Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1858/2024 13.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, xx.xx.1961-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP6690408№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP6690408№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs idarə etdiyi «HYUNDAİ İX-35» minik markalı ** BN *** nömrə nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə Sabirabad rayonu Qaralar kənd ərazisindən keçərkən qarşıdan gələn «Belarus 89» markalı traktoru ötüb keçə bilsə də avtomobili yolun sol zolağına tərəf idarə etdiyindən avtomobilin ön sol hissəsi traktorun qoşqusub ön sol hissəsinə dəyimiş və nəticədə avtomobildə əyiləşən sərnişinlər Zərərçəkmiş şəxs və X1 qısa müddətə pozulmasına səbəb olan yüngül zərər dəymişdir. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 327.8-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsinə dair Protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsaslanaraq hazırkı işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və İnzibati xəta haqqında Protokolu tərtib etmiş Sabirabad Rayon Polis Şöbəsinin DYPB-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs İXM-nın 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında materiallara əlavə edilmiş Sabirabad rayon X4 Bölməsinin təhqiqatçısı Ş.Həsənovun “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarda təsbit olunmuş yol nəqliyyat hadisəsinin iştirakçılarının izahatları və hadisənin araşdırılmış müəyyən edilmiş halları ilə tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nın 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nın 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində İXM-nın 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini və təqsirinin dərəcəsini, həmçinin inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, ona İXM-nın 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh verilməsi daha məqsədəuyğun olardı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP6690408№-li inzibati xəta haqqında Protokola əsasən Əzizov X2 Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Şirvan Şəhər İcra Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1858/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1858/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver