Məhkəmə qərarları › İş №3(056)-1610/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1610/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1610/2024 27.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin məsləhətçisi X2 iştirakı ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Mil-Muğan regional şöbəsi tərəfindən tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair “inzibati xəta haqqında” xx.xx.2024-cü il tarixli MN 2122026№-li Protokola və əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Mil-Muğan regional şöbəsi tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair “inzibati xəta haqqında” xx.xx.2024-cü il tarixli MN 2122026№-li Protokola və əlavə olunmuş sənədlərə görə hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş (əmək məcəlləsinin 225-ci maddəsinin tələbi), lakin icbari sığorta müqaviləsinin bağlanmamışdır. Şəxs MMC- nin hüquqi şəxs kimi İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xətaya yol vermişdir. Məhkəmə iclasında iştirak etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X7 “inzibati xəta haqqında” xx.xx.2024-cü il tarixli MN2122026№-li Protokol əsasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-ni İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilib barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında icraat başlanmış şəxs "HŞ” MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, həmçinin işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Məhkəmə İXM-nın 64.3-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında materiala "HŞ” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə “inzibati xəta haqqında” xx.xx.2024-cü il tarixli MN 2122026№-li Protokola və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, "HŞ” MMC-nin fəaliyyətində İXMnın 469.2-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta tərkibi müəyyən edilmiş və barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxs "HŞ” MMC-yə İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nın 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 4851, 114, 128-130-cu maddələrini QƏRARA ALDİ: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti X1 daxil olmuş xx.xx.2024-cü il tarixli MN2122026№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinsin və barəsində 5000 (beş min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar