Məhkəmə qərarları › İş №3(056)-1684/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1684/2024

19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1684/2024 19.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad RPŞ-nin X2 sahə rəisi X6, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs X4 iştirakları ilə, xx.xx.1964-ci il tarixdə Laçın rayonu Bülüldüz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Laçın rayonu Təğik kəndində qeydiyyatda olmaqla Kürdəmir rayonu məcburi köçkün məntəqəsində yaşayan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN1959949№-li Protokola və iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon Polis Şöbəsinin X2 sahə rəisi X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1959949№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 xx.xx.2024-cü il tarixdə Sabirabad rayon X3 Yulduz Cahanşah qızı ilə mübahisə edərək onu vurub sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bu əməlinə görə Şəfiqə İslamova barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair Protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X8 ona istinad olunan İXM-nın 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsində özünü təqsirli bilməyib, izahatında bildirmişdir ki, hamilə vəziyyətində olan gəlinin doğuş əməliyyat olunandan sonra uşağ tələf olumuşdur. O, xx.xx.2024-cü il tarixdə əsəbi halda Sabirabad RMX-ın da həkim Yulduz Qulliyeva ilə mübahisə etmişdir. Mübahisə zamanı o, Yulduz itələməmiş, vurmamış və döyməmişdir. Barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki xx.xx.2024-cü il tarixdə doğum şöbəsində növbədə olmasa da, həmin günü narahat xəstə üçün qalmış, Aytac İslamovanın şöbəyə gəldiyini görmüşdür. Aytac müayinə olunandan sonra doğum şöbəsinə yerləşdirilmiş, amma onun xəstəsi olmamışdır. xx.xx.2024cü il tarixdə başqa xəstə üçün çağırılmış, digər mama-ginekoloqlar hamilə qadınları əməliyyat etmədiklərinə görə həmin günü Aytacın narahat olduğunu görərək və çapıq nahiyyəsinin ağrılarına görə Aytacı əməliyyat etmişdir. Əməliyyat uğurla başa çatmış, qız uşağı dünyaya gəlmiş, pediatra təhvil vermişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında uşağın dünyasını dəyişməsini eşitmiş, bir neçə saat sonra Aytacın səhhəti ilə maraqlanmış, sonra 3-cü mərtəbənin pilləkənində olarkən Aytacın valideynləri, qohumları onun üstünə hücum etmişlər. Adını bilmədiyi qadın onu söyərək saçından tutaraq uşağın ölməsinə görə günahlandırmışdır. Həmin vaxt o, həyəcanlanmış, koridora daxil olarkən onun arxasınca gedərək kürək nahiyyəsindən və baş nahiyyəsindən şillə vurmuşdur. X8 ilə barışmadığını və onun barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərarda əks olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Sabirabad rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli rəyində qeyd olunur ki, müayinə olunan şəxs Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlər-təpə nahiyyəsində solda, sol gicgah-alın nahiyyəsində, sol kürəküstü proyeksiyada qançırlar küt əşyanın/əşyaların təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan X8 xx.xx.2024-cü il tarixdə Sabirabad Sabirabad rayon X3 Yulduz Cahanşah qızı ilə mübahisə etmiş və onu vurub nəticədə onların sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. İXM-nın 157-ci maddəsinə görə - döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ş.K. İslamovanı və zərərçəkimiş şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, X4 İXMnın 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN1959949№-li protokolla, inzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərarda əks olunmuş işim halları və xx.xx.2024-cü il tarixli tibbi rəyi, həmçinin toplanmış inzibati xəta üzrə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 157-ci maddəsi ilə tövsif edilmişdir. İş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə inzibati xəta törətmiş şəxsin zərərçəkmiş şəxsi döyməməsi barədə göstərdiklərini əsassız hesab edirəm və onun bu cür izahatını inzibati məsuliyyətdən yayınmağa yönəldilmiş hərəkət kimi qiymətləndirirəm. Zərərçəkmiş şəxsin izahatını, ekspert rəyinə və inzibati işin digər hallarına uyğun gəldiyinə görə mötəbər hesab edirəm. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 157-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 157-ci maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “həbs” növündə tənbehlə deyil, məhz “cərimə” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs barəsində təqsirli bilindiyi İXM-nın 157-ci maddəsinin sanksiyası həddində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəmüvafiq olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN1959949№-li inzibati xəta haqqında Protokol əsasında X1 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 300 (üç) yüz manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Laçın rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar