Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1851/2024 02.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X3 Azər oğlunun katibliyi ilə, xx.xx.1988-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan X1 onun barəsində çıxarılmış Sabirabad Rayon Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli 3(056)-545/2015 saylı qərarına xitam verilməsi barədə vəsatətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Sabirabad Rayon Məhkəməsinə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 313-2.2-ci (köhnə redaksiya ilə) maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis idarəsindən xx.xx.2015-ci il tarixli KYP 070206 nömrəli protokol və protokol ətrafında toplanmış material daxil olmuşdur. Sabirabad Rayon Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli 3 (056)-545/2015 saylı qərarına əsasən X1 İXM-nin 313-2.2-ci (köhnə redaksiya ilə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. X2 29 noyabr 2024-cü ildə vəsatətlə məhkəməyə müraciət edərək Sabirabad Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli 3 (056)-545/2015 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət vermiş şəxs xahişini onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli 3 (056)-545/2015 saylı qərarına əsasən İXM-nin 313-2.2-ci (köhnə redaksiya ilə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. O, müəyyən səbəblərdən məhkəmə baxışında iştirak etməmişdir. O, Sabirabad RPŞ-nin barəsində tərtib etmiş olduğu protokola əsasən cəriməni tam olaraq ödəmişdir. Qeyd olunanlara əsasən Sabirabad Rayon Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli 3 (056)-545/2015 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatətə əlavə olunmuş: Sabirabad Rayon Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli 3 (056)-545/2015 saylı qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-2.2ci (köhnə redaksiya ilə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. İş materiallarından görünür ki, yol hərəkəti qaydalarını pozduğuna görə X2 cərimə edilmiş, həmin cəriməni 3 ay müddətində ödəmədiyi üçün barəsində İXM-nin 346.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında Sabirabad Rayon Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli 3 (056)-545/2015 saylı qərarı ilə 6 (altı) ay müddətinə onun nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. Hazırda barəsində qərar çıxarılmış X2 tərəfindən cərimə və ona hesablanmış dəbbə pulu tam şəkildə müvafiq bank hesabına köçürülmüşdür. Məhkəmə vəsatəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə nəticəyə gəlir ki, barəsində qərar çıxarılmış X1 vəsatəti təmin edilməlidir. İXM-nin 182.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, cərimə və ona hesablanmış dəbbə pulu tam şəkildə ödənildiyindən, X1 İXM-nin 313-2.2-ci (köhnə redaksiya ilə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair Sabirabad Rayon Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli 3 (056)-137/2023 saylı qərarına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-2.2-ci (köhnə redaksiya ilə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair Sabirabad Rayon Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli 3 (056)-545/2015 saylı qərarına xitam verilsin. Qərardan, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1851/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1851/2024
02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver