Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1670/2024 18.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad RPŞ-nin Qaragüney PB-nin X1 sahə rəisi X2, zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-ci il tarixdə Sabirabad rayonu Poladtoğay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsili, Sabirabad rayonu Poladtoğay kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN1959874№-li Protokola və iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad RPŞ-nin Qaragüney PB-nin X1 sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1959874№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə saat 08 radələrində Sabirabad rayonu Poladtoğay kəndində şəxsi münasibətlər zəmində Zərərçəkmiş şəxs il mübahisə etmiş və onu vurub nəticədə onun sağlamlığına zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişlər. Bu əməlinə görə Şöhrət Qafarov barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair Protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsində özünü təqsirli bilmiş və izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxsla həmkəmdlidir, münasibətləri əvvəllər normal olmuşdur, lakin sonradan pisləşmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 08 radələrində uşağını orta məktəbə aparıb, geri qayıdan zaman yolda Anarla rastlaşmış və Anar ona onun ailəsi barədə şər-böhtan xarakterli məlumat yaydığını ona irad tutub, onunla mübahisə edib, ona qarşı nalayiq ifadələr işlətdiyi üçün cibindən dırnaq qayçısını çıxarıb onun sol qoluna vurmuşdur. İfadəsinin sonunda əməlindən peşmançılıq hissi keçirdiyini və bir daha bu cür hallara yol verməyəcəyini bildirərək, ona yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs ilə həmkəndlidir, onunla münasibətləri əvvəllər normal olmuşdur, lakin sonradan pisləşmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 08 radələrində evə gələn zaman Vüsalla rastlaşmış, onu fəaliyyətsiz olan kafenin arxasına çağırmış, nə məqsələ onun ailəsi barədə şər-böhtan xarakterli məlumat yaydığını ona irad tutub, onunla mübahisə edən zaman, Vüsal onu söyərək, cibindən şıxardığı qaycı ilə onu vurub xəsarət yetirməklə hədələməyə başlamışdır. Şəxs ilə barışmadığını və onun barəsində həbslı bağlı inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərarda əks olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Sabirabad rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 592№-li tibbi rəyində qeyd olunur ki, müayinə olunan şəxs Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlər sol dirsək büküşündə yara kəsici deşici alətin, ola bilsin qayçının təsirindən əmələ gəlmiş yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xasarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə saat 08 radələrində Sabirabad rayonu Poladtoğay kəndində şəxsi münasibətlər zəmində Zərərçəkmiş şəxs il mübahisə edərək, onu vurub, nəticədə onların onun sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdirr. İXM-nın 157-ci maddəsinə görə - döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış Şəxs və zərərçəkmiş şəxsi dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərarla və Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Sabirabad rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 592№-li (canlı şəxsin ekspertizası) rəyi ilə, həmçinin toplanmış inzibati xəta üzrə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 157-ci maddəsi ilə tövsif edilmişdir. İş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə inzibati xəta törətmiş şəxsin zərərçəkmiş şəxsi döyməməsi barədə göstərdiklərini əsassız hesab edirəm və onun bu cür izahatını inzibati məsuliyyətdən yayınmağa yönəldilmiş hərəkət kimi qiymətləndirirəm. Zərərçəkmiş şəxsin izahatını ekspert rəyinə və “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərarla müəyyən edilmiş işin araşdırılmış halları ilə uyğun gəldiyinə görə mötəbər hesab edirəm. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 157-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nın 31.4-cü madddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, zərərçəkmiş şəxslərin mövqeyini və İXM-nın 31.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 157-ci maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “cərimə” növündə tənbehlə deyil, məhz “həbs” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs təqsirli bilindiyi İXM-nın 157-ci maddəsinin sanksiyası həddində 01 (bir) ay müddətinə “həbs” növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəmüvafiq olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN1959874№-li inzibati xəta haqqında Protokol əsasında Təhməzov X4 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 01 (bir) ay müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs müddətinin başlanğıcı 18 noyabr 2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1670/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1670/2024
18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver