyyat vasitəsinin qabaq yan şüşəsinə örtük çəkilməsini etiraf etmişdir. Həmin bu hallar inzibati iş materialına əlavə edilmiş videogörüntü ilə də təsdiq edilir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin İİ bəndinin 3)-cü yarımbəndinə əsasən texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. “Yol hərəkəti haqqında” Qanuna 1 saylı Əlavədə Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısında sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyalar qoyulması və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklərin (pərdə və plyonka) çəkilməsi nəqliyyat vasitələrinin nasazlıqları kimi göstərilmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, şikayətçi B.K.Qasımov ona məxsus Qaz 2411 minik markalı **-XU-*** dövlət qediyyyat nişanlı avtomobilinin dam hissəsinə sənaye üsulu ilə deyil, məhz normativ tələblər pozulmaqla kustar üsulla hazırlanmış yük yeri quraşdırmaqla, bununla da İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Eyni zamanda o, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməklə və nəqliyyat vasitəsinin qabaq yan şüşəsinə qanunla tətbiqinə icazə verilməyən örtük çəkməklə İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 329.1-ci 342.2.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərinə yol vermişdir. Məhkəmə aşağıda istinad olunan qanunvericilik normalarına və işin məhkəmədə araşdırılmış hallarına əsaslanaraq hesab edir ki, şikayətçi B.K.Qasımov barəsində qəbul edilmiş mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayətin dəlilləri (inzibati xəta əməlinin törətməməsi) əsassızdır və həmin dəlillər xx.xx.2024-cü il tarixli TP6835290 nömrəli inzibati tənbeh vermə haqqında Qərarın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanun vericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, Sabirabad RPŞ-nin DYPB-nin inspektoru polis serjantı N.Q.Həsənov tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6835290 nömrəli inzibati tənbeh vermə haqqında Qərar qanuni və əsaslı olduğundan, həmin qərarın ləğv edilməsinə dair şikayət əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Sabirabad RPŞ-nin DYPB-nın inspektoru polis serjantı N.Q.Həsənov tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6835290 nömrəli inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayət əsassız olduğu üçün təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1591/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1591/2024
21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver