Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1726/2025 14.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X16 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 15 avqust 1981-ci il tarixdə Sabirabad rayonu Həşimxanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Sabirabad rayonu, Həşimxanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş 14 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 30 avqust 2025-ci il tarixdə saat 00:40 radələrində yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmiş və bununla da AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə qismən təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə DİN-in 102 xidmətinə verdiyi məlumatla və Sabirabad RPŞ-yə yazdığı şikayət ərizəsi ilə tanış oldu. Bu barədə qeyd edir ki, X7 həyat yoldaşıdır və onunla 2008-ci ildə ailə həyatı qurmuşdur. Birgə nikahdan 4 övladıolmuşdur. Zərərçəkmiş şəxs ilə ailə həyatı qurandan münasibətləri yaxşı olub, təsadüf nəticəsində hər ailədə olduğu maddi sıxıntılarla bağlı onların da ailəsində maddi sıxıntılar olması səbəbindən söz söhbətləri olur, lakin sonradan keçib gedir. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 00:10 radələrində yaxınlıqdakı kafedə 4 bakal pivə içib evə gəlmişdir. O, kafedən çıxıb yaşadığı evə azyaşlı övladı X4 zəng etmişdir. Lakin oğlu telefona cavab verməmişdir. Məqsədi ondan evə gəldiyi üçün anası Elnurədən nə alıb gətirməyi soruşmaq istəyirmiş. Oğlu Ərkani telefon zənginə cavab verməmiş və evə gəlib bu barədə Ərkanidən soruşanda və onu danlayanda həyat yoldaşı Elnurə digər otaqdan çıxaraq onların yanına gəlmiş və ona demişdir ki, uşaqla işin olmasın, uşağın üstünə qışqırma. O, Elnurəyə demişdir ki, uşaqları sən örgədirsən ki, telefon zəngieə cavab verməsin və qohumları ilə danışmasın. Elnurə cavabında bildirmşdir ki, bəli mən örgədirəm və əcəb edirəm. Bundan sonra Elnurə ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı Elnurəni nalayıiq ifadələrlə söymüş və Elnurə də digər otağa keçib onun ünvanına nalayiq ifadələr işlədərək söydüyü üçün əli ilə və evdə gözünə sataşan kişi bel kəməri götürüb Elnurəni döymüşdür.Həmin vaxt qaynı Ülvi hardansa çıxıb onlara gəlmişdir və Elnurə ilə arasında olan mübahisəni görmüş və bundan sonra aralarında yaranmış mübahisə qurtarmışdır. Elnurə ilə arasında yaranmış mübahisə təxminən 10-15 dəqiqə çəkmişdir. X1 evə daxil olduğu üçün nə səbəbə mübahisə etdiklərini soruşmuşdur. O, qaynı Ülvüyə mübahisənin səbəbini izah etmək istəyən zaman Ülvi həyat yoldaşı Elnurəni və uşaqlarını özü ilə birlikdə götürərək öz evinə aparmışdır. Bundan sonra həyat yoldaşı Elnurə qardaşı Ülvinin evində olduğu zaman DİN-in 102 xidmətinə zəng edərək onun tərəfindən döyülməsi barədə məlumat vermişdir. Səhv etmiş, buna səbəb isə oğlu Ərkanini danlayarkən anası Elnurə onun qarşısına keçərək barəsində xoşagəlməz sözlər deməsi səbəbindən bu mübahisə yaranmışdır. Barəsində cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, o, Sabirabad rayonu Həşimxanlı kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumatı özü vermiş və sonradan Sabirabad RPŞ-yə şikayət ərizəsini özü yazmışdır. Bu barədə qeyd edir ki, Şəxs onun həyat yoldaşıdır və onunla 2008-ci ildə ailə həyatı qurmuşdur. Onların birgə nigahdan 4 övladı olmuşdur. xx.xx.2025-ci il tarxdə saat 00:40 radələrində həyat yoldaşı Şəxs sərxoş halda evə gəlmişdir. Şəxs azyaşlı övladı X6 zəng etmiş və Ərkaninin onun telefon zənginə cavab verməməsini bəhanə edərək onu döymək istəyirmiş. Bu zaman o, digər otaqdan çıxaraq Talehin yanma gəlmiş və uşaqla işi olmamasını, onu döyməməsini və acıqlanmamasını xahiş etmişdir. Lakin, Taleh ona demişdir ki, uşaq mənimdir, özüm bilərəm, mənim işimə qarışma deyərək nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bundan sonra o, Talehin yanından uzaqlaşaraq evin digər otağına keçmiş və 2 yaşında olan övladı X8 ayaqlarının üstünə qoyaraq uşağı yelləyərək yatızdırmaq istəyirmiş. Bu zaman Şəxs onun və qardaşlarının ünvanına nalayiq ifadələrlə söymüş və ona öz iradını bildirmişdir ki, qardaşlarının və onun ünvanına söyüş söymə. Lakin, Taleh əlində kişi bel kəməri ilə olduğu otağa daxil olmuş, əlində olan bel kəməri ilə kürək və baş nahiyyəsindən bir neçə zərbə, sağ sifət nahiyyəsinə isə bir yumruq zərbəsi vuraraq qəsdən döymüşdür. Aralarında mübahisə olan zaman qardaşı X5 onlara gəlmiş və Talehin əlində bel kəməri olduğunu, onunla mübahisə etdiyini görmüşdür. Sonra qardaşı Ülvi onları sakitləşdirmiş və azyaşlı övladları ilə onu öz evinə aparmışdır. O,qardaşı Ülvinin evində olduğu zaman onun telefonu ilə DİN-in 102 xidməti sitemi zəng mərkəzinə məlumat vermiş və həyat yoldaşı Şəxs tərəfindən döyülməyini bildirmişdir. Bundan əlavə onuda qeyd etmək istəyir ki, həyat yoldaşı Şəxs 26 oktyabr 2024-cü il tarixdə Sabirabad rayonu Həşimxanlı kəndində yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı əlində olan mobil telefonu baş nahiyyəsinə vurmuş, sol sifət nahiyyəsinə isə yumruqla zərbə vuraraq xəsarət yetirmişdir. Lakin, azyaşlı övladlarına və ailəsinin dağılmaması səbəbi ilə Taleh Qulyev barəsində heç bir şikayət etməmiş və hər hansı bir xəstəxanaya müraciət etməmişdir. Lakin o, məhkəmə tibb ekspertizasında müayinədən keçərkən üz nahiyyəsində sol almacıq sümüyünün qapalı bitişmiş sınığı aşkar olunmuşdur. O,həmin xəsarəti həmin vaxtı Taleh tərəfindən döyülməsi nəticəsində alsa da özü də həmin sınıq xəsarətini hiss etməmiş və bu barədə də rəsmi qaydada heç bir yerə şikayət etməmişdir. Lakin, bədəni üzərində yəni, sol almacıq nahiyəsindən almış olduğu sınıq xəsarəti ilə bağlı Şəxs şikayətçi deyil, az yaşlı övladları var və onların gələcəyi ilə bağlı Şəxslə barışmışdır. Lakin, Şəxs sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 00-40 radələrində yaşadığı Sabirabad rayonu Həşimxanlı kəndində yerləşən evində bel kəməri ilə başına və bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq döyməsi və ailə üzvləri barədə nalayiq ifadələrlə söyməsi ilə bağlı onun barəsində həbs cəzasının tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X5 bildirdi ki, Zərərçəkmiş şəxs bacısı, Şəxs isə bacısının həyat yoldaşıdır. xx.xx.2025-ci il tarixdə saat 00:40 radələrində bacısı Elnurənin yaşadığı evin qarşısından işdən qaydıb öz evinə gedərkən onların yaşadığı evin işıqlarının yandığını görüb nə isə baş verməsindən şübhəli qalmış və onlara keçmişdir. Həmçinin gecə işıqlarının yanması şübhə yaratmışdır ki, bəlkə uşaqlardan kiməsə nə sə olub. O, Elnurənin evin keçdikdə görmüşdür ki, Talehin əlində kişi bel kəməri var və arvadı Elnurə ilə aralarında yarananmış mübahisə zamanı onu döyüb. O, Elnurənin ağladığını görmüş, Talehi və Elnurəni sakitləşdirmişdir. Həmin vaxt Taleh sözünə qulaq asmış və sakitləşmişdir, həmçinin Elnurə də sakitləşmişdir. O, bundan sonra Elnurəni və uşaqlarını onlardan götürüb öz evinə gətirmişdir ki, arada olan mübahisə böyüməsin. Sonradan Elnurə ona bildirmişdir ki, Taleh oğlu Ərkaniyə əsəbləşmiş və telefonuna cavab vermədiyi üçün onun üstünə getdiyi üçün qarşısına durmuş və bu səbəbdən onunla əri Taleh arasında mübahisə yaranmış və həmin mübahisə zamanı Taleh onu döymüşdür. Bundan sonra Elnurə ona bildirmişdir ki, o, Taleh ilə yaşamayacaq və ondan boşanacaq. Sonra mobil telefonu ilə 102 xidmətinə yığıb əri Taleh tərəfindən döyülməsi barədə məlumat vermişdir. Hazırda Elnurə ilə Talehin biri birindən boşanmasını istəmir və Elnurənin bir böyük qardaşı kimi onları barışdırmış, istəmir ki, onlann ailəsi dağılsın. Lakin, Elnurə israrla bildirir ki, Taleh onun döyərkən onun və qardaşlarının ünvanına söyüş söymüşdür. Onun üçün onu bağışlaya bilmir. Lakin, Taleh bu hadisədən qabaq yəni, 26 oktyabr 2024-cü il tarixdə Elnurə ilə arasında yaranmış mübahisə zamanı onu döymüş və Elnurə sifət nahiyəsində almacıq hissəsindən sınıq xəsarət almışdır. Həmin xəsarəti Elnurə tibbi ekspertizadan keçərkən bilmişdir. Lakin həmin xəsarətlə bağlı Elnurə uşaqlarının xatirəsi üçün şikayət etmir və barışıb. O, onların bir ailə olaraq mehriban yaşamasını istəyir. Şəxs də söz verib ki, o, bir daha Elnurə ilə arasında hər hansı bir söz söhbəti olmayacaq. Taleh özü və onun anası, digər qohum əqrabası barışıq üçün yaşadığı evə gəlmişlər və onları barışdırmış, lakin Elnurə sonuncu mübahisə ilə bağlı əri Talehin onu söydüyü söyüşə və döyməsi ilə bağlı bağışlamır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 07 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməsi, qəbul olunmuş qərarın razılaşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon prokuroruna təqdim edilməsi, Şəxs əməlində Azərbaycvan Respublikası İXM-nin 157,-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Sabirabad RPŞnin İTB nə göndərilməsi, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 133-cü maddəsində göstərilən «Əzab vermə» cinayət əməlinin təkibinin olmaması və həmin xüsusatla bağlı barəsində cinayət təqibi başlanması rədd edilməsi qərara alınmışdır; Məhkəmə iclasında tədqiq edilmiş materialda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” Sabirabad Rayon Şöbəsinin canlı şəxsin ekspertizasının 03 sentyabr 2025-ci il tarixli, 406 saylı rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasının müayinəsi zamanı sol almacıq sümüyünün qapalı bitişmiş sınığı, boynun sağ və sol yan səthində, sağ gözün tış hissəsində, sağ və sol kürəküstü nahiyələrində qançırlar, sağ əlin 5-ci barmağının üst səthində sıyrıq küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, qançır və sıyrıqların əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə yuğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 14-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157 maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün qismən etirafedici, zərərçəkmiş şəxsin və şahidin izahatları, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” Sabirabad Rayon Şöbəsinin canlı şəxsin ekspertizasının 03 sentyabr 2025-ci il tarixli, 406 saylı rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə Şəxs inzibati xəta törətdiyi zaman sərxoş halda olmasını onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halın olmasını, yüngülləşdirən halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həsbetmənin əvvəli 14 oktyabr 2025ci il tarixdən, saat 18:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 17 (on yeddi) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 14 oktyabr 2025-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın icrası Sabirabad Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Cavid Cəfərov
Məhkəmə qərarları › İş №3(056)-1726/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1726/2025
14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver