Məhkəmə qərarları › İş №3(056)-1857/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1857/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1857/2024 02.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, protokolu tərtib etmiş şəxs Sabirabad rayon X4 Təhlükəsizlik Bölməsinın sahə rəisi X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə,, xx.xx.1984-cü il tarixdə Yardımlı rayonu Ünəc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Şəhriyar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN 1961539№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi, X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 1961539№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə baş vermiş oğurluq hadisələri ilə bağlı Sabirabad RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə gecə saat 03:00 radələrində Sabirabad rayonu Şəhriyar kəndində şübhəli şəxs kimi diqqəti cəlb edilmiş Şəxs şəxsiyyətini müəyyən etmək məqsədi ilə sənədlər istənilərkən, sonuncu tərəfindən buna etiraz edilərək imtina edilmiş və o, həmin yerdən uşaqlamaq istəyərkən, polis əməkdaşları onu saxlayıb Sabirabad RPŞ-yə aparmışlar. Bu əməllərinə (polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaq) görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə nəzərdə tutlmuş Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 535.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlində özünü qismən təqsirli bilərək, izahatında göstərmişdir ki, baş vermiş oğurluq hadisələri ilə bağlı Sabirabad RPŞ-nin PPXB-nın əməkdaşları xx.xx.2024-cü il tarixdə gecə saat 03:00 radələrində Sabirabad rayonu Şəhriyar kəndində onun şəxsiyyətini müəyyən etmək məqsədi ilə ondan sənədlər istənilərkən, o, gecə vaxtı olduğu üçün həyəcanlı olduğundan buna etiraz edərək, həmin yerdən uşaqlamaqa çalışmışdır. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, baş vermiş oğurluq hadisələri ilə bağlı Sabirabad RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə gecə saat 03:00 radələrində Sabirabad rayonu Şəhriyar kəndində şübhəli şəxs kimi diqqəti cəlb edilmiş Şəxs şəxsiyyətini müəyyən etmək məqsədi ilə sənədlər istənilərkən, sonuncu tərəfindən buna etiraz edilərək imtina edilmiş və o, həmin yerdən uşaqlamağa çalışmaqla, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da ictimai qaydanı pozmuşdur. İXM-nın 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN 1961539№-li protokolla və inzibati xəta haqqında iş üzrə digər materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta əməlini törətmiş Şəxsa həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “həbs” növündə tənbehlə deyil, məhz “cərimə” növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs xx.xx.2024-ci tarixdən həbsdə saxlanmasını nəzərə alaraq, onun barəsində təqsirli bilindiyi İXM-nın 535.1-ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130cu maddəsi ni rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN 1961539№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və onun barəsində 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar