Məhkəmə qərarları › İş №3(056)-1854/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1854/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1854/2024 02.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Sabirabad rayonunun Cavad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Əlicanlı kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyən, Sabirabad rayonunun Cavad kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən inzibati xəta haqqında xx.xx.2024-cü tarixli MN ******* saylı «İnzibati xəta haqqında protokol» daxil olmuşdur. Daxil olmuş protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında ona istinad olunan əməl üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, əslində arvadını döyməmişdir. Belə ki, o, ev təmiri ustası olaraq oktyabr ayında Bakı şəhərində olmuş, Qaz İdarəsinin əməkdaşları ona zəng edərək vanna otağında olan qazla işləyən qızdırıcının təcili vanna otağından çıxarılmalı olduğunu bildirmişlər. O, ev sahibindən icazə alaraq bir günlük Sabirabad şəhərinə qayıtmış, işıqforda piyada dayanarkən arvadı Şahnaz ilə əvvəllər münasibətdə olmuş Elçinin avtomobili ilə onun yaşadığı bina tərəfdən dövr edib bina yaxınlığında avtomobilini saxlamasını, arvadının Elçinin avtomobilindən düşməsini görmüş, fit çalaraq arvadını səsləmiş, həmin vaxt əsəbi halda onunla birgə evə gəlmiş, evə çatan kimi azyaşlı övladlarına paltarlarını geyinib hazırlaşmağı, evdnə gedəcəklərini bildirmişdir. O, öz otağında hazırlığını görərkən Şahnaz otağa daxil olmuş, qışqırıb bağırmağa başlamış, o, yengel formada Şahnazı itələmiş, Şahnaz ütü stoluna dəymişdir. Bundan sonra o, otaqdan, ardınca isə evdən çıxmış, Şahnaz onun ana və bacısının ünvanına arxasınca söyüşlər söymüş, o da cavab olaraq dediklərinin özü olmasını bildirmişdir. Hazırda o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs ilə artıq boşanma ərəfəsindədirlər. Onlar arasında iki əvvəl də soyuq münasibətlər olmuş, həmin ərəfədə o, Rəsulun tanışı Elçin adlı şəxslə münasibətdə olmuş, bu barədə Rəsul və Elçinin arvadı bilmiş, bundan sonra münasibətləri kəsilmiş, Rəsul onu bağışlayaraq yenidən birgə yaşamışlar. Son dövrlərdə Rəsul yenə də onun guya Elçinlə münasibətinin davam etməsini bəhanə olaraq gətirirdi. Sonuncu dəfə də xx.xx.2024-cü ildə Rəsul onu yaşadıqları evdə başının arxa hissəsindən, kürək nahiyyəsindən və bud nahiyyəsindən vuraraq döymüş, buna görə də o, Rəsul barəsində şikayət etmişdir. Ona qarşı Elçinin dedikləri böhtandır. Hazırda o, şikayətçidir. Məhkəmədən onun barəsində həbs tənbeh tədbiri görülməsini xahiş edir. Məhkəmə təqdim edilmiş sübutlara və izahatlara qiymət verərək hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirməklə İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarda əksini tapmış xx.xx.2024-cü il tarixli ekspert rəyi və zərərçəkmiş şəxsin ifadəsi ilə öz təsdiqini tapır. Şəxs özünü təqsirli bilməməsi ilə bağlı izahatını məzmununa gəldikdə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatının zərərçəkmiş şəxsi döyməməsi barədə hissəsi özünü müdafiə xarakterli izahat kimi qiymətləndirilməli və nəzərə alınmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün bildirdiyi kimi arvadını başqa şəxsin avtomobilindən düşməsini görüb əsəbiləşdikdən sonra vurmamış olması absurd haldır. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddə üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nın 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın ilk dəfə inzibati xəta törətməsini Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq belə qənaətə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin pozuntusuna yol verilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, tərəflər hazırda rəsmi ər-arvad olmaqla onlar arasında hazırda gərgin münasibət mövcud olsa da, bu gələcəkdə münasibətlərin normallaşması halını istisna etmir. Bu qənaət ondan formalaşır ki, tərəf bu fonda iki il əvvəl də münasibətlərində gərginlik yaşamış, lakin sonradan barışıb birgə yaşamışlar. Hazırki halda inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi tərəflər arasında mövcud olan gərgin münasibətin daha da gərginləşməsinə gətirib çıxara bilər ki, bu hal da yolverilməz hesab edilməlidir. Şəxs barəsində tətbiq ediləcək cərimə tənbehinin miqdarına gəldikdə isə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hazırda şikayətçi olması nəzərə alınmaqla cərimə məbləği orta miqdarda təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar