Məhkəmə qərarları › İş №3(056)-1665/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1665/2024

18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1665/2024 18.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinın hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi, protokolu tərtib etmiş şəxs - Sabirabad rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi X4 zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Sabirabad rayonu Zəngənə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sabirabad rayonu Zəngənə kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli MN 1959938№-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Zərərçəkmiş şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli MN 1959938№-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə görə Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 08:00 radələrində Sabirabad şəhər H.Əliyev prospektində X3 il mübahisə etmiş və onu vurub sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zərərçəkmiş şəxs İXM-nin 157-ci maddəsi ilə ona istinad olunan inzibati xəta törətməsində özünü təqsirli bilib və əməlindən peşmançılıq hissi keçirərək, X3 (zərərçəkmiş şəxs) ilə barışdığını və Xuraman xanımın ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 izahatında Zərərçəkmiş şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sabirabad RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Fikrət Bağırovun 07 noyabr 2024-cü il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» Qərarından görünür ki, Zərərçəkmiş şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə tədbir görülməsi üçün qərarın surətinin Sabirabad RPŞ-nin İTB-yə verilməsi, həmçinin qərarın surətinin X2 və digər maraqlı tərəflərə göndərilməklə, qərardan şikayət etmək hüququnun olmasının izah edilməsi, qərarın surətinin prosessual rəhbərliyi həyata keçirən rayon prokurorluğuna göndərilməsi, toplanmış materialların saxlanılması üçün Sabirabad RPŞnin arxivinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlirəm ki, Zərərçəkmiş şəxs İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli olması Zərərçəkmiş şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxsin izahatı «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarı ilə müəyyən olunmuş işin halları və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. Qeyd edilən maddə ilə müəyyən olunmuş əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq İXM-nin 157-ci maddəsi ilə tövsif edilmişdir. İXM-nin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 53.1 və 53.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati materiala əlavə edilmiş barəsində inzibati icraat aparılan şəxsin izahatı və zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, onlar barışmışlar və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edirlər. İşin araşdırılmış hallarına və qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsaslanaraq belə nəticəyə gəlirəm ki, Zərərçəkmiş şəxs ilə zərərçəkmiş şəxslə barışdığı üçün, onun barəsində İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN 1959938№-li inzibati xəta haqqında Protokol əsasında Zərərçəkmiş şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin (zərərçəkmiş şəxslə barışdığı üçün). Qərardan, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar