Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1968/2025 21.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Sabirabad RPŞ-nin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad şəhəri, E.Qasımov küçəsi, 12 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyənetdi: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, xx.xx.2025ci il tarixdə Şəxs 0,25 qram qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında prorokolu tərtib etmiş şəxs, Sabirabad RPŞ-nin sahə rəisi X4 izahat verərək bildirdi ki, o, inzibati xəta haqqında protokol sübutların qiymətləndirilməsi haqqında Sabirabad RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru Sabit Yusifovun xx.xx.2025-ci il tarixli qərarına uyğun raportu əsasında tərtib etmişdir. Həmin qərarla Şəxs əməlində İXM-nin 206-cı maddəsinin tərkibinin olması qərara alınmış, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi RPŞ-nin İTB-nə tapşırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, hazırda narkotik vasitə qəbulunu tamamilə dayandırmışdır. Həmin narkotik vasitəni X1 almışdı. Bu barədə də polis orqanında bildirmişdir. Hazırda əməlindən peşmandır. Özü aliment ödəməkdədir. Bakı şəhərində fəhləlik etməklə həm alimentini ödəyir, həm də himayəsində olan yaşlı anasının dərman və digər tələbatlarını qarşılayır. İlk dəfədir ki, inzibati xəta törədir. Həbs edilərsə anası çətinliklərlə qarşılaşacaq, özü də işləməməklə aliment ödəməklə bağlı vəzifəsini icra edə bilməyəcəkdir. Göstərdiklərinə əsasən o, məhkəmədən barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş edir və söz verir ki, bir daha narkotik vasitəyə yaxın getməyəcəkdir. Sabirabad RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru Sabit Yusifov tərəfindən qəbul edilmiş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində İXM-nin 206-cı maddəsinin tərkibinin olması qərara alınmış, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi RPŞ-nin İTB-nə tapşırılmışdır. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını, alimentlə bağlı öhdəliyinin olmasını və himayəsində yaşlı anasının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat Şəxs əməlində Azərbaycan Respublikasının İXMnin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq belə qənaətə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin pozuntusuna yol verilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsi, əməlindən peşman olması, və ailə vəziyyəti səbəbi ilə tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Bu əsasla onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Sabirabad RPŞ-də saxlanılan Şəxs götürülmüş 0,25 qram çəkidə narkotik vasitə marixuana məhv edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə və Sabirabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1968/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1968/2025
21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver