Məhkəmə qərarları › İş №3(056)-1864/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-1864/2024

06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-1864/2024 06.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, X1 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN1785618 saylı inzibati xəta haqqında qərarından vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 244.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarla X3 Azərbaycan Respublikası İXM-nin 244.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. X3 barəsində olan 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından xx.xx.2024-cü il tarixdə şikayət etmişdir. Lakin keçmiş olan şikayət vermə müddətinin bərpası barədə vəsatət təqdim etməmişdir. Göründüyü kimi X3 qərardan şikayət vermə müddətini itirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənələrə əsasən məhkəmə hesab edir ki, X1 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN1785618 saylı inzibati xəta haqqında qərarından vermiş olduğu şikayətin müddəti keçdiyinə görə geri qaytrılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN1785618 saylı inzibati xəta haqqında qərarından verdiyi şikayət ərizəsi şikayət vermə müddəti keçdiyinə görə geri qaytrılsın. X2 şikayət vermə müddətinin bərpa edilməsi ilə bağlı məhkəməyə vəsatətlə müraciət edə bilməsi izah edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar