Məhkəmə qərarları › İş №3(056)-1946/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1946/2025

28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1946/2025 28.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 324.4-cü maddəsi ilə Sabirabad RPŞ-nin DYPB-nin baş leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7637127 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X2 şikayətlə məhkəməyə müraciət edərək, Sabirabad RPŞ-nin DYPB-nin baş leytenantı X3 tərəfindən barəsində tərtib edilən cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP7637127 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “QAZ 330232” yük sərnişin markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsusdur. Avtomobili faktiki olaraq özü idarə edir. xx.xx.2025ci il tarixdə “QAZ 330232” yük sərnişin markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Sabirabad rayonu Ulacalı kəndi ərazisində hərəkətdə olarkən Sabirabad RPŞ-nin Yol polisi əməkdaşları tərəfindən barəsində İXM-nin 324.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi əsası ilə 50 manat məbləğində cərimə protokolu (İXP 7558005) tərtib edilmişdir. O, həmin protokol və onun əsasında qəbul edilmiş qərarla razı deyildir. Münki o, nə sərnişin daşıma, nə də yük daşıma fəaliyyəti ilə məşğul deyildir, heç vaxt da məşğul olmamışdır. İdarə etdiyi “QAZ 330232” yük sərnişin markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomaşın onun şəxsi avtomobilidir, həmin avtomobildən ailə maşını kimi istifadə edir. xx.xx.2025-ci ildə protokol yazılarkən o, inspektora etiraz etməsinə baxmayaraq, o, onun etirazına məhəl qoymamış və müvafiq protokolu yazmışdır. Halbuki o, heç bir qayda pozuntusuna yol verməmişdir. O, protokolun tərtib olujnmasına əsas olan görüntünü tələb etsə də, ona görüntü göstərməkdən imtina etmişlər. Buna baxmyaraq, ona əsassız cərimə yazılmışdır. Ona görə də o, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən inzibati qərardan şikayət verən şəxs X2 bildirdi ki, onun idarə etdiyi avtomobil saxlanılarkən yol polisi əməkdaşı avtomobilinin “QAZ 330232” yük sərnişin markalı olmasını görüb ondan buraxılış kartı tələb etmiş, o, sərnişin və ya yükdaşıma fəaliyyəti ilə məşğul olmadığına görə həmin karta sahib olmadığını bildirmişdir. Buna baxmayaraq, sərnişin və ya yükdaşıma fəaliyyəti ilə məşğul olması barədə hər hansı sübut olmaya-olmaya polis əməkdaşı barəsində protokol tərtib etməklə onu cərimə etmişdir. Özü kənd təsərrüfatı, yəni əkin-biçinlə məşğul olur. Həmin avtomobillə də ya özü, ya da ailə üzləri ilə birgə çöl sahələrinə gedib təsərrüfatlarını idarə edirlər. Onun nə sərnişin daşımağa, nə də yük daşımağa vaxtı yoxdur. Odur ki, o, şikayətinin təmin edilməsini xahiş edir. Sabirabad RPŞ-nə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Sabirabad RPŞ-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə – əlli manat məbləğində cərimə edilir. X1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7637127 inzibati tənbeh vermə haqqında qərarda İXM-nın 324.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin əlamətləri formal olaraq sadalanmış, lakin inzibati xətanın aşkar edilməsini təsdiq edən sübutlar müəyyən edilməmişdir. Əksinə, elektron məhkəmə sistemində axtarış edilərkən şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapmışdır. Bu hal da şəxsin qeyd edilən norma üzrə müəyyən edilmiş fəaliyyət növləri ilə məşğul olmasını istisna edir. Aşkar edilmiş və təqdim edilmiş sübutlar fonunda məhkəmə şikayətçinin məhkəmə iclasında göstərmiş olduğu xüsusatları inandırıcı olaraq qəbul edir və hesab edir ki, şəxsin əməlində barəsində tənbeh tədbiri tətbiq edilmiş norma üzrə inzibati xəta tərkibinin olması müəyyən edilmədiyindən, həmin qərar ləğv edilməli və şikayətçi barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda və 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması nzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəlləbib 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 133 - 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 324.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sabirabad RPŞ-nin DYPB-nin baş leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7637127 nömrəli qərar ləğv edilsin və X1 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sabirabad rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar