Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1962/2025 19.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Sabirabad RPŞ-nin sahəsi rəisi polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Sabirabad rayonu Qəzli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sabirabad rayonu Qəzli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis Şöbəsindən məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu Qəzli kəndində saat 08:00-da Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2 inzibati xəta haqqında protokolun tərtib edilmə səbəbləri və əsası haqqında bildirdi ki, Şəxs ilə Zərərçəkmiş şəxs keçmiş ərarvaddırlar. Telman mütəmadi Solmazı küçədə görən kimi təhqir edir. Solmaz da hər dəfə 102 Xidmətinə zəng edib şikayət edir. Onunla dəfələrlə söhbət aparılsa da o, hər hərəkətlərini təkrarlayır. Solmaz bu dəfə də şikayət etmiş, onunla aparılmış söhbətlər nəticə vermədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında bildirdi ki, əslində Solmaz onu həmişə görən kimi təhqir edir və o da ona cavab qaytarır. Sonuncu dəfə də Solmaz onu təhqir etmiş, o da cavab vermişdir. Məhkəmə zalında Solmazın göstərdiyi video onun tərəfindən çəkilmiş, o, öz təhqirlərini çəkməmişdir. Hazırda o, ona cərimə tənbehi tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs bildirdi ki, o, Telmanın əlindən işə gedib gələ bilmir. Telman onu küçədə görən kimi qışqıra-qışqıra nalayiq ifadələr işlədib onu kənddə rüsvay edir. Artıq o, iş ədə gedə bilmir. Telman mütəmadi onu təhqir edir. Bu barədə çəkiliş də vardır. Onu baxış üçün məhkəməyə təqdim edir. O, Telmanın həbs edilməsini istəyir ki, bəlkə hərəkətlərinə son qoyar. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, hazırki iş üzrə barəsində inzibati icraat aparılan şəxsin əməlində ictimai qaydanı pozan hərəkətlər etməsi faktı öz təsdiqini tapmaqdadır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsulliyyət nəzərdə tutur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə Qəzli kəndində küçədə ucadan Zərərçəkmiş şəxs söyüb təhqir etməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə hörmətsizlik etdiyini başa düşmüş və bunu arzu etmişdir. Bununla da o, İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş subutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, barəsində inzibati icraat aparılan şəxsin izahatını işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində həmin Məcəllənin 33-cü maddəsində müəyyən edilmiş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, etdiyi hərəkətə münasibətdə şəxsiyyətini və heç yerdə işləməməsini nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş alternativ inzibati tənbehlə (inzibati cərimə növündə tənbehlə) deyil, yalnız inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və İXM-nin 31.4-cü maddəsinin tələbini nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində iş üzrə icraat aparılan şəxs xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində azad edilmişdir. Lakin o, faktiki olaraq azad edilmədən məhkəməyə gətirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, barəsində iş üzrə icraat aparılan şəxsin həbsetmə müddətinin əvvəli onun faktiki tutulduğu zamandan, yəni xx.xx.2025-ci il tarixdən saat 01:00 radələrindən hesablanmalıdır.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və o, 04 (dörd) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu xx.xx.2025-ci il tarixdən saat 01:00dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1962/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1962/2025
19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver