Məhkəmə qərarları › İş №3(056)-1839/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1839/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1839/2024 28.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Sabirabad rayonunun Çöl Beşdəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi qaydada maşın motoru ustası işləyən, Sabirabad rayonunun Çöl Beşdəli kəndində qeydiyyatda olan və Minbaşı nümayəndəliyinin Qaraağac kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon X2 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2024-cü il tarixdə Sabirabad rayon YPX-nin əməkdaşlarına qəsdən tabe olmamışdır. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında göstərdi ki, o, yaşadığı kənddə olan Maşın servisində servisin həyətindən çıxmadan motorunu düşətdiyi maşını yoxlayarkən bir qədər irəli və arxaya vermiş, sonra avtomobildən düşüb qabaq kapotu açıb təmirə düvam etmək istəyərkən 2 nəfər YPX əməkdaşı ona yaxınlaşmış, avtomobilin LED işıqlarını irad bildirib açarları tələb etmişlər. O, avtomobilin sahibinin qısa müddətdə gələcəyini bildirib avtomobilin açarını təqdim etməkdən imtina etmişdir. Bundan sonra polis əməkdaşları onu məcbur xidməti avtomobillərinə mindirib telefonunu əlindən alaraq qabaq sərnişin oturacağına qoyub qapıları bağlayarkən o, cəlb telefonunu götürüb yan qapıdan avtomobildən düşmüş, ətrafda olan insanlardan kömək istəmişdir. İnsanlar da narazılığını ifadə etmişdir. Bir qədər sonra orada PPX əməkdaşları gəlmiş, onu öz xidməti avtomobillərinə mindirib şöbəyə gətirmişlər. Özü ailəlidir və himayəsində iki azyaşlı övladı vardır. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. Dünəndən şöbədə saxlandığından ailəsindən narahatdır. Hazırda o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, o, Sabirabad RPŞ-nin YPXnin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Qaraağac kəndi ərazisində xidmətdə olarkən yol kənarında olan avtoservisdən LED işıqlarını yanıdraraq yola doğru hərəkətdə olan avtomobili görmüş, geriyə dönüb qayıdana kimi həmin avtomobilin sürücüsü onları görüb avtomobili saxlayaraq qabaq kapotu açmış və avtomobilin içərisinə baxmağa başlamışdır. Həmin sürücüyə yaxınlaşıb avtomobilin işıqları ilə bağlı irad bildirib sənədlərini tələb etdikdə məlum olmuşdur ki, şəxsin həmin avtomobilə dair etibarnaməsi belə yoxdur. Bu zaman onlar həmin şəxsə avtomobilin duracağa yerləşdiriləcəyini bildirib açarlarını tələb etmişlər. Lakin həmin şəxs özünün usta olmasını bildirib açarları təqdim etməkdən imtina etmişdir. Bir qədər dilə tutduqdan sonra onlar həmin şəxsi xidməti avtomobillərinə əyləşdirmişlər. Lakin həmin şəxs kənarda olan insanları görən kimi yan qapını açıb aşağı düşmüş və qışqırmağa başlamışdır. Onun səs-küyünə ətrafa xeyli sayda insan yığışmış, bundan sonra onlar kömək çağırmışlar. Kömək gələndən sonra güclə Ceyhunu şöbəyə gətirmişlər. Çünki o, getmək istəmirdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını və şahidin ifadəsini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Sabirabad rayonunun Qaraağac kəndi ərazisində ictimai qaydanı pozaraq polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Odur ki, onun əməli düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini və ailə vəziyyətini Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələbini (Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır) nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli sayır. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2024-cü il tarixdə saat 22:25 radələrində tutulmuş, xx.xx.2024-cü il tarixdə, saat 14:00 radələrində azad edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cərimə növündə tənbeh tədbiri tətbiq edilərkən onun təxminən 16 saat müddətində inzibati qaydada həbsdə saxlanıldığı zaman nəzərə alınmalı, ona təyin edilmiş cərimə tənbehindən inzibati həbsdə saxlanıldığı müddət kompensasiya edilməklə 50 manat məbləğində azaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat cərimə olunsun. Şəxs inzibati qaydada həbsdə saxladıldığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 150 (bir yüz əlli) manat məbləğində cərimə tənbehi saxlanılsın. Qərarın icrası Sabirabad rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar