Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-2000/2024 26.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi iştirakı ilə, şikayətçi (bərəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş) X2 iştirakı ilə, X2 DİN BDYPİ-nin MMX-nin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli EQ25003222 nömrəli inzibati tənbeh vermə haqqında elektron Qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: DİN BDYPİ-nin MMX-nın rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli EQ25003222 nömrəli inzibati tənbeh vermə haqqında elektron Qərara əsasən xx.xx.1990-cı il təvəllüdlü X1 Xətalar Məcəlləsinin 346.5-ci maddəsində (Yol hərəkəti haqqında” Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X4, barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ25003222 nömrəli inzibati tənbeh vermə haqqında elektron Qərarla razılaşmayıb, həmin qərardan şikayət verərək, qərarın və həmin qərarla tətbiq edilmiş 40 manat cərimə tənbeh növünün ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X4 barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli EQ25003222 nömrəli inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayəti belə əsaslandırılmışdır ki, o, qida məhsullarının topdan və pərakəndə satışı və daşınması üzrə Şirkətin yük daşıyan maşınını idarə edir və hər gün bölgələrə, eləcə də Sabirabad rayon ərazisinə qida məhsulları daşıyır. 02 dekabr 2024-cü il tarixdə Şirkətə məxsus olan idarə etdiyi HYUNDAİ ND65 yük markalı **-YS-*** dövlət qeydiyyat nişanlı maşını ilə Sabirabad şəhəri İ.İsgəndərov küçəsində fəaliyyət göstərən ticarət mərkəzinə qida məhsulları gətirmiş və İ.İsgəndərov küçəsində nəqliyyat vasitəsinin hərəkətə mane və dayan-durma işarəsi olmayan hissədə yük maşının saxlayıb ticarət obyektlərinə mal verirdi. Başqa yerdən (altrenativ) malı vermək üçün yerin olmadığı üçün həmişə olduğu kimi saxlayıb satış üçün gətirilən malları ticarət obyektinə vermişdir. Qeyd edim ki, həmin ərazidə yüzlərlə nəqliyyat vasitələri, taksilər dayanır və hərəkətə mane olmur. Heç bir qanuni əsas olmadan DYP-si saat 15:09-da onun maşınının şəkilini çəkmiş və İXM-nın 346.5-ci maddəsi ilə 40 AZN cərimə yazmışdır. O, yol hərəkəti qaydasını pozmamış, əmək haqqı az olduğu üçün ümumiyyətlə birmənalı olaraq yol hərəkəti qaydalarını pozmur. Ona qarşı yazılan cəriməni yol polisi əməkdaşı ona izah edə bilmədi və şikayət edəcəyini bldirdi. O, yol polisi əməkdaşının qanunsuz cərimə qərarını alaraq həmin qərarın ləğvi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bir daha bildirir ki, o, heç bir qaydanı pozmamışdır. Şikayətin dəlillərini araşdırıb və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, X2 şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, N.A.Nuriyev barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli EQ25003222 nömrəli inzibati tənbeh vermə haqqında elektron Qərardan görünür ki, İXM-nın 346.5-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi üçün əsas kimi N.A.Nuriyevin nəqliyyat vasitəsinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanması olmuşdur. Göründüyü kimi N.A.Nuriyevə istinad olunan inzibati xəta əməli onun nəqliyyat vasitəsi ilə hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasından ibarət olmuşdur. Lakin N.A.Nuriyev onun idarə etdiyi avtomobilin dayanması yerində dayanmanı qadağan edən işarə olmadığı halına əsaslanaraq, onun hər hansı yol hərəkəti qaydalarının pozulmamasını bildirmişdir. Belə ki, şikayətə əlavə olunmuş inzibati xətanı qeydə alan fotoşəkillərdən görünür ki, “HYUNDAİ ND 65” yük markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Sabirabad şəhəri İ.İsgəndərov küçəsində 02 dekabr 2024-cü il tarixdə yolun dayandığı hissəsində yolun hərəkət hissəsinin kənarında yolun üzərində avtomobillərin dayanmasını qadağan edən yeri bildirən üfiqi nişanlanma xətti əks olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, şikayətçi N.A.Nuriyev nəqliyyat vasitəsinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmaqla, İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə aşağıda istinad olunan qanunvericilik normalarına və işin məhkəmədə araşdırılmış hallarına əsaslanaraq hesab edir ki, şikayətçi N.A.Nuriyevin barəsində qəbul edilmiş mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayətin dəlilləri (idarə etdiyi avtomobilin dayanması yerində dayanmanı qadağan edən işarənin olmaması) əsassızdır və həmin dəlillər xx.xx.2024-cü il tarixli EQ25003222 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərarın ləğvi üçün əsas ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanun vericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, DİN BDYPİ-nin MMX-nin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli EQ25003222 nömrəli inzibati tənbeh vermə haqqında Qərar qanuni və əsaslı olduğundan, həmin qərarın ləğv edilməsinə dair şikayət əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 DİN BDYPİ-nin MMX-nin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli EQ25003222 nömrəli inzibati tənbeh vermə haqqında elektron Qərardan verdiyi şikayət əsassız olduğu üçün təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-2000/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-2000/2024
26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver