Məhkəmə qərarları › İş №3(056)-1669/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1669/2024

18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1669/2024 18.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən hakim Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Badamdar qəsəbəsində kirayə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN2086968№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN2086968№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiallara görə Şəxs Bakı şəhəri 53 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-11729 saylı icra qeydinə üzürsüz səbəbdən icra etməyərək, bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak etmiş Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında qeyd etmişdir ki, Bakı şəhəri 53 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-11729 saylı icra qeydini əsasən X7 ilə Şəxs arasında müddət üçün vaxtında ödənilməmiş 15000 (on beş min) manat borc məbləği və ödənilmiş dövlət rüsumunun 25 manat hissəsi, ümumilikdə 15025 (on beş min iyirimi beş) manat məbləğində pul vəsaiti Şəxs tutulub X5 ödənilməsi tələb olunur. Həmin icra vərəqəsinin icrasının təmin edilməsinə dair borclu Şəxs edilmiş təkliflərə baxmayaraq icra vərəqəsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirməkdən yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, icra sənədinin icrasından yayınmır, lakin o, maddi imkanları məhdud olduğu üçün Bakı şəhəri 53 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-11729 icra qeydi üzrə ondan tələb olunan borcu ödəyə bilmir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, X7 ilə Şəxs arasında müddət üçün vaxtında ödənilməmiş 15000 (on beş min) manat borc məbləği və ödənilmiş dövlət rüsumunun 25 manat hissəsi, ümumilikdə 15025 (on beş min iyirimi beş) manat məbləğində pul vəsaiti Şəxs tutulub X5 ödənilməsinə dair Bakı şəhəri 53 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-11729 saylı icra qeydinin icrasının təmin edilməsi barədə icra sənədi üzrə borclu Şəxs edilmiş təkliflərə baxmayaraq, o, bu təkliflərə məhəl qoymamış və bununla da icra vərəqəsinin icrasından yayınmışdır. İXM-nın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib, inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinin törətməsi onun izahatı ilə yanaşı, həmçinin onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN2086968№-li inzibati xəta haqqında protokolla, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərar və inzibati xəta haqqında işin digər materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs qeyd olunan icra sənədinin üzrlü səbəbdən icra etməməsinin əsası kimi istinad etdiyi dəlilini əsassız hesab edirəm və onun bu izahatını inzibati məsuliyyətdən yayınması kimi qiymətləndirirəm. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nin 528.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nin 528.1-ci maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “həbs” növündə tənbehlə deyil, məhz “cərimə” növündə inzibati tənbeh tətbiq edilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs təqsirli bilindiyi İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində 500 (beş yüz) manat məbləğində “cərimə” növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəmüvafiq olardı. Həmçinin inzibati xəta əməli törətmiş Şəxs nəzərinə çatdırılmalıdır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN2086968№-li inzibati xəta haqqında Protokola əsasən Şixiyeva X4 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və ona 500 (beş yüz) mant məbləğində “cərimə” növündə inzibati tənbeh tətbiq edilsin . Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar