Məhkəmə qərarları › İş №3(056)-1599/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1599/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1599/2024 14.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad RPŞ-nin X1 sahə rəisi X5, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Sabirabad rayonu Xəlifəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Sabirabad rayonu Xəlifəli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN1959915№-li Protokola və iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon Polis Şöbəsinin X1 sahə rəisi X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1959915№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2023-cü il tarixdə 21 radələrində şəxsi münasibətlərin pozulması səbəbindən yeznəsi X3 ilə mübahisə edərək onu yerdən götürdüyü belin taxta sapı ilə vuraraq, nəticədə onun sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair Protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsində özünü təqsirli bilməyib, izahatında bildirmişdir ki, Sevil Mustafayeva onun bacısıdır. O 9 ildir ki, həmkəndlisi olan Tural Mustafayev ilə ailəlidir və nikahlarından 3 övladları vardır. Onların münasibətləri əvvəl normal olsada sonradan pozulmağa başlamış və aralarında tez-tez mübahisələr baş vermişdir. Sonuncu dəfə 20.10 2024-cü il tarixdə bacısı acıq edərək yaşadığı evə gələn zaman onun yenidən döyülməsini bilmişdir. Bununla bağlı olaraq xx.xx.2024-cü il tarixdə 21 radələrində kənd ərazisində olan zaman yeznəsi Tural ilə rastlaşmış və ona bacısını niyə döyməsini deyən zaman Tural ona söyüşlə danışmağa başlamış və onu təhqir edərək üzərinə gələn zaman yerdə olan beli götürərək, özünü müdafiə etməyə başlamış və bel ilə onu iki dəfə çıyınindən itələsə də həmin zaman arxadan onu sonradan adının Ramın olmasını bildiyi həmkəndlisi tutmuş və bu zaman Tural onu sifətindən, başından və bədəninin müxtəlif nahiyyələrindən vurmağa başlamışdır Tural onu yerə yıxaraq boğazından tutub boğmağa davam etmişdir. Ətrafda maşınlar dayanmasını görən Tural onu buraxmış və onun əlindən xilas olaraq yaşadığı evə gəlmişdir. Arasında olan mübahisə xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Sabirabad rayonu Xəlfəli kəndində yerləşən Korpü deyilən yerdə baş vermişdır. Mübahisə ani baş vermiş, təxmini olaraq 5-10 dəqiqə davam etmişdir. Xəsarəti boğaz, kürək və sol çiyin nahiyyəsindədir. Tural onu vuran zaman həmkəndlisi Ramin onu arxadan tutaraq saxlamış və Tural vurmuşdur. Mübahisənin yaranma səbəbi Turalın onun ünvanına nalayiq ifadələr işlətməsi olub. Özünü müdafiə etmək üçün yerdən götürdüyü bel ilə onun çiyınindən itələmişdir. Barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 izahatında bildirmişdir ki Sevil Mustafayeva yoldaşıdır. Onunla 9 ildir ki, ailəlidir və nikahından 3 övladları vardır Münasibətləri daimi qaydasında olsada sonradan pozulmağa başlamış və arasında mübahisələr baş vermişdir. Sonuncu dəfə xx.xx.2024- cü il tarixdə günorta saatlarında evə gələn zaman yoldaşının evdə olmadığını görmüş və ona evə gələn zaman icazəsiz getməsini bildirmiş və bu halın bir neçə dəfə təkrarlanmasını ona demişdir. Sevil onunla düzgün danışmadığı üçün aralarında mübahisə yaranmış və onun sifət nahiyyəsindən bir neçə dəfə şillə zərbəsi vurmuşdur. Həmin günün axşamı qaynı həyətə gələrək, Sevili çağırmış və onu evlərinə aparmışdır. Yoldaşı belə hallara bir neçə dəfə yol verdiyi üçün buna məhəl qoymamışdır Hadisənin səhəri günü 21.10 2024-cu il tarixdə 21 radələrində kənd ərazisində körpü deyilən yerdə olan zaman qaynı Fərman qarşısını kəsmişdir. Bacısını niyə döyməyini soruşan zaman ona icazəsiz getdiyi üçün bunu etdiyini bildirmişdir. Bu zaman Fərman yerdə olan beli əlinə götürərək,. üzərinə gəlmiş, qol və sinə nahiyyəsindən zərbə endirmişdir. Bu zaman yol ilə gedən hemkendlisi Ramin avtomobil ilə oradan keçirmiş və avtomobili saxlayıb Fərmanın əlindən beli almışdır. Bundan sonra Fərmanın üzərinə gələrək onu niyə vurmasını bildirmişdir. Ona bir neçə dəfə şillə vurmuşdur Yer şürüşkən olduğu üçün Fərman yerə yıxılmış və onun yıxılmasını görüb uzaqlaşıb evinə getmişdir. Şəxs ilə barışmadığını və onun barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarda əks olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Sabirabad rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 666№-li tibbi rəyində qeyd olunur ki, müayinə olunan şəxs T.Q.Mustafayevin aşkar olunmuş xəsarətlər sol saidin aşağı 1/3-də bayır səthdə sıyrıq küt əşyanın təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan Şəxs xx.xx.2023-cü il tarixdə 21 radələrində şəxsi münasibətlərin pozulması səbəbindən yeznəsi X3 ilə mübahisə edərək onu yerdən götürdüyü belin taxta sapı ilə vuraraq, nəticədə onun sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. İXM-nın 157-ci maddəsinə görə - döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkimiş şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN1959915№-li protokolla, inzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarda əks olunmuş işin halları və xx.xx.2024-cü il tarixli 666№-li tibbi rəyi, zərərçəkmiş şəxsin izahatı, həmçinin toplanmış inzibati xəta üzrə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 157-ci maddəsi ilə tövsif edilmişdir. İş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə inzibati xəta törətmiş şəxsin zərərçəkmiş şəxsi döyməməsi barədə göstərdiklərini əsassız hesab edirəm və onun bu cür izahatını inzibati məsuliyyətdən yayınmağa yönəldilmiş hərəkət kimi qiymətləndirirəm. Zərərçəkmiş şəxsin izahatını, toplanmış materiallara əlavə edilmiş “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarda əks olunmuş işin halları və xx.xx.2023-cü il tarixli 745№-li tibbi ekspert rəyinə və inzibati işin digər hallarına uyğun gəldiyinə görə mötəbər hesab edirəm. Odur ki, İXM-nın tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 157-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 157-ci maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “həbs” növündə tənbehlə deyil, məhz “cərimə” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs barəsində təqsirli bilindiyi İXM-nın 157-ci maddəsinin sanksiyası həddində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəmüvafiq olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN1959915№-li inzibati xəta haqqında Protokol əsasında Quliyev X4 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 300 (üç) yüz manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar