Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1857/2025 07.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ İHakim Nurəddin Abuzər oğlu Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Azərbaycan X18 Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmıtinin 6 saylı X15nin baş məsləhətçi müfəttişi X4, barəsində inzibati xəta işi üzrə icraat başlanmış hüquqi şəxs Şəxs MMC-nin hüquq məsləhətçisi X7 iştirakı ilə iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan X18 Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmıtinin 6 saylı X15sindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN2366635№-li Protokola və protokol ətrafında toplanmış materiala Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan X18 Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmıtinin 6 saylı X15si tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN 2366635№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Sabirabad rayonu Yastıqobu kəndində yerləşən Şəxs MMC-yə (**********) aid X8 sanitar qovşağında formalaşan tullantı suları təyinatsız olaraq ərazidən keçən kollektora axıdılmışdır. Bu əməlinə görə hüquqi şəxs Şəxs MMC (**********) barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 262.2.3cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta əməlləri törətməsinə dair xx.xx.2025-ci il tarixli MN2366635№-li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan X18 Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmətinin 6 saylı X3 baş məsləhətçisi X10 “inzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli MN 2366635№-li Protokol əsasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin (**********) İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilib, barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs MMC-nin hüquq məsləhtçisi X14 Azərbaycan X18 Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmıtinin 6 saylı X15si tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN 2366635№-li inzibati xəta haqqında Protokola yazılı etiraz təqdim edərək etirazının belə əsaslandırmışdır: pambıqçılığın inkişaf etdirilməsi məqsədilə 2022-ci ildə yaradılmış "xxxx" MMC-nin tabeliyində Sabirabad rayonu, Yastıqobu kəndində yerləşən X13 və Emalı Fabriki fəaliyyət göstərir. Hesab edir ki, inzibati xəta haqqında 20 oktyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol əsassız və qanunsuz olduğu, iş üzrə əhəmiyyəti olan hallara münasibət bildirilmədiyi, maddi və prosessual hüquq normaları kobud pozulmaqla qəbul olunduğu üçün ləğv edilməlidir və bunun üçün kifayət qədər əsaslar mövcuddur. 2025-ci il 20 oktyabr tarixdə Azərbaycan Dövlət Su X1 İstifadəsinə və X6 Xidmətinin 6 saylı X3 aparıcı məsləhətçi müfəttişi X5 tərəfindən Cəmiyyət barəsində ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və fabrikin sanitar qovşağında formalaşan çirkab sular təyinatsız olaraq ərazidən keçən kollektora axıdılmışdır. Bununla da, Cəmiyyət İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş xəta törətmişdir. Hesab edir aşağıda qeyd olunan əsaslara görə inzibati xəta haqqında 20 oktyabr 2025-ci il tarixli, ******* nömrəli protokol ləğv olunmalı va buna dair məhkəmə tərəfindən müvafiq qərar qəbul olunmalıdır. 1. Belə ki, Azərbaycan Dövlət Su X1 İstifadəsinə va X6 Xidmətinin 6 sayı X15 tərəfindən xx.xx.2025-ci il tarixli, 3-53-1-6/2-322/2025 nömrəli məktub ünvanlamış və inzibati xəta haqqında iş üzrə faktla bağlı izahatın verilməsi, sübütların təqdim edilməsi, vəsatət və etirazlarım verilməsi və digər hüquq və vəzifələrin keçirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində saat 11:00-da səlahiyyətli nümayəndəmizin bölməyə gəlməsi xahiş olunmuşdur (zərfin seriyası və tarixi SX084763407AZ xx.xx.2025-ci il. Çatdırılma tarixi: xx.xx.2025). Lakin yuxarıda qeyd olunan məktub poçt vasitəsi ilə Cəmiyyətə çatdıqdan sonra yenidən bölmə tərəfindən xx.xx.2025-ci il tarixli 3-53-1-6/2-337/2025 nömrəli maktub unvanlanmış va mahiyyəti haqqında iş üzrə faktla bağlı izahatın verilməsi, sübütların təqdim edilməsi, vəsatət və etirazların verilməsi və digər hüquq və vəzifələrin keçirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində səlahiyyətli nümayəndəmizin bölməyə gələməsi xahiş olunmuşdur (zərfin seriyasi, SX**********7, xx.xx.2025. Çatdırılma tarixi: xx.xx.2025). Qeyd olunan tarixdə Cəmiyyətin etibarnamə üzrə nümayəndəsinin iştirakı təmin olunmuş, lakin bölmədə nümayəndəmizin inzibati xəta haqqında iş üzrə faktla bağlı izahatın verilməsi, sübütların təqdim edilməsi, vəsatət və etirazların verilməsi və digər hüquq və vəzifələrin keçirilməsi üçün şərait yaradılmamış və orada ona bildirilmişdir ki, artıq Cəmiyyət barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bu hal, İnzibati Xətalar Məcəlləsinin 78.1-ci maddəsi ilə müəyyən edilmiş müdafiə hüququnun həyata keçirilməsinə maneə yaratmışdır. 2. İXM-nın 262.2 va 262.2.3-cü maddəsinə görə, sudan özbaşına istifadə edilməsinə, yəni içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə cərimə nəzərdə tutulmuşdur. Bununla bağlı bilrdirmək istəyir ki, bölmənin aparıcı məsləhətçimüfəttişi X5 tərəfindən fabrikin sanitar qovşağında formalaşan çirkab sular təyinatsız olaraq ərazidən keçən kollektora axıdılması müəyyən edilmişdir. Həmin maddənin dispozisiyasından da göründüyü kimi də, çirkab sular çöllə, küçəyə, rabitə və enerji komımınikasiya şəbəkələrinə axıdılması müəyyən edilməmişdir. İXM-nın 262.2.3-cü maddəsinin tərkibi yoxdur. Belə ki, protokolda göstərilmişdir ki, fabrikin sanitar qovşağında formalaşan çirkab sular "təyinatsız olaraq ərazidən keçan kollektora axıdılmışdır". Halbuki maddənin dispozisiyanında "kollektor" su obyektləri sımsına daxil edilmir və bu hal "çölə, küçəyə, rabitə və enerji şəbəkələrinə axıdılma" kimi qiymətləndirilə bilməz. Hadisə yerində su obyektinin çirklənməsi və ya zibillənməsi faktı qeydə alınmamış, yalnız ehtimala əsasən qeyd aparılmışdır. Bu isə inzibati xəta tərkibinin mövcud olmadığını göstərir. Həmçinin əlavə olaraq bildirilir ki, faktın aşkar edilməsi xx.xx.2025-ci il tarixdə baş vermiş, lakin protokol yalnız xx.xx.2025-ci il tarixdə tartib edilmişdir. Bu qanunla müəyyən olunmuş müddətin kobud şəkildə pozulmasıdır və inzibati icraatın etibarlılığı şübhə altına alır. Bu hal İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinin normalarına ziddir. X18 Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmıtinin 6 saylı X3 aparıcı məsləhətçi-müfəttişi X2 xx.xx.2025-ci il tarixli MN 2366635№-li inzibati xəta haqqında Protokolunun ləğv edilməsini xahiş etmişdir. Azərbaycan X18 Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmıtinin 6 saylı X15si tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN 2366635№-li inzibati xəta haqqında Protokola əlavə edilmiş video görüntü ilə və inzibati xəta haqqında iş üzrə toplanmış materialla müəyyən edilmişdir ki Sabirabad rayonu Yastıqobu kəndində yerləşən Şəxs MMC-yə (**********) aid X8 sanitar qovşağında formalaşan tullantı suları təyinatsız olaraq ərazidən keçən kollektora axıdılmış və bununla da İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xətaya yol verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib hesab edir ki, X9 əməlində İXM-nın 262.2.3-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta tərkibi vardır və onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş X11 İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin sanksiyasının hədləri daxilində aşağı həcmdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 4851, 114, 128-130-cu maddələrini QƏRARA ALDİ: Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN 2366635№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1857/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1857/2025
07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver