Məhkəmə qərarları › İş №3(056)-1593/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1593/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1593/2025 06.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi,, X2 oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Sabirabad Rayon Polis X5 Bölməsinin sahə rəisi polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Sabirabad rayonu Çağırğan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sabirabad rayonu Çığırğan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsinin X3 daxil olmuş inzibati xəta haqqında protokola Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokoldan və protokola əlavə olunmuş sənədlərinə əsasən Şəxs xx.xx.2025-ci il tarixdə yaşadığı Sabirabad rayonu, Çığırğan kəndindəki evində arvadı Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. İnzibati protokol tərtib etmiş şəxs Sabirabad Rayon Polis X5 Bölməsinin sahə rəisi polis kapitanı X6 inzibati xəta haqqında tərtib etdiyi protokolun səbəbləri və əsası haqqında bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə yaşadığı Sabirabad rayonu, Çığırğan kəndindəki evində arvadı Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Bunun nəticəsində zərərçəkmiş şəxs polisə şikayət ərizəsi ilə müraciət etmiş və bu barədə tərəflərin izahatı alınmışdır. Bütün toplanan sübutlar nəticəsində fakt öz təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. xx.xx.2025-ci il tarixdə evə içkili olan zaman Pərvanə onunla mübahisə etdiyi üçün sonuncunu söyüb təhqir etmişdir. Hadisə yaşadıqları evdə olmuşdur. Yanlarında heç kim olmamışdır. Məhkəmədən ona köməklik edilməini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat verən Zərərçəkmiş şəxs bildirdi ki, 05 oktyabr 2025-ci il tarixdə evəd olan zaman Şəxsla aralarında mübahisə yaranmış, mübahisə zamanı şamo onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Hadisə yaşadığı həyətlə evi arasında baş vermişdir. Buna görə buna şahidlik edən olmamışdır. Odur ki, Şəxs barəsində qanuni müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iş üzrə icraatına xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırki iş üzrə tərəflər arasında mübahisə zamanı hər hansı bir ictimai qayda pozulmamış, mübahisə tərəflər arasında ev şəraitində şəxsi münasibətlər zəmnində baş vermişdir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Hüquq ədəbiyyatında ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İXM-nin 510-cu maddəsinin nəzərdə tutduğu mənada ictimai qaydanı pozma qiymətləndirici anlayışdır və pozuntunun mühümlüyünü və əhəmiyyətli olmasını ifadə edir. Bu anlayış özlüyündə cəmiyyətə açıqca hörmətsizlik ifadə etmə əlamətini də ehtiva edir ki, məhz bu əlamət xuliqanlığın zəruri əlaməti hesab edilir. İctimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Məsələn, mədəni, dini və ya digər ictimai tədbiri, gecə vaxtı vətəndaşların dincliyini pozma və s. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. «Açıqca hörmətsizlik ifadə etmə» anlayışı xuliqanlığın, bir qayda olaraq, ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının «tapdalanması», bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür.Xuliqanlıq zamanı xəta töərətmiş şəxsin hərəkətləri şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman heç tanımadığı şəxsə qarşı yönəlmiş olur. Xəta töərətmiş şəxsin buə məli təsadüfən rastlaşdığı və tanımadığı və ya az tanıdığışəxslər barəsində törədir.Çox vaxt təqsirkar zərərçəkmiş şəxsin davranışından xuliqanlıq hərəkətlərini həyata keçirmək üçün bəhanə kimi istifadə edir. Bu zaman xuliqanlıq hərəkətləri ilə onu doğuran səbəblər arasında açıq-aşkar uyğunsuzluq mövcud olur. Azərbaycan Respubükası Konstitusiya Məhkəməsinin Plenumunun «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli Qərarı»-nın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlanna uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki. ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarı nəqliyyatın. müəssisə. idarə və təşkilatın normal fəaliyyətinin. kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslər və özüüçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına. əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə «Xuliqanlıq» anlayışına Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarının tövsiyələri nöqteyi- nəzərindən yanaşaraq hesab edir ki, istər ibtidai araşdırma və istərsə də məhkəmə tədqiqatı zamanı Şəxs davranışı ilə ictimai qaydalara və hamı tərəfındən qəbul olunmuşəxlaq nornıalarına açıq etinasızlıq göstərməklə, öziinü ətrafdakılara qarşı qoymaqla cinayət törətməsi müəyyən edilməmiş, miibahisə şəxsi münasibətlər zəminində başlanmış, həmin hadisənin motivi barəsində inzibati icraat aparılan şəxsin qeyri-mtiəyyən şəxslər dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək olmamışdır. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırki işüzrə mübahisə tərəflər arasında münaqişə ailə zəmnində baş vermişdir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi, haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 01 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə. sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, şəxsiyyət əleyhinə olan yaxud başqa əməllərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrlə tövsif olunır. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadəedən hərəkətlərə çevrilərsə, onda şəxsin əməmli xuliqanlıq kimi qiymətləndirilə bilər» Belə ki, məhkəmə tədqiqatı zamanı həm barəsində iş üzrə icraat aparılan şəxs, həm də zərərçəkmiş şəxs öz izahatlarında mübahisə zamanı hər hansı bir kənar şəxsin orada olmaması, heç bir ictimai qaydanın pozulmadığı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasmm 127-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin miiəyyən edilməsini təmin etməlidir. Konstitusiyamızın 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A(İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş»İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiəüçiin bütün imkanlarm təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. «Taxqet Belçikaya qarşı» işüzrə İnsan Hüquqlarıüzrə Avropa Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli Qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən «Xalqa» izah edilsin. təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansıəsasla təsdiqedici və va inkar cavab verməsinin səbəbləri göstərilsin. Məhkəmə yuxarıda göstərilən xüsusatlara münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan Şəxs yalnız zərərçəkmiş Zərərçəkmiş şəxs izahatı ilə inzibati məsulliyyətə cəlb edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs Şəxs tərəfindən söyülməsi təsdiqini tapsa da, bu söyüşlərin yalnız iki nəfərin arasında (şəxsi münasibətlər zəmnində) olması müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan Şəxs hazırkı inzibati xətanın törədilməsində təqsirli olmasında mövcud olan şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənləri nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi üzrə Şəxs əməlində nə inzibati xəta hadisəsi, nə də inzibati xəta tərkibi mövcud deyildir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 535.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar