Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1967/2024 18.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinın hakimi Nurəddin Abuzər oğlu Bağırov, X8 katibliyi, protokolu tərtib etmiş şəxs Sabirabad Rayon Polis Şöbəsinin sahə rəisi X4, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Sabirabad rayonu Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sabirabad rayonu Məmişlər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli MN1961620№-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon X10 Təhlükəsizlik Bölməsinin sahə rəisi X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1961620№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxsanın ünvanına nalayiq ifadələrlə təhqir etmiş və bununla da ictimai qaydanı pozmuşdur. Bu əməlinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 510-cu maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 510-cu maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlinin törətməsində özünü təqsirli bilməmiş və izahatında göstərmişdir ki, Hilalə ilə 8 il ailəli olub 2023-cü ilin sentyabr ayında boşanmışlar. Birgə nikahdan 2 azyaşlı övladı var. Onunla boşandıqdan sonra 2 azyaşlı övladları onun himayəsində qalır. Sabirabad Rayon Məhkəməsinin qərarı ilə uşaqlar hazırda Hilalə ilə birgə nikah dövründə aldıqları evdə yaşayırlar. Ona uşaqlarına görə görüş üçün vaxt təyin edilmədiyindən və həmçinin nikah dövründə aldıqları evdən əmlak payı ayrılmadığı üçün dəfələrlə Hilalənin yaşadığı evə gedib tələb etsə də onu uşaqları ilə görüşdürmək istəmir və həmçinin həmin evdə yaşamağa icazə vermir. xx.xx.2024-cü il tarixdə də övladlarını görmək üçün həmin ünvana getmişdir. Orada övladları ilə görüşmək istədikdə ona şərait ayrılmamışdır. Həmin vaxt orada heç kimi söyüb təhqir etməmişdir. Barəsində deyilənlər doğru deyildir. Qeyd ediləri nəzərə alaraq onun barəsində başlamış inzibat xəta haqında icrata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 izahatında göstərmisdir ki, xx.xx.2021-ci il tarixdə keçmiş həyat yoldaşı Şəxs barəsində etdiyi müraciətilə bağlı aşağıdakıları qeyd edir. Şəxs ilə 8 il ailəli olub 2023-cü ilin sentyabr ayında boşanmışlar. Birgə nikahlarından 2 azyaşlı övladı var. Raminlə boşandıqdan sonra uşaqları himayəsində qalır. Məhkəmənin qərarı ilə uşaqlar hazırda özünə məxsus evdə qalırlar. Buna baxmayaraq məhkəmənin qərarına əsasən uşaqların onda qalması ilə razılaşmayaraq, özbaşına istədiyi vaxt yaşadığı ünvana gələrək uşaqlarla görüşmək istədiyini bildirib əsassız narahat edir. xx.xx.2024-cü il taixdəsat 12 radələrində həyətinə özbaşına gəlib ona qarşı nalayiq ifadələr işlədib özünə və bir zərər yetirəcəyi ilə bağlı hədələməyə başlamışdır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan şəxs Sabirabad şəhər sakini Şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxsanın ünvanına nalayiq ifadələrlə təhqir etmiş və bununla da ictimai qaydanı pozmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə mənsubiyyətinə və mötəbərliyinə görə qiymətləndirməklə, barəsində iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş Hilalə Zərbaliyevanın izahatını, inzibati xəta haqqında protokola əlavə olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən olunmuş inzibati işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkimiş şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə toplanmış materialı nəzərdən keçirib hesab edirəm ki, Şəxs İXM-nın 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi barəsində iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş Hilalə Zərbaliyevanın izahatı, inzibati xəta haqqında materiala əlavə olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən olunmuş halları və inzibati xəta haqqında iş üzrə digər materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 510-cu maddəsi ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 510-cu maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 510-cu maddəsi ilə inzibati xəta əməlini törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “həbs” növündə tənbehlə deyil, məhz “cərimə” növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs təqsirli bilindiyi İXM-nın 510-cu maddəsinin sanksiyası həddində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi ədalətli və qanuni olmaqla yanaşı, həmdə inzibati tənbehin məqsədlərinə daha uyğundur. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130cu maddəsi ni rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN1961620№-li inzibati xəta haqqında Protokola əsasən X1 Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinsin və onun barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1967/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1967/2024
18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver