Məhkəmə qərarları › İş №3(056)-196/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-196/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-196/2023 14.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 Azər oğlunun katibliyi ilə xx.xx.1967-ci ildə Sabirabad rayonu, Axtaçı- Muğan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Axtaçı-Muğan kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan X1 Sabirabad Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 3(056)-1526/2022 saylı qərarına xitam verilməsi barədə vəsatətinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinə X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis idarəsindən xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol və protokol ətrafında toplanmış material daxil olmuşdur. Sabirabad Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 3(056)-1526/2022 saylı qərarına əsasən X1 Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. X3 xx.xx.2022-ci ildə vəsatətlə məhkəməyə müraciət edərək Sabirabad Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 3 (056)-1526/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət vermiş şəxs xahişini onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 3(056)-1526/2022 saylı qərarına əsasən o, İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə onun nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. O, müəyyən səbəblərdən məhkəmə baxışında iştirak etməmişdir. Hazırda Sabirabad RPŞ-nin barəsində tərtib etmiş olduğu protokola əsasən cəriməni tam olaraq ödəmişdir. Qeyd olunanlara əsasən Sabirabad Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 3(056)-1526/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatətə əlavə olunmuş: Sabirabad Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 3(056)-1526/2022 saylı qərarından görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. İş materiallarından görünür ki, hazırda barəsində qərar çıxarılmış X3 tərəfindən cərimə və ona hesablanmış dəbbə pulu tam şəkildə müvafiq bank hesabına köçürülmüşdür. Məhkəmə vəsatəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə nəticəyə gəlir ki, barəsində qərar çıxarılmış X1 vəsatəti təmin edilməlidir. Azəırbaycan Respublikasının İXM-nin 182.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, cərimə və ona hesablanmış dəbbə pulu tam şəkildə ödənildiyindən, X1 İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair Sabirabad Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 3(056)- 1526/2022 saylı qərarına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair Sabirabad Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 3(056)-1526/2022 saylı qərarına xitam verilsin. Qərardan, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar