Məhkəmə qərarları › İş №3(056)-1975/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1975/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1975/2025 02.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, şikayətçi X3 iştirakı ilə, X3 DİN BDYPİ tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7645597 nömrəli inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: DİN BDYPİ-ni tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7645597 nömrəli inzibati tənbeh vermə haqqında Qərara əsasən xx.xx.2002-ci il təvəllüdlü X2 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində (1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozma) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində 100 manat məbləğində cərimə və 3 cərimə balı növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X7 barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7645597 nömrəli inzibati tənbeh vermə haqqında Qərarla razılaşmayıb, həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X7, barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7645597 nömrəli inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayəti belə əsaslandırmışdır ki, barəsində DİN BDYPİnin YPX-nın əməkdaşı polis mayoru X5 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7645597 nömrəli inzibati tənbeh vermə haqqında Qərara əsasən o, xx.xx.2025-ci il tarixdə saat 15:17-də “BYD Destroyer 05 Plug-in hybrid” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sabirabad rayon Muğan pr. 55a ünvanında hərəkətdə olarkən yol hərəkəti haqqında qanunun 1.1, 1.3, və 1.11 üfüqü nişanlanma xətlərinin tələblərini pozaraq İXM-nın 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün 100 manat 3 bal cərimə edilmişdir. Bildiyiniz kimi, “Yol Hərəkəti haqqında” Qanunun 69-cu maddəsinin tələblərinə əsasən Üfiqi nişanıanma xətləri aşağıdakılardır: 1) 1.1-əks istiqmətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hərəkət hissəsinin kənarlarını göstərir; 2) 1.3-dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır 3) 1.11-yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və s. üçün nəzərdə tutulmuş yerləri göstərir. Qeyd edir ki, tərtib edilmiş protokola əsasən yuxarıda sadalanan nişanlanma xətlərinin hansını pozduğum məlum deyil. Həmin yolda o, xəstəxana ərazisindən baş yola çıxarkən təqim edəcəyi şəkildən (şəkil cərimə edildikdən dərhal sonra çəkilib) məcburi sola hərəkəti görməmişdir. Səbəbi isə orada olan Sabirabad rayon ərazisində fəaliyyət göstərən **-BK-*** dövlət nömrə qeydiyyat nişanlı avtobusun həmin yol nişanın (4.1.2) qarşısında dayanaraq məhdud görüntü şəraiti yaratmışdır. Əlavə olaraq həmin yola (Muğan pr.) çıxışda 4.1.2 nişanı olmasa da yerdə ən azından 5.8.1 üfiqi nişanlanma xətti mövcud olmalı idi. Həmin qanunun 69-cu maddəsinin 1.18 bəndinə əsasən - yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir Belə ki, həmin qanunun 69-cu maddəsinin İİ-İ bəndinə əsasən eyni yol sahəsində tətbiq edilmiş nişanlanma xətlərinin tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlanma xətləri istisna olmaqla nişanlama xətləri ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti nişanlama xətləri ilə digər nişanlama xətlərinin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti nişanlama xətlərinə üstünlük verilməlidir Son olaraq həmin prospektdə həmin ərazinin çox yaxınında nəzarət kamerası mövcuddur və mənim təqsirsizliyimi və bu ərizədə qeyd edilən sübutları sizə təqdim edə bilməyim və sizin işə daha obyektiv baxılması səbəbi ilə nəzarət kamerasında baxılmasını xahiş edirəm. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının İXM-nin tələblərinə əsasən tərəfinə tətbiq edilmiş cəriməyə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində xx.xx.2025-ci il tarixli TP7645597 nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmiş K.E.Əliyev şikayət ərizəsinə uyğun məzmunda izahat verib, şikayətini təmin etməklə, xx.xx.2025-ci il tarixli TP7645597 nömrəli inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, şikayətçinin izahatını dinləyərək hesab edirəm ki, X3 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, X7 barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7645597 nömrəli inzibati tənbeh vermə haqqında Qərardan və fotoşəkillərdən görünür ki, X7 xx.xx.2025-ci il tarixdə idarə etdiyi “BYD Destroyer 05 Plug-in hybrid” markalı avtomobili ilə Sabirabad şəhəri, Muğan prospektində 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola dönməklə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətdiyinə görə 3 cərimə balı ilə qiymətləndirilən 100 manat cərimə tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə görə inzibati məsuliyyət nəzərdə tutulub. Beləliklə məhkəmə araşdırılması zamanı X3 xx.xx.2025-ci il tarixdə idarə etdiyi “BYD Destroyer 05 Plug-in hybrid” markalı avtomobili ilə Sabirabad şəhəri, Muğan prospektində bir necə metr qarşıda üfüqi nişanlanma xətləri ilə yolun icazə verilən hissəsindən deyil, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola dönməklə bununla da İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi təsdiq edilmişdir. Məhkəmə hesab edir ki şikayətçi K.E.Əliyevin verdiyi şikayətin dəlilləri (Sabirabad rayon ərazisində fəaliyyət göstərən **-BK-*** dövlət nömrə qeydiyyat nişanlı avtobusun həmin yol nişanın (4.1.2) qarşısında dayanaraq məhdud görüntü şəraitinin yaratması) inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP7645597 nömrəli Qərarın ləğvi üçün əsas ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanun vericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, DİN BDYPİ tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7645597 nömrəli inzibati tənbeh vermə haqqında Qərar qanuni və əsaslı olduğundan, K.E.Əliyevin həmin qərarın ləğv edilməsinə dair şikayəti əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: DİN BDYPİ-nin YPX-nın əməkdaşı polis mayoru X5 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7645597 nömrəli inzibati tənbeh vermə haqqında X1 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar