Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1699/2024 16.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, X1 iştirakı ilə, xx.xx.1987-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, faktiki evli, ünvan 1 ünvanda yaşayan X4 Azərbaycan Respublikası İXM-nın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair DİN BDYPİ X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ24387150 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: DİN BDYPİ X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ24387150 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X10 Azərbaycan Respublikasının İXM-nın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsirli bilinmişdir. X10 barəsində qəbul edilmiş yuxarıda qeyd olunan inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X10 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə 03:33 radələrində etibarnamə ilə idarə etdiyi «Merecedes Benz AXOR 1840LS» yük markalı dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində quraşdırılmış elektron tərəzi vasitəsi ilə icazə verilmiş maksimum kütlə 40 ton olduğu halda onun yükü 38.340 kq ola-ola əsassız olaraq ona 600 (altı yüz) manat məbləğində cərimə yazılmışdır. Bu bildiriş SMS-i gələn kimi o, yolda özəl tərəzidə, sonra əlavə olaraq İmişli rayonunda da bir özəl tərəzidə və Azərbaycan Avtomobil X9 X2si Xidməti 8 nömrəli X8 tərəfindən də çəkilən zaman avtomobilinin kütləsinin 40 tondan az olması müəyyən edilmişdir. Bununla da 2 özəl və 1 8 nömrəli tərəzilərdə baxıb görmüşdür ki, çəki azdı. Buna baxmayaraq o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. X14 Nazirliyinin 102 xidmətinə zəng etmiş və məlumat vermiş, protokoldan şikayət yazmış, onlayn müraciətlə Daxili İşlər Nazirliyinə, Bakı şəhər Baş Prokurorluğuna protokolla bağlı müraciət etmişdir ki, yazılmış əsassız cərimə araşdırılsın. Bundan başqa 902 xidmətinə də müraciət etmişdir ki, əgər polis orqanı bu məsələyə baxmırsa o, qanuni şəkildə məhkəməyə müraciət etsin. Ona dedilər ki, araşdırma aparılır gözləyin. O, da polisə arxayın olmuşdur ki, polis bu cəriməni siləcək. Noyabr ayının 14-15 ərəfələrində polisdən zəng edib bildirdilər ki, bu protokolu Daxili işlər Nazirliyi yox, bunu Azərbaycan Avtomobil X9 X2 Xidməti yazıb, o, da Azərbaycan Avtomobil X9 X2 Xidmətinin qaynar xəttinə bütün günü zəng etmiş, zəngini açan olmamıdır. Nəhayət xx.xx.2024-cü il tarixdə ona Azərbaycan Avtomobil X9 X2 Xidməti tərəfindən zəng edilərək onu tərəzini quran şirkətə, yəni "xxxx" ASC-yə yönləndirdilər ki, "xxxx" ASC-nin elektron nöqsanı ucbatından ona cərimə yazılmışdır. O, "xxxx" ASC-yə zəng etmiş, Azəravyolun əməkdaşı isə ona bildirmişdir ki, onlar yalnız tərəzinin quraşdırılmasına cavabdehdir. Orada tərəzi limitlərini Azərbaycan Avtomobil X9 X2 Xidməti tətbiq edir və əlavə olaraq bildirdi ki, tək siz deyilsiz, orada onlarla adam cərimə olunmuşdur. Təkrarən Azərbaycan Avtomobil X9 X2 Xidmətinə elektron onlayn müraciət etmiş və yenə də ona cavab verilməmişdir. Bu günki tarixədək heç bir orqandan normal cavab ala bilmədiyi üçün birbaşa məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan başqa bildirir ki, o, cərimə olunmamışdan 2 gün əvvəl ona Azərbaycan Avtomobil X9 X2 Xidməti tərəfindən xəbərdarlıq barədə bildiriş təqdim etmişlər və xəbərdarlıq edir qrafasında açıq aydın qeyd olunur ki, dartıcı yarmıqoşqulu ilə yükdaşıma 40 tona icazə verilir. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2021-ci il tarixli, 415 nömrəli qərarı ilə öz təsdiqini tapmışdır. O da bu qərara istinadən maksimum 40 tonu keçməmək şərti ilə yükdaşıma fəaliyyəti ilə daim məşğul olmuşdur. Lakin buna baxmayaraq ona 38.340 kq çəkiyə görə əsassız cərimə yazılmışdır. Odur ki, barəsində olan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi zəruridir. Odur ki, o, məhkəmədən şikayətinin təmin edilməsini xahiş edir Azərbaycan Respublikası DİN BDYPİ-nə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbi və mümkünsüzlüyünü bildirilməmiş, şikayətə etiraz və ya mülahizələrini təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X6 dinləyib, onun şikayətinin dəlillərini və əlavə etdiyi sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməli, X4 İXM-nın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli EQ24387150 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, şikayətçinin idarə etdiyi «Merecedes Benz AXOR 1840LS» yük markalı dövlət qeydiyyat nişanlı avtomobil yarımqoşqulu olmaqla beş oxludur. Azərbaycan Avtomobil X9 X2 Xidməti tərəfindən şikayətçiyə ünvanlanmış xəbərdarlıq barədə bildirişlərdən görünür ki, dartıcı yarımqoşqu ilə 40 ton yük daşınmasına icazə verilir. İnzibati tənbeh vermə haqqında elektron qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, şikayətçi dartıcı yarımqoşqu ilə 38340 kq yüklü olmuşdur. Həmin fotoşəkillərdə limitin 36000 kq olması qeyd edilmiş, lakin Azərbaycan Avtomobil X9 X2 Xidməti tərəfindən şikayətçiyə ünvanlanmış xəbərdarlıq barədə bildirişdə yük daşıma ilə bağlı 36000 kq-lıq limit olması barədə hər hansı qeyd göstərilməmişdir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, E.Ş.Babayevin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol və həmin protokol əsasında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda və 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X4 əməlində inzibati xəta tərkibi olmadığına görə onun barəsində, Azərbaycan Respublikası İXM-nın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair DİN BDYPİ X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ24387150 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 əməlində İXM-nın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ24387150 saylı inzibati tənbeh vermə haqqında qərar əsassız hesab edilsin. xx.xx.2024-cü il tarixli EQ24387150 saylı inzibati tənbeh vermə haqqında qərar əsasında İXM-nın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair E.Ş.Babayevin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1699/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1699/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver