Məhkəmə qərarları › İş №3(056)-1941/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1941/2025

01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1941/2025 01.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X12 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Mil-Muğan regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN0030903 sayllı qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Mil-Muğan regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN0030903 sayllı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Mil-Muğan regional şöbəsinin 27 oktyabr 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərarına əsasən X6 Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.6- cı maddəsi ilə təqsirli bilərək 1500 (min beş yüz) manat cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Mərkəzi Mil-Muğan regional şöbəsinin 27 oktyabr 2025-ci il tarixli, MN № ******* nömrəli qərarını X6 xx.xx.2025-cü il tarixdə rəsmi qaydada (sifarişli və xəbərnaməli) əldə etmişdir. Cərimə olunmağı Sabirabad rayon Ulacalı kənd C.Əhədov adına uşaq bağçasında işçi Püstə Nuriyevanın əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi zamanı həmkarlar ittifaqının qərarı alınmamış kimi rəsmiləşdirilmişdir.Hesab edir ki, qərar qüvvədə olan Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edildiyindən, prosedur qaydalara əməl edilmədiyindən, inzibati xəta hadisəsi və əməldə inzibati xəta tərkibi olmadığından ləğv edilməli, inzibati icraata isə xitam verilməlidir. İnzibati təhbeh vermə haqqında qərar inzibati xətanı törətməyən şəxsə tətbiq edilə bilməz. Belə ki, Sabirabad rayon Ulacalı kənd C.Əhədov adına uşaq bağçasının direktoru X2 Nuriyevanın barəsində əmr verməsinə səbəb onun əmək müqaviləsinin tələblərini bir neçə dəfə kobud sürətdə pozması, uşaqlara qarşı zorakılıq etməsi və sair əməlləri olmuşdur. Bu barədə müvafiq tədbir görülməsi üçün həmin video görüntü, özünün izahatı və sair sənədlər Mil-Muğan Regional Təhsil İdarəsinə göndərilmişdir. Həmin pozuntunun nəticəsi olaraq xx.xx.2025-ci il tarixli, 3-29-41 /3-1 - 520K/2025 nömrəli əmrindən çıxarış bağçaya göndərilmişir. Həmin çıxarışın 2.1-ci bəndində göstərilmişdir ki, həmin bağçanın aşpazı X5 əmək müqaviləsinin ləğv edilməsi istiqamətində qanunamüvafiq tədbirləri görülsün. Bundan başqa Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsindən verilən cavabdan görünür ki, Sabirabad rayon Ulacalı kənd C.Əhədov adına uşaq bağçası ilə Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsi arasında müqavilə mövcud deyil. Həmin məktubdan isə görünür ki, guya Sabirabad rayon Ulacalı kənd C.Əhədov adına uşaq bağçası Sabirabad rayon Ulacalı kənd tam orta ümumutəhsil məktəbinin İlk Həmkarlar Komitəsi arasında müqavilə bağlanmışdır. Bu günə kimi heç vaxt Sabirabad rayon Ulacalı kənd C.Əhədov adına uşağ bağçası ilə Sabirabad rayon Ulacalı kənd tam orta ümumutəhsil məktəbinin İlk Həmkarlar Komitəsi arasında heç vaxt müqavilə olmamışdır. Sabirabad rayon Ulacalı kənd C.Əhədov adına uşaq bağçasında əmək müqaviləsi əsasında işləyən işçilərin davamiyyət tabeli tərtib edilərək müvafiq qaydada təsdiq edilir və icra edilməsi üçün aidiyyəti üzrə göndərilir. Göründüyü kimi işçinin aylıq əmək haqqında həmkarlara üzv olub olmadığından aslı olaraq, onun əmək haqqında 2% tutmanı aidiyyəti üzrə Mil-Muğan regional Təhsil İradəsinin müvafiq şöbəsi tutur. Bundan başqa Sabirabad rayon Ulacalı kənd C.Əhədov adına uşaq bağçasında aşpaz vəzifəsində əmək müqaviləsi əsasında işləyən X5 barəsində əmək müqaviləsinə ƏM-nın 70-ci maddəsinin "ç” bəndi ilə xitam verilməsi zamanı 7 gün iş gününə görə müvafiq son haqq hesabına ona ödənilməsi barədə müvafiq tabel aidiyyəti üzrə icra edilməsi üçün göndərilmişdir. Şikayətə əlavə edilmiş sənədlərdən açıq-aşkar görünür ki, Sabirabad rayon Ulacalı kənd C.Əhədov adına uşaq bağçası ilə Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsi və Sabirabad rayon Ulacalı kənd tam orta ümumutəhsil məktəbinin İlk Həmkarlar Komitəsi arasında ilk və ya sonradan bu günə kimi hər hansı bir müqavilə bağlanmamış, işçinin barəsində verilmiş əmrdən dərhal sonra isə 7 gün iş gününə görə son haqq-hesabın ödənilməsi barədə müvafiq sənədlər aidiyyəti üzrə icra edilməsi üçün göndərilmişdir. Həmin 7 günün tutulması və sonuncuya ödənilməsi regional iradənin vəzifəsidir. Odur ki, “işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə” Sabirabad rayon Ulacalı kənd C.Əhədov adına uşağ bağçasının direktoru X6 İXM-nin 192.6-cı maddəsinə əsasən inziabti məsuliyyət daşımır və ya inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 özünü AR İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilməyərək tərəfindən verilmiş şikayətin məzmununa uyğun çıxış edərək, mübahisələndirilən 27 oktyabr 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş inzibati protokol tərtib edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Mil-Muğan regional şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə inzibati protokol tərtib edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Mil- Muğan regional şöbəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında 27 oktyabr 2025-ci il tarixli, MN № 003090 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 barəsində İXM-nin 192.6- cı-cü maddəsinə əsasən 1500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Cərimə olunmağı Sabirabad rayon Ulacalı kənd C.Əhədov adına uşaq bağçasında işçi Püstə Nuriyevanın əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi zamanı həmkarlar ittifaqının qərarı alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.6. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdıraraq barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə iclasında, o cümlədən, şikayətində X6 qərarın əsassız olduğunu hesab etsə də işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ulacalı kənd C.Əhədov adına uşaq bağçasında çalışan Püstə Nuriyevanın əmək müqaviləsinə xitam verilən zaman müvafiq olaraq Həmkarlar Komitəsinə məlumat verilməli və həmkarlar ittifaqının qərarı alınmalı olduğu halda, X6 tərəfindən həmkarlar ittifaqından bu barədə razılıq alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işə götürənə təqdim etməlidir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, X3 İXMnin 192.6-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Mil-Muğan regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN0030903 sayllı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. X4 İXM-nin 192.6-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Mil-Muğan regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN0030903 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Halkim: Azər İsmayılov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar