Məhkəmə qərarları › İş №3(056)-1862/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-1862/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-1862/2024 18.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, X1 qanuni nümayəndəsi X2 iştirakı ilə, X1 barəsində qəbul olunmuş Sabirabad RPŞ-nin DYPB-nin yol patrul xidmətinin inspektpru polis serjantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP 6678310№-li inzibati xəta haqqında protokoldan şikayət ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: X1 barəsində qəbul olunmuş Sabirabad RPŞ-nin DYPB-nin yol patrul xidmətinin inspektpru polis serjantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP 6678310№-li inzibati xəta haqqında protokoldan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, protokolun ləğv edilməsini və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda X1 qanuni nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad RPŞ-nin DYPB-nin yol patrul xidmətinin inspektpru polis serjantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP 6678310№-li inzibati xəta haqqında protokoldan verdiyi şikayətə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. X1 qanuni nümayəndəsi X3 ərizəsini nəzərə alıb hesab edirəm ki, S.Y.Zeynalovun xx.xx.2024cü il tarixli İXP 6678310№-li inzibati xəta haqqında protokoldan verdiyi şikayət onun müraciəti əsasında baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.2024-cü il tarixli İXP 6678310№-li inzibati xəta haqqında protokoldan X3 tərəfindən verilmiş şikayət ərizəsi onun müraciəti əsasında baxılmadan geri qaytarılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar