Məhkəmə qərarları › İş №3(056)-1609/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-1609/2025

10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-1609/2025 10.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, xx.xx.1973-cü il tarixdə Sabirabad rayonu Əsədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Sabirabad rayonu, Əsədli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Selebxan oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 590.1 və 272-1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN 2391106№-li və MN 2391107№-li Protokol və materialı nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Şəxs Selebxan oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN 2391106№-li və İXM-nın 272-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN 2391107-li inzibati xəta haqqında protokollar daxil olmuş və həmin protokollar üzrə inzibati materiallar müvafiq olaraq 3(056)- 1609/2025 və 3(056)-1611/2025 nömrə altında qeydiyyata alınaraq iki ayrı işlər olaraq icraatıma verilmişdir. Daxil olmuş xx.xx.2025-ci il tarixli MN2391106№-li protokoldan görünür ki, Şəxs Selebxan oğlu xx.xx.2025-ci il tarixdə ov üçün müəyyən olunmamış yerdə “İj”-27E markalı, 12 çaplı, qoşa lüləli, C- 01461№-li yivsiz ov silahını gəzdirmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMin) 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinir. Daxil olmuş xx.xx.2025-ci il tarixli MN 2391107№-li protokoldan görünür ki, Şəxs Selebxan oğlu xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu, Əsədli kəndində lazımi icazə olmadan yeddi ədəd çöl göyərçini ovlamışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinir. İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə hər iki inzibati xəta haqqında yuxarıda istinad edilən protokollarla ayrı-ayrı inzibati xəta əməlləri qeyd olunsa da, lakin həmin protokollarla barəsində inzibati xəta haqqında icraat başlanmış şəxs eyni şəxs olduğundan, həmin əməllərin eyni vaxtda törədildilməsi qeyd edildiyindən və həmin protokollarla istinad edilən inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid edildiyindən hesab edirəm ki, Şəxs Selebxan oğlunun barəsində olan 3(056)-1609/2025 və 3(056)- 1611/2025 nömrəli inzibati xəta haqqında işlər bir icraatda birləşdirilərək, 3(056)-1611/2025 nömrə altında bir icraatda baxılmalıdır. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 106 və 118-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Selebxan oğlu barəsində İXM-nın 272-1-ci maddəsi təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli MN 2391107№-li inzibati xəta haqqında protokol üzrə və İXM-nın 590.1-ci maddəsi ilə xx.xx.2025ci il tarixli MN 2391106№-li inzibati xəta haqqında protokol üzrə icraatımda olan 3(056)-1609/2025№-li və 3(056)-1611/2025№-li inzibati xəta haqqında işlər bir icraatda birləşdirilərək, 3(056)-1611/2025 nömrə altında bir icraatda baxılsın. İşin baxılması xx.xx.2025-ci il tarixə saat 11:00-da Sabirabad rayon Məhkəməsinin binasına təyin edilsin. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçıları məhkəmə baxışında iştirak etmələri üçün çağırılsın. İşin vaxtında və düzgün həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar