Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1970/2025 24.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Qardabani rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, Sabirabad rayonunun Ulacalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 333-1.1-ci maddəsi ilə Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və protokol əsasında toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2025-ci ildə idarə etdiyi «Nissan Latio minik» markalı **-AT-*** dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən saxlanılmış, yoxlama nəticəsində sürücünün narkotik vasitənin təsiri altında avtomobili idarə etməsi müəyyən edilmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, Hollandiya Respublikasında yaşayır. Orada yaşama icazəsi almaqla yaşayır. Hollandiya Respublikasında marixuana qəbul edilməsinə qanunla icazə verilmişdir. O, orada hər gün işə gedəndə marixuana qəbul etmişdir. xx.xx.2025-ci il tarixində o, Azrbaycan Respublikasına qayıtmış, sonuncu dəfə həmin gün Hollandiyada narkotik vasitə olan marixuananı qəbul etmişdir. xx.xx.2025-ci il tarixində o, yaşadığı kənddə evlərinə dönən ara ilə evinə tərəf gələrkən üz-üzə YPX avtomobili ilə qarşılaşmış, həmin avtomobildə olan polis əməkdaşları ona, o da həmin şəxslərə baxmış, evinə çatmağa az qalmış, həmin avtomobilin dönüb onun arxasında gəlməsini görmüş, o, yaşadığı evin qapısı qarşısında avtomobilini saxlayaraq, avtomobildən düşməmiş və kəməri taxılı vəziyyətdə olmuşdur. Həmin avtomobildə olan əməkdaşlardan deyəsən Həmid adında olan şəxs avtomobildən düşüb ona yaxınlaşmış, kəmərdən istifadə etmədən avtomobil idarə etməsini bildirib sənədlərini tələb etmişdir. O, sənədlərini təqdim edib kəmər taxmasını vurğulamışdır. Həmin əməkdaş ondan spirtli içki və ya digər maddə qəbul edib etmədiyini soruşmuş, o da bayaq qeyd etdiklərini həmin şəxsə bildirmişdir. Yəni ona xx.xx.2025-ci ildə Hollandiyada marixuana qəbul etdiyini demişdir. Bu zaman həmin şəxs özündə olan alkotesteri gətirib ona üfürməsini bildirmiş, o, vəziyyətin dəyişməsini görüb həmin əməkdaşdan yaxasında olan kameranı qoşmasını tələb etmiş, həmin şəxs kameranı qoşduqdan sonra o, alkotesterə üfürmüş, bundan sonra ondan narkotik vasitə qəbulu ilə bağlı tibbi müayinəyə getmələri tələb edilmişdir. O, narkotik sərxoşluğunun qalıb-qalmadığının yoxlanması üçün onun ağız suyundan yerində yoxlanmasını tələb etmiş, lakin polislər ondan tibbi yoxlamaya getməyi tələb etmişlər və birgə Sabirabad şəhərində yerləşən “İstanbul Genetiks” Klinikasına gəlmişlər. Orada ondan siidik analizi götürülmüş, o, orada da etirazını bildirmişdir ki, marixuana qəbul edəndə qanda 40-50 gün qalır. Belə olan halda sidikdən təbii ki, bu hal aşkarlanacaqdır. O, onun ağız suyu ilə analiz edilməsini tələb edir. Lakin onun sözlərinə məhəl qoyulmamış, oradan həkim rəyi əldə ediləndən sonra rəisləri ilə danışılmış, onu DYPB-nə aparmışlar. Rəis orada onu təhqir etmiş, daha sonra onu yoxlama üçün Mingəçevir şəhərinə aparmalarını tapşırmışdır. Onlar Mingəçevir şəhərində yerləşən narkoloji dispanserə getmişlər. Orada da o, həkimə hər şeyi danışıb onun ağız suyu ilə analiz edilməsini xahiş etmiş, yenə də xahişinə məhəl qoyulmamış və sidikdən analiz götürülmüşdür. Əgər ağız suyu ilə analiz olsunsa idi onun narkotik vasitə təsiri altında olmadığı aşkar olunacaqdı. Hesab edir ki, o, heç bir xəta pozuntusuna yol verməmişdir. Ona görə də o, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 bildirdi ki, o, Sabirabad RPŞ-nin DYPB-də polis serjantı işləyir. xx.xx.2025-ci ildə Ulacalı kəndi ərazisində xidmətdə olarkən hərəkətdə olan «Nissan Latio minik» markalı **-AT-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün kəmər taxmadan avtomobil idarə etməsi müəyyən olunmuş, ona “saxla” işarəsi verilmiş, o, hərəkətini davam etdirdiyi üçün xidməti avtomobillə onun arxasınca getmişlər. Həmin avtomobilin sürücüsü bir qapının qarşısında avtomobilin saxlamış, avtomobildən düşməmişdir. O, xidməti avtomobildən düşüb həmin şəxsə yaxınlaşaraq özü təqdim etmiş və avtomobili idarə etdiyi zaman kəmər taxmadığını bildirib sənədlərini tələb etmişdir. Həmin şəxs kəmər taxmasını bildirmişdir. O, həmin şəxslə danışarkən onun hərəkətlərinin qeyri-adekvat və gözlərinin qızarmış olduğunu görüb ondan spirtli içki və ya narkotik vasitə qəbul edib etmədiyini soruşmuş, həmin şəxs xx.xx.2025-ci ildə Hollandiyada marixuana çəkdiyini, orada marixuana çəkməyin qanuni olduğunu bildirmişdir. İlk öncə o, alkotesterlə yoxlanılmış, daha sonra ondan onlarla birgə tibbi yoxlamaya getməsi tələb edilmişdir. İlkin yoxlama olaraq o, Sabirabad şəhərində yerləşən “İstanbul Genetiks” Klinikasına gətirilib yoxlamadan keçirilmiş, fakt təsdiqini tapdığı üçün rəisin göstərişi ilə onu Mingəçevir şəhərinə narkoloji dispanserə tibbi yoxlamaya aparmışlar. Həkim rəyi ilə də şəxsin narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi müəyyən olunmuşdur. Protokola əlavə edilmiş: xx.xx.2025-ci il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 3079 nömrəli aktdan görnür ki, Şəxs THC pozitiv aşkar edilmişdir. O, akta imz etmiş, tanış olduğunu və etirazının olmadığını qeyd etmişdir. Azərbaycan Respublikasının İXM-nin 333-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokolla, tibbi müayinə aktı ilə və şahid ifadəsi ilə ilə tam sübuta yetirilir. İş üzrə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini və Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin məqsədini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikasının İXM-in 333.-1.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş sürücülük hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri deyil, cərimə tənbeh tədbiri tətbiq edilməsi şəxsin islah olunması üçün kifayətdir. Belə ki, inzibati tənbehin əsas məqsədlərindən biri həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaqdan ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 600 (altı yüz) manat miqdarında cərimə edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1970/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1970/2025
24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver