Məhkəmə qərarları › İş №3(056)-1978/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1978/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1978/2025 10.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin X1 daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin X1 daxil olmuş inzibati xəta haqqında materiala görə, vətəndaş X2 şikayəti əsasında Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs ASC-yə 3-17- 5/2-82526/2025 saylı, xx.xx.2025-ci il tarixli məktub göndərilərək 7 iş günü ərzində sənədlərin təqdim edilməsi tələb edilsə də, poçtun izlənməsinə baxış zamanı məktubun çatdığı, lakin xx.xx.2025-ci il tarixinədək təqdim edilmədiyi müəyyən edilmişdir. Bununla da hüquqi şəxs Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasını təxirə salmaq haqqında vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3 və 61.5-ci maddələrinə əsaslanaraq hesab edir ki, inzibati materiala inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxıla bilər. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, hüquqi şəxs Şəxs ASC-nin qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. Odur ki, o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, inzibati xəta haqqında materialdan da görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin X3 tərəfindən Şəxs ASC-nə ünvanlanmış 3-17-5/2-82526/2025 saylı, xx.xx.2025-ci il tarixli sorğu məktubu xx.xx.2025-ci il tarixində sistem vasitəsi ilə Şəxs ASC-yə birdəfəlik icra üçün göndərilmiş və çatdırılmışdır. Lakin həmin sorğu məktubunun cavablandırılması və cavabın müvafiq hazırki protokolu tərtib etmiş oqrana çatdırılması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Elektron Məhkəmə İnformasiya sistemindən də aydın olduğu kimi, Şəxs ASC-nin elektron kabineti mövcuddur və o, məhkəmədə müvafiq materialın olması, məhkəmə iclası barədə vaxtında məlumatlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, hüquqi şəxs Şəxs ASC barəsində inzibati tənbeh tətbiq edərkən ona təyin ediləcək cərimə məbləğinin miqdarı hüquqi şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi və inzibati məsuliyyəti ağırlaşdıran halın olmaması nəzərə alınmaqla məhkəmə onun barəsində maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə, yəni 2000 (iki min) manat məbləğində cərimə cəzası tənbehinin tətbiq olunmasını məqsədəuyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Hüquqi şəxs Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar