Məhkəmə qərarları › İş №3(056)-200/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-200/2023

10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-200/2023 10.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X4 iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Sabirabad rayonu, Cavad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Sabirabad rayonu, Cavad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2023-cü il tarixdə kürəkəni Zərərçəkmiş şəxs ilə onun yaşadığı evin həyətində onunla mübahisə edərək onu döymüş və nəticədə onun sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, qızı Ayşən ilə Zərərçəkmiş şəxs 2008-ci ildə ailə həyatı qurmuş, birgə nikahlarından 3 azyaşlı övladları anadan olmuşdur. Bir il öncə qızı Ayşən ailədaxili münaqişələrə görə Əlidən ayrılmış, böyük qızı Ləman Əli ilə Məmişlər kəndində yaşayağa başlamışdır. xx.xx.2023-cü il tarixdə Ayşən ona qızı Ləmanın zəng vurub onu öz yanına aparmasını istədiyini demiş, ondan qızını gətirməsini xahiş etmişdir. Buna görə Ayşənlə avtomobilinə əyləşib Məmişlər kəndində getmişlər. X2 çağırmış, Ləman onlarla getmək istəyini bildirmşi, Əli isə gəlib onlara mane olmaq istəmişdir. Əli onun yaxasından tutduqda o, Əlinin əlindən tutub özündən aralamaq məqsədi ilə itələmiş, bu anda Əli yerə yıxılmışdır. Bundan sonra çıxıb gəlmişlər. Hazırda o, özünü təqsirli bilmir. Göstərdiklərinə əsasən o, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, o, Şəxs qızı Ayşənlə 2008-ci ildə ailə həyatı qurmuş, birgə nikahlarından 3 azyaşlı övladları anadan olmuşdur. 1 il öncə ailədaxili başverən mübahisələrə görə Ayşəndən ayrılmış, öz aralarında olan razılığa əsasən böyük qızı Ləman onunla, digər 2 övladı isə Ayşənlə birlikdə Cavad kəndində yaşamağa başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 17-30-da yaşadığı evin həyətində Ayşənin səsini eşitmişdir. Özü həmin vaxt tövlədə malları yemləyirdi. X1 onu avtomobilinə aparmasını görüb buna mane olmağa çalışmışdır. Çünki qızı Ləman qışqırıb ondan kömək istəmiş, bu zaman Kəramət ona yaxınlaşıb yaxasından tutub itəlyib yerə yıxmış, onun başı pilləkənin yanında olan betona çırpılmış və nəticədə xəsarət almışdır. Kəramət onun boynundan tutub boğmaq istədikdə Ləman ona mane olmuşdur. Bundan sonra onlar Ləmanı götürüb getmişlər. Hazırda o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayətçidir və onun barəsində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X6 izahat verərək bildirdi ki, o, inzibati xəta haqqında protokolu Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Şamxal Həsənov tərəfindən qəbul edilmiş 31 yanvar 2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Qərarı əsasında tərtib etmişdir. Həmin qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi RPŞ-nin İTB-nə tapşırılmışdır. İşin icrası ona həvalə edilmiş və o, müvafiq protokolu tərtib etmişdir. Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Şamxal Həsənov tərəfindən qəbul edilmiş 31 yanvar 2023-cü il tarixli « cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə tədbir görülməsi üçün qərarın surətinin Sabirabad RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X5 tərəfindən verilmiş «canlı şəxsin ekspertizası haqqında» xx.xx.2023-cw il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər:-sol gicgah nahiyyəsində səthi yara, boynun sol yan səthində sıyrıq kül əşyanın (əşyalar) təsirindən əmələ gəlmiş, müddəti 21.01.23-cı il tarixə uyğundur, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə izahatları dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs döyüb sağlamlığına zərər vurmayan xəsarət yetirərək Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması 31 yanvar 2023-cü il tarixli « cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Qərarı, bunu tamamlayan ekspert rəyi, inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. Qeyd edilən maddə ilə müəyyən olunmuş əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nın 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilk dəfə inzibati xəta törətməsini və mövcud yaş durumunu Azərbaycan Respublikasının İXM-nın 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində həmin Məcəllənin 33-cü maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nın 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxsi döyməməsi barədə ifadəsini özünü müdafiə xarakterli ifadə və inzibati məsuliyyətdən yayınmağa yönəlmiş hərəkət kimi qiymətləndirir. Belə ki, baş verdiyi zaman onlardan başqa hadisənin törədildiyi yerdə yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qızı və azyaşlı nəvəsi olmuş, kənar kimsə olmamışdır. Bu xüsusatdan da istifadə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxsi döymədiyini bildirməklə inzibati məsuliyyətdən yayınmağa çalışır. Lakin yuxarıda qeyd edildiyi kimi inzibati xətanın onun tərəfindən törədilməsi zərərçəkmiş şəxsin polis orqanına müraciət edərkən Şəxs şikayətçi olması, əldə edilmiş ekspert rəyinə əsasən xəsarətlərin zərərçəkmiş şəxsin göstərmiş olduğu şəraitdə (Şəxs tərəfindən döyülməsi) əmələ gələ bilməsi ilə sübuta yetirilmiş hesab edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İXM-nın 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, yaşını, ilk dəfə inzibati xəta törətməsini, onun təqsirinin dərəcəsini, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş arasında kürəkən-yeznə münasibətinin davam etməsini, zərərçəkmiş şəxsin rəsmi olaraq boşanmadığını, gələcəkdə onun ailəsini bərpa etmək ehtimalını, bu xüsusda tərəflər arasında hazırda mövcud olan vəziyyətin gələcəyə nəzərən gərginləşdirilməməli olduğunu nəzərə almaqla, barəsində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Bununla belə, məhkəmə Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş digər tənbeh tədbiri olan cərimə tənbeh tədbirinin həddini müəyyən edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini etiraf etməməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar