Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1704/2024 20.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, protokolu tərtib etmiş şəxs Sabirabad rayon X5 PB-nin X1 sahə rəisi Qulu Şahkərəmovun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Sabirabad rayonu Nizami kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Nizami kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN 1959876№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon X6 PB-nin X2 sahə rəisi, Qulu Şahkərəmov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 1959876№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Əliyev X3 rayonu ərazisində baş vermiş oğurluq hadisəsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Sabirabad RPŞ-yə dəvət olunmuş və xidməti iş otağında onunla söhbət aparılan zaman, heç bir səbəb olmadan uca səslə oğurluq edənin ünvanına nalayiq ifadələr işlədərkən, polis əməkdaşları onu sakitləşdirib, nizam intizama dəvət etməyə çalışsalar da, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozan qanunsuz əməllərini davam etdirmişdir. Bu əməllərinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 535.1-ci maddəsi ilə nəzərdə tutlmuş Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 535.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Sabirabad RPŞ-yə dəvət olunmuş və xidməti iş otağında onunla söhbət aparılan zaman, o, əsəbləşib uca səslə oğurluq edənin ünvanına nalayiq ifadələr işlədən zaman polis işçiləri onu sakitləşdirib, nizam intizama dəvət etdikləri zaman o bu halla barışıb və polis əməkdaşlarına hörmət naminə onların qanuni tələblərinə tabe olaraq sakitləşmişdir. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Sabirabad RPŞ-yə dəvət olunmuş və xidməti iş otağında onunla söhbət aparılan zaman, o, əsəbləşib uca səslə oğurluq edənin ünvanına nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da ictimai qaydanı pozmuşdur. İXM-nın 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN 1959876№-li protokolla və inzibati xəta haqqında iş üzrə digər materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta əməlini törətmiş Şəxsa həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “həbs” növündə tənbehlə deyil, məhz “cərimə” növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxsa təqsirli bilindiyi İXM-nın 535.1-ci maddəsinin sanksiyası həddində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddəsi ni rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon X5 PB-dən daxil olmuş xx.xx.2024-cü il tarixli MN 1959876№-li inzibati xəta haqqında Protokola əsasən Əliyev X4 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1704/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1704/2024
20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver