Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1999/2024 19.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X2 və X4 iştirakları ilə xx.xx.1988-ci ildə Sabirabad rayonunun Qaragüney kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad rayonunun Qaragüney kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsinin X3 daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad rayon Polis şöbəsinin X3 daxil olmuş inzibati xəta haqqında materiala görə, xx.xx.2024-cü il tarixdə X8, X1 və X6 bildirdilər ki, Şəxs onları söyüb təhqir etmişdir. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında göstərdi ki, o, heç kimi söyməmiş və təhqir etməmişdir. Polisə də qardaşı Elvin və arvadı Quba deyil, Qubanın anası Gülçöhrə şikayət etmişdir. Şikayətin məqsədi isə ondan ibarətdir ki, əmisi oğlu ona qardaşı arvadı Qubanın nalayiq hərəkətlər etməsi, intim videosunun olmasını bildirmiş, o, bu barədə qardaşı ilə söhbət etmək istəmiş, lakin Gülçöhrə və Qubanın öyrətmələri əsasında qardaşı Elvinin ona münasibəti dəyişmiş, bu şikayətlə də onun həbsinə nail olub onu qorxutmaqla həqiqətlərin üzə çıxarılmasının qarşısını almaq olmuşdur. Hazırda o, özünü təqsirli bilmir və məhkəmədən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 bildirdi ki, Müşviqin bildirdikləri yalandır. Bu ilin oktyabr ayından etibarən Müşviq onu və əri Elvini əsassız söyüb təhqir edir. Söyməsinin dəqiq tarixini xatırlamır. Anası olan Gülçöhrə qonşu kənddə yaşasa da, onun evinə tez-tez gedib gəlir. Müşviq onun mağazasına basqın etdiyi üçün şikayəti anası etmişdir. Müşviq anası ilə birgə yaşayır. Onların yaşadığı evlə özlərinin yaşadığı ev bir həyət daxilindədir. Aralarında yüngül çəpər vardır. Müşviq mütəmadi evdən çölə çıxıb həyətdə onları söyüb təhqir edir. Bu söyüşləri bütün qonşular eşitmişdir. Hazırda o, Müşviqin həbs edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 bildirdi ki, Müşviq onun qardaşıdır. Qardaşı Müşviq onun arvadına böhtan atmışdır. Hər gün qardaşı onu və arvadını söyüb təhqir edir. Şikayəti qaynanası yazmış olsa da, onlar bu barədə Polis Bölməsində izahat vermişlər. Hazırda o, Müşviqin həbs edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Sabirabad rayon Polis şöbəsinin X5 sahə rəisi ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həqiqətən də şikayəti Elvinin qaynanası, Qubanın anası olan Gülçöhrə vermiş, şikayət əsasında o, qonşulardan izahat almağa getmiş, lakin qonşular izahat verməkdən imtina edərək şifahi qaydada ona Müşviqin kimisə söyüb təhqir etməsini eşitmədiklərini bildirmişlər. O, protokolu şikayət əsasında tərtib etmişdir. Məhkəmə izahatı dinləyib, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində qeyd edilən inzibati xəta tərkibinin olması müəyyən edilməməkdədir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Hüquq ədəbiyyatında ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İXM-nin 510-cu maddəsinin nəzərdə tutduğu mənada ictimai qaydanı pozma qiymətləndirici anlayışdır və pozuntunun mühümlüyünü və əhəmiyyətli olmasını ifadə edir. Bu anlayış özlüyündə cəmiyyətə açıqca hörmətsizlik ifadə etmə əlamətini də ehtiva edir ki, məhz bu əlamət xuliqanlığın zəruri əlaməti hesab edilir. İctimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasmda bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər başa düşülür.Məsələn, mədəni, dini və ya digər ictimai tədbiri, gecə vaxtı vətəndaşların dincliyini pozma və s. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. «Açıqca hörmətsizlik ifadə etmə» anlayışı xuliqanlığın, bir qayda olaraq, ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının «tapdalanması», bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür.Xuliqanlıq zamanı xəta töərətmiş şəxsin hərəkətləri şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman heç tanımadığı şəxsə qarşı yönəlmiş olur. Xəta töərətmiş şəxsin buə məli təsadüfən rastlaşdığı və tanımadığı və ya az tanıdığışəxslər barəsində törədir.Çox vaxt təqsirkar zərərçəkmiş şəxsin davranışından xuliqanlıq hərəkətlərini həyata keçirmək üçün bəhanə kimi istifadə edir. Bu zaman xuliqanlıq hərəkətləri ilə onu doğuran səbəblər arasında açıq-aşkar uyğunsuzluq mövcud olur. Azərbaycan Respubükası Konstitusiya Məhkəməsinin Plenumunun «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli Qərarı»-nın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlanna uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki. ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarı nəqliyyatın. müəssisə. idarə və təşkilatın normal fəaliyyətinin. kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına. əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Yuxarıda göstərilən anlayışlar kontekstində işin halları da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində göstərilən inzibati xəta tərkibinin olmadığını təsdiq edir. Belə ki, araşdırma nəticəsində müəyyən edildi ki, hazırda zərərçəkmiş şəxs statusunda dindirilmiş şəxslər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin onları dəqiq olaraq nə zaman söyüb təhqir etmələrini göstərə bilməmiş, əgər həmin şəxslər söyülüb təhqir edilmişdirlərsə, onlar şikayətçi olmalı olduqları halda, şikayəti zərərçəkmiş şəxslərlə bir ünvanda yaşamayan, sadəcə zərərçəkmiş şəxslərin qohumu olan Gülçöhrə vermiş, sahə rəisinin bildirdiklərinə əsasən ictimai qayda pozuntusunun baş verməsini (söyüşün mövcudluğunu) heç bir qonşu eşitmədiklərini bildirməklə təsdiq etməmişdir. Bununla da şəxsin əməlində inzibati xəta tərkibinin olması, ümumiyyətlə inzibati xəta hadisəsinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan hallar nəzərə alınmaqla Şəxs barəsində olan hazırki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1999/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1999/2024
19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver