Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-1602/2025 07.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ İş № 3(056)–1606/2025 Azərbaycan Respublikası Sabirabad Rayon Məhkəməsi QƏRARDAD (inzibati xəta haqqında iş üzrə materialın geri qaytarılmasına dair) 07 oktyabr 2025-ci-ci il Sabirabad rayonu Hakim Cəfərov Cavid Zahid oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 13 iyul 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 13 iyul 2025-ci il tarixli, İXP ******* nömrəli hzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. “Elektron Məhkəmə informasiya Sistemində" məlumatlar yoxlanlarkən Şəxs barəsində həmin tarixli 13 iyul 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola baxılması ilə bağlı məhkəmədə icraatımda 3(056)–1608/2025 saylı iş olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs müxtəlif vaxtlarda bir neçə inzibati xəta törətdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 13 iyul 2025-ci il tarixli, İXP ******* nömrəli və 13 iyul 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş, həmin inzibati xəta haqqında protokollar eyni şəxs barəsində tərtib edildiyindən həmin inzibati işlər bir icraatda birləşdiriliməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.1. Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İş üzrə toplanmış materialları araşdıraraq məhkəmə hesab edir ki, tərtib edilmiş protokollar və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuş və natamam deyildir. Bu məsələnin baxılması hakimin səlahiyyətinə aiddir. İnzibati iş bu məhkəməyə aiddir. İşin baxılmasını istisna edən hallar, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallar mövcud deyildir. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 34, 106, 109 və 114-cü maddələrinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 13 iyul 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara baxılması ilə bağlı icraatımda olan 3(056)– 1602/2025 saylı inzibati xəta haqqında iş, şəxsin barəsində olan işlərə eyni vaxtda baxılması məqsədi ilə 3(056)–1608/2025 saylı inzibati xəta haqqında işə birləşdirilsin. HAKİM : Cavid Cəfərov
Məhkəmə qərarları › İş №3(056)-1602/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-1602/2025
07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver