Məhkəmə qərarları › İş №3(056)-1702/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1702/2024

21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1702/2024 21.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Allahverdiyev Səlim Məhərəm oğlunun sədirliyi ilə, X2 İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(056)-477/2017 saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarının icrasına xitam verilməsinə dair X2 ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(056)-477/2017 saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarına əsasən X1 Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılmışdır. X5 ərizə ilə məhkəməyə müraciət edib və İXP422063 nömrəli inzibati tənbeh vermə haqqında Qərar əsasında yol hərəkəti qaydaları əlehinə olan inzibati xətanın törətməsinə görə barəsində tətbiq edilmiş cəriməni tam ödədiyi hallarına əsaslanaraq, onun nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırılmasına dair Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(056)-477/2017 saylı inzibati tənbeh vermə haqqında Qərarının icrasına xitam verilməsini xahiş etmişdir. X2 ərizəsini nəzərdən keçirib hesab edirəm ki, X5 İXP422063 nömrəli inzibati tənbeh vermə haqqında Qərarla barəsində tətbiq edilmiş cəriməni tam ödədiyi üçün və bununla da onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandığından, onun barəsində olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(056)-477/2017 saylı inzibati tənbeh vermə haqqında Qərarının icrasına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(056)-477/2017 saylı inzibati tənbeh vermə haqqında Qərarı əsasında X2 nəqliyyat vasitələsini idarə etmə hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırılmasına səbəb İXP422063 nömrəli inzibati tənbeh vermə haqqında cərimə qərarının qüvvəyə mindiyi gündən 3 ay müddətinə icra etməməsi (tətbiq edilmiş cəriməni ödəmədiyi) olmuşdur. Ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, X5 İXP422063 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə tətbiq edilmiş inzibati cəriməni (müvafiq halda dəbbə pulunu) tam şəkildə ödəmişdir. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən barəsində barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Həmin Məcəllənin 532.1.4-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim qərarın icrasına xitam verir. X3 Məcəlləsinin 532.1.4-cü və 152.5-ci maddələrinə əsaslanaraq hesab edir ki, X5 İXP422063 nömrəli inzibati tənbeh vermə haqqında Qərarla barəsində tətbiq edilmiş inzibati cəriməni (müvafiq halda dəbbə pulunu) tam şəkildə ödədiyi üçün, onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmışdır. Ona görə də X5 barəsində olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(056)-477/2017 saylı inzibati tənbeh vermə haqqında Qərarının icrasına xitam verilməli və həmin qərar əsasında onun nəqliyyat vasitələrini idarə etmə hüququna dair məhdudlaşma ləğv edilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 118, 532 və 152-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X2 ərizəsi təmin edilsin. X5 İXP422063 nömrəli inzibati tənbeh vermə haqqında Qərarla barəsində tətbiq edilmiş inzibati cəriməni (müvafiq halda dəbbə pulunu) tam şəkildə ödədiyi üçün, onun nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) aymüddətə məhdudlaşdırılmasına dair Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(056)-477/2017 saylı inzibati tənbeh vermə haqqında qərarının icrasına xitam verilsin və həmin qərar əsasında onun nəqliyyat vasitələrini idarə etmə hüququna dair məhdudlaşma ləğv edilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 gün müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar