Məhkəmə qərarları › İş №3(056)-1617/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1617/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1617/2024 29.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Sabirabad rayonunun Qasımbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Sabirabad rayonunun Qasımbəyli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* №-li İnzibati xəta haqqında Protokola və protokol ətrafında toplanmış materiala Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə özünə məxsus balıq gölündə özünə məxsus 12 çaplı, «Churcill» markalı, 900487 nömrəli ov silahı ilə bir ədəd çöl quşu olan qaşqaldaq vurmaqla təbiətə 5.5 manat ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqinda iş üzrə icraat aparilan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, ona məxsus balıq gölü çöl ərazidə yerləşir. Vəhşi heyvanlardan qorunmaq üçün o, özünə məxsus 12 çaplı, «Churcill» markalı, 900487 nömrəli ov silahını göldə üzərində gəzdirmiş, xx.xx.2024-cü il tarixdə göl ətrafında həmin silahla bir ədəd qaşqaldaq ovlamış və ovu qardaşı oğlu Pərvinə vermişdir. Bundan sonra polis əməkdaşları Pərvinin əlində qaşqaldaq görüb onu saxlatmışlar. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta törədir. Qeyd etdiyi kimi ona məxsus göldə vəhşi heyvanlardan qorunmaq üçün silah ona gərəklidir. Odur ki, o, barəsində silahının müsadirə edilməməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs müvafiq icazə sənədi olmadan ov etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir İş üzrə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının Konstitisiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və məcburidir. Məhkəmənin qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini və əməlindən peşman olmasını İXM-nin 32-ci maddəsində əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Həmin Məcəllənin 33-cü maddəsində göstərilən ağırlaşdıran halları müəyyən etmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-in 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində ona istinad olan maddənin sanksiyasında nəzərdə tutulmuş maksmum həddə ov hüququnun məhdudlaşdırılması tənbehinin tətbiq edilməsini, silahla bağlı sənədlərinin isə qanuna uyğun olmasını nəzərə alaraq silahın müsadirə edilməməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Əliyev X1 Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 12 çaplı, «Churcill» markalı, 900487 nömrəli ov silahı müsadirə edilməməklə altı ay müddətinə ov hüququ məhdudlaşdırılsın. Qərarın icrası Sabirabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar