Məhkəmə qərarları › İş №3(056)-1974/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1974/2025

24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1974/2025 24.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, Sabirabad RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X3, barəsində inzibati xəta işi üzrə icraat başlanmış şəxs Şəxs iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Sabirabad rayonu Nizami kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, Sabirabad rayonu Nizami kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN2399020№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2399020№-li inzibati xəta haqqında Protokola əsasən Soltanov X1 Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətində “həbs” növündə inzibati tənbeh tətbiq edilsin. Həbs müddətinin başlanğıcı xx.xx.2025-cü il tarixdən saat 17:00-dən hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2399020№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs əməllərində İXM-nın 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün, həmin maddə ilə o, inzibati məsuliyyətdən azad olunsun və qeyd olunan maddə ilə onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar