Məhkəmə qərarları › İş №3(056)-1888/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1888/2025

12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1888/2025 12.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X1 daxil olmuş inzibati xəta haqqında xx.xx.2025ci il tarixli MN2407703№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X4 tərəfindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli MN2407703№-li İnzibati xəta haqqında Protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Daxil olmuş xx.xx.2025-ci il tarixli MN2407703№-li inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə görə Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya yol verməsi ondan ibarət olmuşdur ki, 2 nəfər işçinin əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin 10 iş günü müddətində təmin edilməsi və bu barədə X6 Xidmətinin X2 məlumat verilməsi barədə xx.xx.2025-ci il tarixli 3-17-5/2-87505/2025 saylı İcrası Məcburi Göstərişi Şəxs MMC-nin rəhbərliyi 10 iş günü müddətində icra etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin dispozisiyasına görə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Göründüyü kimi qeyd edilən İXM-nın 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün əsas Şəxs MMC-nin 2 nəfər işçinin əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin təmin edilməsi barədə xx.xx.2025-ci il tarixli 3-17-5/2-87505/2025 saylı İcrası Məcburi Göstərişin 10 iş günü müddətində icra edilməməsi halıdır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC İXM-nın 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta törətməsini təsdiq edən sübutlar kifayət deyildir və mötəbər hesab edilməməlidir. Belə ki, inzibati xəta haqqında Protokola xx.xx.2025-ci il tarixli 3-17-5/2-87505/2025 saylı İcrası Məcburi Göstərişin surəti əlavə olunsa da, lakin həmin sənədin Şəxs MMC tərəfindən nə vaxt qəbul edilməsi və bununla da icra müddəti kimi qeyd edilən 10 gün vaxtın hansı tarixdən hesablanması barədə sənədlər əlavə edilməməklə həmin məsələlərin aydınlaşdırılması mümkünsüz olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, İcrası Məcburi Göstərişin 10 iş günü müddətində təmin edilməsi və bu barədə X6 Xidmətinin X2 məlumat verilməsi, göndərilmə və təqdim etməsi üzrə tələb olunan minimum ağlabatan müddətlər gözləmədəm, xx.xx.2025-ci il tarixdə MN2407703№-li inzibati xəta haqqında Protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs MMC-nin üzərində İXM-nın 539.1-1-ci maddəsinin tərkibi müəyyən olunmadığından, xx.xx.2025-ci il tarixli MN2407703№-li inzibati xəta haqqında Protokol əsasında Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də təsvir olunanlara əsasən xx.xx.2025-ci il tarixli MN2407703№-li inzibati xəta haqqında Protokol üzrə Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olması sübuta yetmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN2407703№-li İnzibati xəta haqqında Protokol əsasında Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar