Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1895/2025 12.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, X3 DİN BDYPİ tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 31268837 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: DİN BDYPİ-ni tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 31268837 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərara əsasən 04.xx.xx.1985-ci il təvəllüdlü X1 Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində (Qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X6 barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 31268837 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərarla razılaşmayıb, həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X6 xx.xx.2025-ci il tarixli EQ 31268837 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayəti belə əsaslandırılmışdır ki, o, “Ford Transit” yük markalı **-RC-*** qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. Belə ki, 13 10.2025-ci il tarixdə saat 04:30 radələrində “Ford Transit” yük markalı **-RC-*** qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti Nizami RPİ yanı Koroğlu metro stansiya 2 adlanan yerdə ona texniki baxışa görə 50 manat cərimə tətbiq edilmişdir, halbuki o maşını iyun ayından bəri idarə etmir. Şikayətinə əlavə etdiyi foto şəkildən görünür ki, həmin cərimə olunan maşın yük deyil, minik maşınıdır. Ona görə də heç bir əsas olmadan DİN-in BDYPİnin Mərkəzi Məlumat Xidmətinin polis polkovniki-leytenantı Elvin Abdulalizadənin xx.xx.2025ci il tarixli EQ31268837 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə təqsirli bilinmiş və İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə olunmuşdur. Amma DİN BDYPİ-nin isə onun barəsində olan əsassız qərarın cəriməsini ödəmək iqtidarında deyil. O, hər hansı bir qanun pozuntusu edirsə, bunu sübut etmək DİN BDYPİ-nin üzərinə düşür. O, heç bir qanun pozuntusuna yol verməmişdir. Bütün bunların əsası kimi DİN BDYPİ-nin nümayəndəsi məhkəməyə dəvət edilməli, özü şəxsən videoçəkilişi gətirməli, hadisə yerinin sxemini təqdim etməli və bütün müddəalara riayət etməlidir. Əgər bütün sadaladıqları edə bilməyəcəksə, onda deməli protokol və onun asasında tərtib edilmiş qərar əsassız və qanunsuzdur. İnzibatı Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə asasan Nəqliyyat vasitəsini "Yol hərəkəti haqqında" Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. X2 53 0.2-ci maddəsino esason inzibati xəta hadisəsi olmadıqda həmin işın icraatına xitam verilir. Əlavə olaraq bildirir ki, DİN BDYPİ-nin xx.xx.2025-cı il tarixli EQ31268837 saylı inzibati tənbeh vermə haqqında qərarının surətini 27 oktyabr 2025-ci il tarixdə şəxsən qəbul etmişəm. Göstərilənləri nəzərə almaqla, barəsində EQ 31268837 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz hesab edərək ləğv edilməsi və həmin inzibati xəta üzrə icraata xitam verilməsi barədə ədalətli qərar çıxarmağınızı xahiş edir. Məhkəmə iclasında iştirak etmiş şikayətçi (bərəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş) X6 şikayəti müdafiə edib, şikayət ərizəsinə uyğun məzmunda izahat verərək, mübahisələndirilən xx.xx.2025-ci il tarixli EQ 31268837 №-li inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. DİN-in BDYPİ məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında BDYPİ-nin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb və toplanmış materialı nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsaslı olduğundan təmin edilməli, X3 İXM-nın 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib tənbeh edilməsinə dair BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31268837 nömrəl Elektron Qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, iş materialları faktiki xətanı törtəmiş şəxs barəsində inzibati icraatın aparılması üçün aidiyyəti üzrə BDYP-yə göndərilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli EQ 31268837 nömrəl Elektron Qərarın surətindən və həmin qərarın ayrılmaz hissəsi olan fotoşəkildən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 04:30 radələrində Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti Nizami RPİ-nin yanı Koroğlu metro stansiya 2 adlanan yerdə “Ford Transit” yük markalı **-RC-*** qeydiyyat nişanlı avtomobilin “Yol hərəkəti haqqında” Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə edilməsinə görə X3 İXM-nın 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat cərimə növündə tənbeh olunması qeyd edilsə də, lakin fotoşəkildən görünür ki, texniki baxışdan keçmədən idarə edilməsi istinad edilən avtomobil “Ford Transit” yük markalı avtomobil deyil, məhz minik markalı avtomobildir. Göründüyü kimi yuxarıda sadalanan sübutlar və işin faktiki hallarından da görünür ki, xx.xx.2025-ci il tarixdə saat 04:30 radələrində Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti Nizami RPİ-nin yanı Koroğlu metro stansiya 2 adlanan yerdə “Yol hərəkəti haqqında” Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən avtomobili idarə edilməsinə görə İXM-nın 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli X6 tərəfindən deyil, məhz inzibati xəta hadisəsi zamanı çəkilmiş fotoşəkildə göstərilən avtomobilin mülkiyyətçisi və ya idarə edən şəxs tərəfindən törədilmişdir. Lakin DİN BDYPİ sözügedən fotoşəkilə diqqət yetirmədən, xx.xx.2025-ci il tarixli EQ 31268837 nömrəl Elektron Qərarda “Ford Transit” yük markalı avtomobilə istinad edərək, yekun olaraq yanlıış nəticəyə gəlmişdir. Halbuki hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Azərbaycan Respublikası İXM-nın 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nın 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Çünki, hazırki işin faktiki halları ondan ibarətdir ki, inzibati məsuliyyət yalnız faktiki olaraq xətanı törətmiş şəxsə tətbiq edilməli olduğu halda, inzibati tənbeh etibarnamə sahibinin adına çıxarılıb, lakin sözügedən inzibati xətanın nəqliyyat vasitəsinin mülkiyyətçi tərəfindən törədilməsi həm özünün etirafı, həm də digər sübutlarla tam təsdiq edildiyindən, məsuliyyət də məhz onun üzərinə düşür. İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsinə dair İXM-nın 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Əks halda İXM-nin 124.3, 124.4-cü maddələrinin, həmçinin İXM-nın 12-ci Fəslinin, İXMnın 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 v. 8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyət li orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X3 İXM-in 339.1-1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib tənbeh edilməsinə dair BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31268837 nömrəl Elektron Qərar ləğv edilməli və X6 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, iş materialları faktiki xətanı törtəmiş şəxs barəsində inzibati icraatın aparılması üçün aidiyyəti üzrə BDYP-yə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nın: 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması. Göstərilənlərə və İnzibati Xətalar Məcəlləsinin 53, 122, 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X3 İXM-nın 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib tənbeh edilməsinə dair BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31268837 nömrəl Elektron Qərar ləğv edilsin və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş materialları faktiki xətanı törtəmiş şəxsi müəyyən edib, onun barəsində inzibati icraatın aparılması üçün aidiyyəti üzrə BDYP-yə göndərilsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə qərardan şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1895/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1895/2025
12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver