Məhkəmə qərarları › İş №3(056)-1878/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1878/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1878/2024 09.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Sabirabad rayonu Moranlı kəndində anadan olmuş, işsiz, evli, himayəsində iki az yaşlı uşağı olan, Azərbaycan Respublikası vətəndaşı, Sabirabad rayonu Moranlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxsn Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN2086972№-li inzibati xəta haqqında Protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli MN2086972№-li inzibati xəta haqqında Protokola görə Şəxs İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 529.2-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə Sabirabad rayon Məhkəməsi tərəfindən barəsində 3000 (üç min) manat cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul olunmuş xx.xx.2024-cü il tarxili 3(056)-989/2024№li Qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir (cəriməni ödəməmişdir). Məhkəmə iclasında iştirak etmiş Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəqani Əzimov xx.xx.2024-cü il tarixli MN2086972№-li inzibati xəta haqqında Protokolu müdafiə edərək izahatında göstərmişdir ki, icra edilməsi məqsədilə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarxili 3(056)-989/2024№li inzibati tənbeh vermə haqqında Qərarına əsasən Şəxs İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə Sabirabad rayon barəsində 3000 (üç min) manat cərimə növündə inzibati tənbeh tətibiq edilmişdir. Həmin qərarın icrasının təmin edilməsinə dair borclu Şəxs edilmiş təkliflərdən 25 gündən çox müddətin keçməsinə baxmayaraq, o, icra şöbəsinin çağırışına məhəl qoymamış, müvafiq sorğuları cavablandırmamış, faktiki olduğu yer barədə məlumat verməmiş və bununla da qərar üzrə 3000 manat cəriməni ödəməkdən qərəzli olaraq yayınmışdır. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, Sabirabad rayon Məhkəməsi tərəfindən onun 3000 manat cərimə olmasına dair xx.xx.2024-cü il tarxili 3(056)- 989/2024№li inzibati tənbeh vermə haqqında Qərarın icrasından yayınmır, lakin onun maddi imkanları məhdud olduğu səbəbindən Qərar (icra sənədi) üzrə ondan tələb olunan 3000 manat cərimə borcunu ödəyə bilmir. Məhkəmə icra məmuru Xəqani Əzimovu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, xx.xx.2024-cü il tarixli MN2086972№-li inzibati xəta haqqında Protokolu və icra işini nəzərdən keçirib hesab edir ki,, Şəxs İnzibati Xətalar Məcəlləsinin 525ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarxili 3(056)-989/2024№li inzibati tənbeh vermə haqqında qərarını qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində icra etməyərək, 3000 manat cəriməni ödəmədiyi üçün, onun əməlində İXM-nın 529.2-ci maddəsinin tərkibi yaranmışdır. Şəxs İXM-nın 529.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinin törətməsi onun izahatı ilə yanaşı, həmçinin onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN2086972№-li inzibati xəta haqqında Protokolla, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərar və inzibati xəta haqqında işin digər materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 529.2-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs qeyd olunan icra sənədinin üzrlü səbəbdən icra etməməsinin əsası kimi istinad etdiyi dəlilini (maddi imkanının məhdud olması) əsassız hesab edirəm və onun bu izahatını inzibati məsuliyyətdən yayınması kimi qiymətləndirirəm. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 529.2-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində gün ərzində dörd saatdan çox olmamaqla iki yüz qırx saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həmçinin təyin edilmiş inzibati tənbeh müddəti ərzində Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN2086972№-li İnzibati xəta haqqında Protokola əsasən Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinsin və onun barəsində gün ərzində dörd saatdan çox olmamaqla iki yüz qırx saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Təyin edilmiş inzibati tənbeh müddəti ərzində Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar