Məhkəmə qərarları › İş №3(056)-1607/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1607/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1607/2025 20.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə 04 avqust 1995-ci il tarixdə Sabirabad rayonu, Əsədli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Sabirabad rayonu, Əsədli kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edimiş inzibati xəta haqqında 02 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Həsənov X3 rayonu Əsədli kəndində qanunsuz olaraq bir ədəd tək lüləli, “İJ-18” markalı, 16 çaplı, “A-33976” nömrəli yivsiz ov silahını evində saxlamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati işə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X1 cinayət işinin başlanılması rədd edilməsi haqqında 23 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Xalid Qurbanlı raportla RPŞ rəisinə məruzə edərək, həmin tarixdə Sabirabad rayonu, Əsədli kəndində xidmət apararkən Şəxs qanunsuz ov silah saxlaması məlumatı ilə bağlı həmin ünvanda olarkən sonuncudan RPŞ-də qeydiyyatda olmayan, bir ədəd, İJ-18 markalı, tək lülə, 16 çaplı, «A-33976» nömrəli ov silahı aşkar olunmuşdur. Bununla əlaqədar Şəxs ov silahı ilə bərabər RPŞ-yə dəvət olunmuşdur. Araşdırma zamanı Həsənov X3 RPŞ-yə verdiyi izahatında qeyd etmişdir ki, ona mərhum babasından sənədi olmayan İJ-18 markalı, tək lülə, 16 çaplı, «А-33976» nömrəli ov silahı miras qalmışdır. Lakin imkan edib həmin ov silahını qeydiyyata aldırmamışdır. xx.xx.2025-ci il tarixdə evdə olarkən polis əməkdaşları onlara gəlmiş, özlərini təqdim edib daxil olmuş məlumata əsasən evində ov silahı saxlaması barədə bildirmişlər. Əməkdaşlar ondan həmin ov silahının müvafiq icazə sənədinin olub-olmamasını soruşduqda sənədsiz olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixdə Sabirabad RPŞ-yə daxil olmuş DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-11/2- 10151/2025 N-li rəyinə əsasən ekspertizaya təqdim edilən 1 ədəd İJ-18 markalı 16 kalibrli, A 33976 nömrəli silah keçmiş SSRİ dövlətində ljevsk silah zavodunda istehsal olunmuş, yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Beləliklə toplanmış material sənədlərindən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Sabirabad RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı X2 raportla RPŞ rəisinə məruze edərək, həmin tarixdə 17 nömrəli marşurut üzrə xidmət apararkən 1961-cı il təvəllüdlü Sabirabad rayonu Əsədli kəndində qeydiyyatda olan Şəxs qanunsuz ov silah saxlaması məlumatı ilə bağlı həmin ünvanda olarkən sonuncudan RPŞ-də qeydiyyatda olmayan, bir ədəd, İJ-18 markalı, tək lülə, 16 çаplı, «А-33976» saylı yivsiz ov tüfəngi götürülmüşdür. Şəxs əməlində cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə verilmiş və Şəxs götürülmüş bir ədəd, İJ-18 markalı, tək lülə, 16 çарlı, «А-33976» saylı yivsiz ov tüfəngi saxlanılması məqsədi ilə məsul saxlanca təhvil verilməsi üçün RPŞ-nin İTB-nə təhvil verilmişdir. 02 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Həsənov X3 rayonu Əsədli kəndində evində qanunsuz olaraq bir ədəd tək lüləli, “İJ-18” markalı, 16 çaplı, “A-33976” nömrəli yivsiz ov silahını evində saxlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati materialda olan sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 80 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut olan və Sabirabad RPŞ-də saxlanılan bir ədəd tək lüləli, “İJ-18” markalı, 16 çaplı, “A-33976” nömrəli yivsiz ov silahı müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin silah-sursat anbarına təhvil verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar