Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1665/2025 09.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ İHakim Nurəddin Abuzər oğlu Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, protokolu tərtib etmiş Sabirabad rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi X2 və barəsində inzibati icraat başlanmış şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN2391166№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN2391166№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Bayramov X1 Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməlləri törətməsində təqsirli bilinir ona görə ki, o, xx.xx.2025-ci il tarixdə ona məxsus sosial şəbəkəsində kirminal ailəmi təbliğ edən videoçarxlar paylaşması ilə ələqəli Sabirabad RPŞ-nə dəvət olunarkən o, bu hala etiraz edib, uca səslə ünvansız nalayiq ifadələr işlədən zaman, polis əməkdaşları onu sakitləşdirməyə, nizam intizama dəvət etməyə çalışsalar da, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozan qanunsuz əməllərini davam etdirmişdir. Bu əməllərinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 510 və 535.1-ci maddələrində nəzərdə tutlmuş inzibati xəta əməlləri törətməsinə dair Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 510 və 535.1-ci maddələri nəzərdə tutlmuş inzibati xəta əməllərində özünü təqsirli bilməyib izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə ona məxsus sosial şəbəkəsində kirminal ailəmi təbliğ edən videoçarxlar paylaşması ilə ələqəli Sabirabad RPŞ-nə dəvət olunarkən o, bu hala etiraz bildirməmişdir. Sabirabad RPŞ-də onunla proflaktik söbət aparılan zaman o sualara tam şəkildə cavab verərək kirminal ailəmi təbliğ edən videoçarxlar paylaşmadığını bildirmiş, həmçin polis əməkdaşlarına qarşı hər hansı hörmətsiz davranış və kobdluq etməmişdir. Hesab edir ki, onun əməllərində inzibati xəta tərkibi olmadığı üçün barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdıraraq hesab edir ki, Şəxs xx.xx.2025-ci Sabirabad RPŞ-nə dəvət olunarkən onun bu hala etiraz etməsi, uca səslə nəlayiq ifadələr işlətməsi və ya polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması halları müəyyən edilməmişdir. Belə ki, İXM-nın 510-cu maddəsi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, İXM-nın 535.1ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində Sabirabad rayonu Qaratəpə kəndində onun davranış və hərəkətlərində yüksək səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozan və ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması halı sübut olunmamış, yəni onun İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutlmuş müvafiq olaraq ictimai qaydanı pozan və ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması hərəkətinin nədə ifadə olunması və bu faktın mövcudluğu öz təsdiqini tapmamışdır. İnzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektindən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti tördilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Lakin hazırkı iş üzrə barəsində icraat aparılan şəxsin izahatından görünür ki, onun mübahisə edərək, yüksək səslə nalayiq ifadələr işlətməklə, ictimai qaydanı pozan və ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması faktı müəyyən edilməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş subutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, barəsində inzibati icraat aparılan şəxsin izahatını işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda istinad olunan inzibati xəlar məcəlləsinin normalarının tələbləri baxımdan hesab edirəm ki, hazırkı inzibati xəta haqqında protokolda göstərilən «yüksək səslə ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozma və ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabeçilik etməmə» halı üzrə inzibati xəta tərkibi mövcud deyildir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməllərində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Hesab edirəm ki, Şəxs əməllərində 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün, həmin maddələrlə onun təqsirləndirilməsinə dair Sabirabad RPŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2391166№-li inzibati xəta haqqında Protokol üzrə o, inzibati məsuliyyətdən azad olunmalı və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 53, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2391166№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs əməllərində İXM-nın 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün, həmin maddələrlə o, inzibati məsuliyyətdən azad olunsun və qeyd olunan protokol üzrə onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1665/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1665/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver