Məhkəmə qərarları › İş №3(056)-1613/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1613/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1613/2024 15.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, protokolu tərtib etmiş şəxs Sabirabad Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Sabirabad rayonu Zəngənə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Sabirabad rayonu Zəngənə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN 1959929№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1959929№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə “Mercedes” minik markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü K.Nağıyev işıq cihazından düzgün istifadə etmədiyi üçün Sabirabad rayonu Zəngənə kənd yolunda xitmətdə olan Sabirabad RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılaraq sürücü K.Nağıyevə yaxınlaşıb qayda pozuntusunu ona izah edib inzibati protokol tərtib edib və sürücü K.Nağıyevin etibarnaməsi olmadığı üçün avtomobili mühafizə olunan duracağa aparılacağı barədə məlumat verimiş və bu zaman avtomobildə sərnişin qismində əyləşən Şəxs avtomobildən düşərək “siz kimsiz bu ərazidə gəzirsiz bura post deyil sız kimsiz maşın saxlayırsız” uca səslə polis əməkdaşları ilə mübahisə edərək, avtomobilin mühafizə olunan duracağa aparılmasına maneçilik törətməyə çalışmışdır. Bu əməlinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 535.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 ona istinad olunan İXM-nın 535.1-ci maddəsinə nəzərdə tutlmuş inzibati xəta əməlinin törətməsində özünü təqsirli bilməmiş və izhatında göstərmişdir ki, “Mercedes” minik markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü K.Nağıyev işıq cihazından düzgün istifadə etmədiyi üçün Sabirabad rayonu Zəngənə kənd yolunda xitmətdə olan Sabirabad RPŞnin DYPB-nin əməkdaşları tərəfindən saxlanılaraq sürücü K.Nağıyevə yaxınlaşıb qayda pozuntusunu ona izah edib inzibati protokol tərtib edib və sürücü K.Nağıyevin etibarnaməsi olmadığı üçün avtomobili mühafizə olunan duracağa aparılacağı barədə məlumat verilən zaman avtomobildən sərnişin qismində əyləşən Gülaliyev X1 RPŞ-nin YPXB-nin əməkdaşı ilə o, mübahisə edib öz haqqını tələb edərəkən polis əməkdaşları onu sakitləşdirib, nizam intizama dəvət etdikləri zaman o bu halla barışıb və polis əməkdaşlarına hörmət naminə onların qanuni tələblərinə tabe olaraq sakitləşmişdir. Hesab edir ki, onun əməllərində inzibati xəta tərkibi olmadığı üçün barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan şəxs “Mercedes” minik markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü K.Nağıyev işıq cihazından düzgün istifadə etmədiyi üçün Sabirabad rayonu Zəngənə kənd yolunda xitmətdə olan Sabirabad RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılaraq sürücü K.Nağıyevə yaxınlaşıb qayda pozuntusunu ona izah edib inzibati protokol tərtib edərkən və zaman, sürücü K.Nağıyevin etibarnaməsi olmadığı üçün avtomobili mühafizə olunan duracağa aparılacağı barədə məlumat verimiş və bu zaman avtomobildə sərnişin qismində əyləşən Şəxs avtomobildən düşərək “siz kimsiz bu ərazidə gəzirsiz bura post deyil sız kimsiz maşın saxlayırsız” uca səslə polis əməkdaşları ilə mübahisə edərək, avtomobilin mühafizə olunan duracağa aparılmasına maneçilik törətməyə çalışmış və bununla da polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış ictimai qaydanı pozmuşdur. İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN 1959929№-li protokolla və inzibati xəta haqqında iş üzrə digər materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta əməlini törətmiş Şəxsa həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “cərimə” növündə tənbehlə deyil, məhz “həbs” növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs təqsirli bilindiyi İXM-nın 535.1-ci maddəsinin sanksiyası həddində 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddəsi ni rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN 1959929№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətində “həbs” növündə inzibati tənbeh tətbiq edilsin. Həbs müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən saat 01:00-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar