Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1613/2025 07.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad RPŞ-nin X1 sahə rəisi X4, Zərərçəkmiş şəxs və barəsində inzibati icraat başlanmış şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Sabirabad rayonu Pakrovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Sabirabad rayonu Qaratəpə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN2391128№-li Protokola və protokol ətrafında toplanmış materiala Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2391128№-li protokolun və əlavə olunmuş sənədlərin məzmununa görə, Əhmədov X2 rayonu Qaratəpə kəndində Zərərçəkmiş şəxs imamı olduğu “İmam Hüseyn” meçidini qapısını sındıraraq zərərçəkmişin əmlakına zərər vurduğu üçün Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 232-1ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta törətməsinə dair icraat başlanmış və tərtib edilmiş protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını və ona dəyimiş ziyanın əvəzini ona ödədiyini bildirərək, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında Şəxs heç bir şikayət və tələbinin olmadığını, dəyimiş ziyanın əvəzi ona ödənildiyini bildirərək, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Möhlət Bayramov xx.xx.2025-ci il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işi başlanması rədd edilməsi, qərarın surətinin şikayətçi Zərərçəkmiş şəxs göndərilməklə, qərardan şikayət etmək qaydasının ona izah edilməsi, qərarın surətinin məlumat üçün Sabirabad rayon prokuroruna göndərilməsi, Şəxs əməlində İXM-nın 232-1-ci maddəsinin tərkibi olduğu üçün onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta üzrə tədbir görülməsi məqsədilə qərarın surətinin aidiyyəti üzrə Sabirabad RPŞ-nin İTB-yə verilməsi və toplanmış materiallar saxlanılması üçün RPŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN2391128№-li Protokolu, əlavə edilmiş sənədləri nəzərdən keçirib, proses iştirakçıları dinləyib, iş üzrə təqdim edilmiş sübutları birbiri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs 100 manat məbləğində zərər vurmaqla bununla da İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin izahatı və xx.xx.2025-ci il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarında təsbit edilmiş işin araşdırılmış halları və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 232-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İXM-nın 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İXM-nin 39.2-ci maddəsinə görə bu məcəllənin 232-1, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs barışdığından Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2391128№-li inzibati xəta haqqında Protokol əsasında Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin (zərərçəkmiş şəxslə barışdığı üçün). Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1613/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1613/2025
07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver